Ana səhifə »  Xəbər lenti »  Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş videokonfrans keçirib
A+   Yenilə  A-
Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş videokonfrans keçirib

Aprelin 11-də Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş videokonfrans keçirib. Tədbirə Azərbaycandan, Türkiyədən, Almaniyadan və Hollandiyadan ziyalılar, alimlər, Ələsgərsevərlər qoşulublar.

Tədbiri Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli açdıqdan sonra Aşıq Ələsgərin 49 il əvvəl – 1972-ci ildə 150 illik yubileyi münasibətilə ustad sənətkarın doğma yurdunda – Göyçə mahalının Ağkilsə kəndində, Bakı və Moskva şəhərlərində keçirilən tədbirlər barədə videoçarx nümayiş etdirilib.

Sonra millət vəkili Əziz Ələkbərli Azərbaycan aşıq sənətinin tarixi kökləri, Azərbaycan aşıq məktəbləri və aşıq mühitləri, o cümlədən Göyçə aşıq məktəbi və onun mühitləri barədə yığcam məlumat verib. Göyçə aşıq məktəbinin ən görkəmli nümayəndəsi kimi, Aşıq Ələsgərin Azərbaycan aşıq sənətində mövqeyi, Göyçə aşıq məktəbinin Ələsgərəqədərki və Ələsgərdən sonrakı görkəmli nümayəndələri barədə danışıb.

Əziz Ələkbərli bildirib ki, Aşıq Ələsgər sənətinə Azərbaycan elmi-ədəbi-ictimai fikri tərəfindən həmişə yüksək qiymət verilib. Lakin bu böyük sənətkara layiq olduğu ən yüksək qiyməti Ulu Öndər Heydər Əliyev verib. Məhz Ulu Öndərin siyasi iradəsi ilə 1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyi Göyçədə, Bakıda və Moskvada yüksək səviyyədə qeyd olunub. Həmin dövrdə bu, böyük cəsarət tələb edirdi, əslində, bu, Ermənistanda ermənilərin gözünün içinə baxaraq, “bura bizim dədə-baba yurdumuzdur, bu yurdun yetirdiyi tarixi şəxsiyyətlər bizim xalqın nümayəndələridir, siz ermənilər isə bu yerlərə gəlməsiniz” demək idi.

1990-cı illərdə Aşıq Ələsgərin 175 illik yubileyi də Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə dövlət səviyyəsində qeyd olunub.

Onun sözlərinə görə, Azərbaycan aşıq sənətinə ən böyük qədirşünaslıq nümunələrindən birini də 2009-cu ildə Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyeva göstərib. Mehriban xanım Əliyevanın  böyük zəhməti sayəsində həmin il Azərbaycan aşıq sənəti YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Daha sonra millət vəkili  cənab Prezident İlham Əliyevin bu il fevralın 18-də imzaladığı “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncama diqqət çəkərək bunu Ulu Öndərin Aşıq Ələsgər yaradıcılığına həssas münasibətinin davamı kimi dəyərləndirib. “Bu Sərəncam indiki dövrdə – 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra həm də mühüm siyasi əhəmiyyətə malikdir. Çünki Aşıq Ələsgər təkcə aşıq sənətimizin zirvəsi deyil, həm də düşmən tapdağı altında qalan tarixi torpaqlarımızın, bu torpaqların bir parçası olan ulu Göyçəmizin rəmzidir. Bu Sərəncam Qarabağdan Göyçəyə, Qarabağdan Zəngəzura uzanan bir yoldur, gələcək qayıdışların təməlidir” – deyə Ə.Ələkbərli bildirib.

Daha sonra Dədə Ələsgər ocağının nümayəndəsi, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgər, millət vəkilləri Məlahət İbrahimqızı, Naqif Həmzəyev çıxış edərək Göyçə mühitindən, Göyçə ilə bağlı xatirələrindən, Dədə Ələsgər sənətinin böyüklüyündən, Prezident İlham Əliyevin aşığın 200 illik yubileyinin keçirilməsi barədə Sərəncamının əhəmiyyətindən danışıblar.

