Ana səhifə »  Xəbər lenti »  Aprelin 10-u İnşaatçılar Günüdür
A+   Yenilə  A-
Aprelin 10-u İnşaatçılar Günüdür

Hər il aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur. Bu gün həm də inşaat sahəsində çalışanların peşə bayramıdır.

Təbii ki, dövlətin iqtisadi inkişafını göstərən amillərdən biri də inşaat sahəsidir. Bu sahə Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir.

Bu baxımdan son illərə nəzərə salsaq, tikinti sektorunda gedən canlanmanın və dinamik inkişafın şahidi olarıq. Ötən illər ərzində respublikanın paytaxtı, eləcə də regionları əsl tikinti meydançasına çevrilib. Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən yatırılan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan verib. Azərbaycanda əsasən özəl sektor hesabına inşaat materiallarının istehsalında ilbəil artım müşahidə olunur. Əminliklə demək olar ki, ölkə əsas inşaat materialları ilə özünü təmin edə bilir və bu sahədə idxaldan asılılığı xeyli azaldıb.

“Qara şəhər” öz yerini əzəmətli “Bakı Ağ Şəhər”ə verir

Dünyanın qədim neft sənayesi mərkəzi olan Bakı qısa müddətdə ən iri şəhərlərdən birinə çevrilərək özünün təkrarolunmaz simasını əldə edib. Dinamik inkişaf edərək perspektivliyi ilə iri biznesi və xarici investorları cəlb edən paytaxt getdikcə daha çox iş və yaşayış, istirahət və əyləncələr üçün arzu edilən böyük şəhərlərdən birinə çevrilir.

Xatırladaq ki, Bakı Ağ Şəhər layihəsinin baş məsləhətçisi qismində, mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti “ATKINS“ (Böyük Britaniya) çıxış edib. Layihə üzərində işə azərbaycanlı mütəxəssislərlə yanaşı, əfsanəvi “Norman Foster” tərəfindən əsası qoyulmuş məşhur “Fosters + Partners” memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik olan, Amerika Birləşmiş Ştatlarının tanınmış “F+A Architects” arxitektura bürosu cəlb edilib.

Layihənin konsepsiyasının formalaşdırılmasında memarlıq rəngarəngliyi, ekoloji uyğunluq və yeni ərazinin artıq mövcud olan şəhər ansamblına düşünülmüş inteqrasiyası mühüm istiqamətlər kimi əsas götürülüb. Nəticədə, çox maraqlı memarlıq nümunələri və investisiya perspektivləri ilə yanaşı, torpağın dirçəlişi və inşaatın stimullaşdırılmasını, bu yerdə yaşamaq və işləmək arzusu oyadan cəlbedici mühitin və infrastrukturun yaradılmasını nəzərdə tutan layihə ortaya qoyulub.

İdeyanın möhtəşəmliyi və görülmüş işlərin professionallığı Bakının müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir və Bakı Ağ Şəhər layihəsini dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsinə çıxarır.

Bu layihənin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalacaq və yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verərək öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzinə çevriləcək.

Bakının Baş Planı ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunacaq

Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin Baş Planının hazırlanması işi davam etdirilir. Bakı şəhərinin Baş planının hazırlanması prosesi beynəlxalq təcrübəyə uyğun olaraq, iki mərhələdə təşkil edilib. Birinci mərhələdə beynəlxalq strateji məsləhətçi olan “Boston Consulting Group” (BCG) şirkətinin dəstəyi ilə komitə tərəfindən paytaxtın inkişaf konsepsiyası işlənilib. İkinci mərhələdə isə inkişaf konsepsiyası əsasında müvafiq layihə tapşırığı hazırlanaraq beynəlxalq tender elan edilib və Baş planın hazırlanması işi bu tenderin qalibi seçilmiş nüfuzlu beynəlxalq şəhərsalma və memarlıq şirkəti olan Almaniyanın “AS+P” şirkətinə həvalə olunub. Həmçinin Baş Planın hazırlanması prosesinə Böyük Britaniyanın “Ernst and Young” və “Ramboll” məsləhətçi şirkətləri, yerli tərəfdaş qismində isə “BakıDövlətLayihə” İnstitutu cəlb edilib.

Tikintidə “Bir pəncərə” sistemi tətbiq edilir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İnşaat obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi sahəsində aparılan mütərəqqi islahatlar tikinti sahəsində çalışan sahibkarlar tərəfindən müsbət qarşılanır. Son illər ölkəmizin bütün ərazisində həyata keçirilən genişmiqyaslı şəhərsalma prosesləri və ölkə başçısının rəhbərliyi ilə bu sahədə davamlı aparılan köklü islahatlar sayəsində əhalinin mənzil-məişət şəraiti yaxşılaşır, sahibkarlıq inkişaf edir.

Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istifadəyə verilən “Bir pəncərə” elektron müraciət sistemi tikinti sahəsində işlərin səmərəliliyinin artırılmasını, şəffaflığın təmin olunmasını, inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin alınması prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdırıb. Belə ki, elektron sistem sayəsində prosedurların sayı 18-dən 7-dək, tələb olunan günlərin sayı isə 116-dan 38-dək azalıb. Bununla yanaşı, bu imkan sayəsində tikinti niyyəti olan hər bir şəxs olduğu yeri tərk etmədən “Bir pəncərə” sisteminə elektron qaydada müraciət edərək ekspertizasının keçirilməsi tələb olunan və olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə və həmçinin ekspertizası tələb olunan tikinti obyektlərinin istismarına icazələri onlayn əldə edə bilər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istifadəyə verilən “Bir pəncərə” elektron müraciət sistemi şəffaflığı və istifadədə rahatlığı sayəsində inşaat obyektlərinin tikintisinə və istismarına icazənin alınması prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdırmaqla məmur-sahibkar ünsiyyətini minimuma endirərək iş adamlarının əlavə vaxt itkisinin qarşısını almağa imkan yaradıb.

Hazırda komitə tərəfindən sistemin daha da təkmilləşdirilməsi məqsədilə yeni xidmət növlərinin əlavə olunması istiqamətində işlər davam etdirilir ki, bunlardan biri də sistemin tərkibində yaradılmış yeni “məlumatlandırma icraatı” moduludur. Bu xidmət ilk mərhələdə pilot layihə olaraq Bakı şəhərində istifadəyə verilib və qısa müddət ərzində bütün ölkə üzrə tədbiq olunması planlaşdırılır.

Mənzil İnşaatı Dövlət Agentliyi öz layihələri ilə sərfəli qiymətə mənzillər təklif edir

Son illər respublikada sosial layihələrə dövlət səviyyəsində xüsusi önəm verilir. Bu faktor inşaat sektorunda özünü daha çox göstərir. Bunu Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən həyata keçirilən güzəştli mənzil tikintisində də görmək mümkündür.

Strateji Yol Xəritəsinə əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri ölkədə uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradaraq, investisiya mühitinin möhkəmləndirilməsinə və sahibkarlığın inkişafına hədəflənən dövlət siyasətinin həyata keçirilməsinə böyük töhfə verib. Bununla bağlı paytaxtın Yasamal rayonunun və Hövsan qəsəbəsinin ərazilərində güzəştli mənzil tikintisini misal göstərmək olar.

"Güzəştli mənzil" sisteminin beynəlxalq patentinin qeydiyyata alınması ilə əlaqədar işlər davam etdirilib. Bununla bağlı müraciət Ümümdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən qəbul edilib və təşkilatın rəsmi internet səhifəsində iddia ərizəsi, həmçinin beynəlxalq axtarışa dair hesabat və beynəlxalq axtarış üçün məsul qurumun ixtira barədə ilkin rəyi dərc olunub.

2020-ci ilin dekabrında isə nüfuzlu “Springer International Publishing” nəşriyyatı tərəfindən nəşr olunan “İslam Dünyasında Sosial Siyasət” (Social Policy in the Islamic World) adlı kitabda Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilən uyğun qiymətə mənzil təminatı proqramına da yer verilib. Vətəndaşların mənzil təminatına əlçatanlığının gücləndirilməsi baxımdan təqdim edilən proqram çərçivəsində görülən işlər təsvir edilib. Kitabda aztəminatlı ailələrin mənzillərə əlçatanlığının genişləndirilməsi baxımdan MİDA-nın fəaliyyətinin çox uğurlu olduğu qeyd edilib.

 

 
  • Oxunub:  2460  |  
  • Tarix:  10-04-2021  |  
  •    Çap et   |  
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

06 May 14:26
Mədəni müxtəlifliyin rəmzi – Ramazanın birliyi
06 May 14:21
Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının azaldılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görür – MÜSAHİBƏ
06 May 14:18
FHN-in Akademiyası ilə DİN-in Polis Akademiyası arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 14:16
Fermerlər təsərrüfatlarında zərərvericilərin vəziyyətini SMS ilə öyrənə biləcəklər
06 May 14:11
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
06 May 13:44
Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlanır
06 May 13:41
Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərinin araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək
06 May 13:28
“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” monoqrafiyasının təqdimatı olub
06 May 13:17
Teymur Musayev: Ramazan bayramı günlərində əlavə məhdudiyyətlər tətbiq olunmayacaq
06 May 13:01
Səhiyyə işçilərinin 90 faizə qədəri koronavirusa qarşı peyvənd olunub
06 May 12:54
Ceff Bezosun kompaniyası kosmosa uçuş üçün online-hərrac açıb
06 May 12:44
Teymur Musayev: Hər il mövsümi qrip vaksinasiyası kimi COVID-19-a qarşı olan peyvəndləməyə də ehtiyac duyula bilər
06 May 12:43
Azərbaycanda koronavirusa ən çox yoluxma halı 30-59 yaş arasında müşahidə olunur
06 May 12:33
Azərbaycanda koronavirusun ştammları ilə əlaqədar testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur
06 May 12:32
Yaqut Qarayeva: Hazırda ölkəmizdə epidemioloji vəziyyət nəzarət altında saxlanılır və müsbət dinamika mövcuddur
06 May 12:17
Peyvəndin ikinci dozasının vurulmadığı halda qoruyuculuq müddəti az olacaq
06 May 11:57
Deputat: Beynəlxalq birlik, o cümlədən Avropa Parlamentinin nümayəndələri Ermənistana təzyiq etməlidirlər
06 May 11:55
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur
06 May 11:47
Birinci sinfə qəbul üçün onlayn müsahibələr keçirilir
06 May 11:41
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
06 May 11:36
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
06 May 11:31
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
06 May 11:28
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
06 May 10:54
Nərimanov rayonunda Vətən müharibəsi qazisi Ruslan Məmmədov ziyarət olunub
06 May 10:41
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək
06 May 10:38
Sərbəst güləşçilərimiz dünya Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
06 May 10:27
"Avro-2020" Bakı media könüllüləri üçün 6 saatlıq təlim proqramı təşkil olunub
06 May 09:34
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik
06 May 09:27
Qahirədə Azərbaycan rəssamlarının sərgisi açılıb
06 May 08:32
Heydər Əliyev yolu Azərbaycanı daim yeni-yeni uğurlara, nailiyyətlərə, zəfərlərə aparır
06 May 08:30
“Azərbaycanda vətəndaşsızlıq: nailiyyətlər və hədəflər” jurnalı nəşr olunub
06 May 08:27
“Ramazan ayında virusa yoluxmamaq üçün kütləvi yığıncaqlardan çəkinməliyik”
06 May 08:25
ATƏT-in Minsk qrupu qarşıdakı dövrdə öz fəaliyyətini hansı istiqamətdə qura bilər?
06 May 08:23
Ermənistanın xalqımıza qarşı nifrəti qanlı cinayətlərlə müşayiət olunur

06 May 08:21
İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası Azərbaycan dövlətinin diqqət mərkəzindədir

06 May 08:18
Ölkəmizin uğurları xaricdəki bəzi qüvvələri narahat edir
05 May 22:02
“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib
05 May 21:58
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 May 21:37
“Ulu Öndərin siyasətində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib
05 May 21:35
Milli Məclis sədrinin müavini Adil Əliyev bir qrup gənc müəllimlə görüşüb
05 May 21:19
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər
05 May 21:12
AQUPDK ilə UNICEF arasında 2021-2022-ci illərə dair Fəaliyyət Planı imzalanıb
05 May 21:11
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
05 May 20:33
Milli Məclisin komitə iclasında 12 məsələyə baxılıb
05 May 19:23
Gəmiçiliyin alınması tələb olunmayan lisenziyaları və icazələrinin siyahısı təsdiqlənib
05 May 19:19
Türkiyə və Rusiya prezidentləri Qarabağ məsələsini müzakirə ediblər
05 May 19:18
Heydər Əliyev dühası Azərbaycanın tarixi zəfərə gedən yoluna işıq saçan günəşdir
05 May 19:14
Türkiyənin “Qanuni” kəşfiyyat-axtarış gəmisi Qara dənizdə seysmik araşdırmalar aparacaq
05 May 19:03
“İsrael HaYom” qəzeti: Azərbaycan ordusu İsrailin “Tamuz” raketləri ilə silahlanır
05 May 18:57
Baş nazir Əli Əsədov: Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar
05 May 18:45
Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
05 May 18:35
Azərbaycan könüllüləri tərəfindən aprel ayı ərzində görülmüş işlər müzakirə edilib
05 May 18:29
Azərbaycan və Gürcüstan parlamentlər səviyyəsində də uğurla əməkdaşlıq edirlər
05 May 18:17
Bahar Muradova: 2021-2022-ci illərə dair Fəaliyyət Planı milli mexanizmlərin təkmilləşdirilməsinə töhfə vermək üçün nəzərdə tutulub
05 May 18:14
Dünya prokurorlarının 29-cu illik konfransı və ümumi yığıncağının Bakıda keçirilməsinə dair ilkin razılıq əldə olunub
05 May 17:49
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib
05 May 17:47
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib
05 May 17:45
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
05 May 17:38
Heydər Əliyev ideyaları Azərbaycanı daha böyük hədəflərə çatdıracaq
05 May 17:37
YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib
05 May 17:31
Tarixə sığmayan dahi ömrü!
05 May 17:25
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elmaz Hacıyevin ailəsinə baş çəkiblər
05 May 17:24
Nazir: “ƏDVGeriAl” layihəsi üzrə indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb
05 May 17:19
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
05 May 17:14
Rusiyalı deputat: Ağdamda gördüklərim hərbi cinayətdir
05 May 17:09
Smartfonların yuxuya hansı təsir göstərdiyi aşkar olunub
05 May 17:00
Mayın 5-də Azərbaycanda yeni koronavirusa qarşı 30 minə yaxın vaksin vurulub
05 May 16:54
Deputat: Azərbaycan Prezidenti üç erməni hərbçini ölkəsinə qaytarmaqla humanizm ənənələrinə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi
05 May 16:53
Maliyyə naziri Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 54-cü illik toplantısında iştirak edib
05 May 16:44
Azərbaycanda koronavirusa 1080 yeni yoluxma faktı qeydə alınıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +23
gecə+8 +13