Tədbirdə Almaniyada yaşayan araşdırmaçı-yazar, Asıq Ələsgər yaradıcılığının tədqiqatçısı və naşiri Nizaməddin Onk, Qərbi Azərbaycan İcmasının Türkiyə-İzmir təmsilçisi Murtaza Qaraçanta, Qərbi Azərbaycan İcmasının Türkiyə-Ankara təmsilçisi dosent, doktor Dərya Akdemir, Türkiyənin İzmir şəhərində Çağdaş Azərbaycan Kültür Dərnəyinin başqanı Cemal Məhəmmədhanoğlu çıxış edərək Aşıq Ələsgərlə bağlı öz düşüncələrini bölüşüblər.

Əməkdar jurnalist, Teleradio Şurasının üzvü Telli Pənahqızı Aşıq Ələsgərin təblığı ilə bağlı mülahizə və təkliflərini bildirib. Azərbaycan Respublikası Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova erməni vandalları tərəfindən Aşıq Ələsgərin qəbirüstü abidəsinin dağıdılması ilə əlaqədar tədbir adından müvafiq etiraz Bəyanatı qəbul edilməsini təklif edib.

Filologiya elmləri doktoru, professor Aslan Bayramov, filologiya elmləri doktoru, professor Avtandil Ağbaba, tədqiqatçı-publisist Hacı Loğman, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Aşıq Ələsgər yaradıcılığının bədii-estetik xüsusiyyətləri, fəlsəfi mahiyyəti barədə maraqlı elmi məruzələrlə çıxış ediblər.

Tədbirdə beynəlxalq müsabiqələr laureatı, Əməkdar mədəniyyət işçisi, peşəkar aşıq-ifaçı Nemət Qasımov Aşıq Ələsgərin yaradıcılığında ustad dərsləri barədə məruzə ilə çıxış edib və sonda saz ifası ilə tədbirə rəng qatıb.

Şairə, “Aşıq Pəri” məclisinin rəhbəri Pərvanə Mustafayevanın ifasında Aşıq Ələsgər şeirləri və ADMİU-nun tələbəsi Ayşə Səyyad qızının saz ifasında “Sarıtel” havası dinlənilib.

Tədbirin sonunda tədbir iştirakçıları adından Aşıq Ələsgərin qəbirüstü abidəsinin ermənilər tərəfindən dağıdılması ilə bağlı etiraz Bəyanatının qəbul edilməsi qərara alınıb.

 
  • Oxunub:  2820  |  
  • Tarix:  12-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır

07 May 18:52
YAP Veteranlar Şurası Ümummilli Liderə həsr olunmuş “Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirib
07 May 18:44
YAP Tovuz rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirib
07 May 18:42
ATƏT PA-nın iclasında erməni deputata tutarlı cavab verilib
07 May 18:28
YAP Ağdaş rayon təşkilatında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videokonfrans keçirilib
07 May 18:20
Türkiyə Prezidentinin ötənilki fəaliyyətinə həsr olunan kitabda Azərbaycanla münasibətlərə geniş yer verilib
07 May 18:16
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
07 May 17:55
Səməd Seyidov: “Azərbaycan Prezidentinin BBC-yə müsahibəsi bütün dünyada böyük maraq doğurub”
07 May 17:54
Adil Əliyev: Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsi Qarabağımıza yeni nəfəs verəcək
07 May 17:53
Azərbaycanda yeni koronavirusa qarşı daha 33 min 33 doza vaksin vurulub
07 May 17:51
Azərbaycan Prezidentinin Vətən müharibəsi zamanı BBC-yə müsahibəsi 3 milyon baxışı keçib - VİDEO
07 May 17:47
Qarabağda su təsərrüfatı kompleksinə dair Dövlət Proqramı hazırlanıb
07 May 17:45
Hər gün DOST mərkəzinin “Cağrı mərkəzi” 4 minədək telefon zənginə cavab verir
07 May 17:44
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
07 May 17:35
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasının müasir innovativ inkişafı
07 May 17:31
Bədən Tərbiyəsi və İdman Akademiyası tibbi reabilitasiya sahəsində əməkdaşlığı genişləndirir
07 May 17:29
Peyvənd olunanlar da tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər
07 May 17:28
Vergi orqanlarına işə qəbul başa çatıb
07 May 17:27
DİN: Bakıda qanunsuz aksiya keçirilməsi cəhdinin qarşısı alınıb
07 May 17:21
Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib
07 May 17:18
Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir
07 May 17:16
Rəcəb Tayyib Ərdoğan: Türkiyə istehsallı vaksinləri bütün ölkələrlə paylaşmağa hazır olduğumuzu bildirmişik
07 May 17:14
Azərbaycanda koronavirusa 722 yeni yoluxma faktı qeydə alınıb
07 May 17:09
“Ən yaxşı təqdimat” müsabiqəsi yekunlaşıb
07 May 17:05
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək
07 May 17:04
YAP Göygöl rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirib
07 May 16:26
YAP Qaradağ rayon təşkilatında “Heydər Əliyev – Milli və müstəqil Azərbaycan dövlətinin banisi” mövzusunda videokonfrans keçirilib
07 May 15:34
Ulu Öndərin azərbaycançılıq ideologiyası daha da güclənəcək və möhkəmlənəcək
07 May 15:23
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
07 May 15:18
Leyla Abdullayeva: Ermənistan tərəfi üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmir
07 May 13:49
ADA Universiteti tanınmış fotojurnalist Reza Deqati ilə layihəyə başlayıb
07 May 13:47
Xalq artisti Arif Quliyev dəfn olunub
07 May 13:43
Bibiheybət ərazisindən çirkab suların Xəzərə axıdılması ilə bağlı tədbir görülüb
07 May 13:30
“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb
07 May 13:27
TARİXİ ZƏFƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN QÜDRƏTİNİN TƏCƏSSÜMÜDÜR!
07 May 13:16
İtkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək nəşi aidiyyəti üzrə verilib
07 May 12:58
Bu günümüz və sabahımız Ülu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır
07 May 12:46
Milli Məclisin deputatı Əliabbas Salahzadə seçicilərlə növbəti görüş keçirib
07 May 12:43
Ötən il İTSDA bütün tibb müəssisələrində koronavirus ilə mübarizə tədbirlərində iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib
07 May 12:05
Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib
07 May 11:28
Azərbaycanla Gürcüstan dəmir yolları əməkdaşlığa dair sənəd imzalayıb
07 May 11:23
Paytaxtın daha bir ərazisində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib
07 May 11:16
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti
07 May 10:51
“Avro-2020”nin kubokunun Bakı səyahəti
07 May 10:47
Şuşanın içməli su təchizatının yaxşılaşdırılması üçün magistral su kəmərinin tikintisinə başlanılıb
07 May 10:45
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarına start verilib
07 May 10:44
Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilk səfərinə çıxıb
07 May 10:06
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub
07 May 09:02
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır
07 May 08:59
Heydər Əliyev və milli-tarixi yaddaşımızın reallıqları
07 May 08:56
Tarixi şəxsiyyət, əbədiyaşar Lider - HEYDƏR ƏLİYEV
07 May 08:46
8 may tarixi bundan sonra Şuşanın işğalı günü kimi qeyd edilməyəcək
07 May 08:42
Elşad Musayev: Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Zəngəzur dəhlizi mütləq reallaşdırılacaq
07 May 08:41
Əsli Kazımova: Zəngilan rayonu ərazisində beynəlxalq hava limanının inşa edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir
07 May 08:38
Abutalıb Səmədov: Azərbaycan dövləti bütün səylərini Böyük Qayıdışın reallaşması üçün səfərbər edib
07 May 08:37
Arzuxan Əlizadə: Hər hansı bir təxribat Azərbaycan Ordusu tərəfindən ən ağır şəkildə cavablandırılacaq
07 May 08:35
Əli Kərimlinin yeni yalanları...
07 May 08:34
Paşinyan yeni repressiya dalğasına start verib
07 May 08:32
Azərbaycan dövlətinin növbəti humanist addımı
07 May 08:31
Peyvənd olunsaq da, gigiyena qaydalarına əməl etməliyik
07 May 08:29
Azərbaycançılıq xalqımızın milli-tarixi sərvətidir
06 May 20:51
Milli Məclisdə Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub
06 May 20:47
Samir Nuriyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir
06 May 20:43
Səfir: Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
06 May 20:05
YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib
06 May 19:06
YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid Rəşad Şiriyevin ailəsini ziyarət ediblər
06 May 19:03
YAP Qusar rayon təşkilatı "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirib
06 May 18:53
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiyanın xarici işlər nazirinə müraciət ünvanlayıb
06 May 18:51
BDU-da dəyirmi masa: Heydər Əliyev gənclər siyasətinin banisidir
06 May 18:49
Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi ilə bağlı hesabat təqdimat olunub
06 May 18:43
Tam orta təhsil səviyyəsi üzrə aprelin 15-16-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA