Ana səhifə »  Xəbər lenti »  “Yeni Azərbaycan” qəzeti 28 yaşında
A+   Yenilə  A-
“Yeni Azərbaycan” qəzeti 28 yaşında

Söz və məlumat azadlığı, fikir plüralizmi müasir cəmiyyətlərin demokratik inkişafının əsas parametrlərindən birini təşkil edir. Azərbaycan Respublikası da demokratik dəyərlərə sadiqlik nümayiş etdirən bir dövlət kimi söz və məlumat azadlığının tam təmin olunmasını, müstəqil mətbuatın inkişafını strateji prioritetlərdən biri kimi müəyyənləşdirib. Lakin çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müstəqilliyin ilk illərində bu ümdə amala çatmaq, mətbuatın azadlığını təmin etmək mümkün olmamışdı.

“Yeni Azərbaycan” qəzeti Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə yaranıb

Bu gün 28 yaşını qeyd edən “Yeni Azərbaycan” qəzeti də məhz belə bir çətin dövrdə - 10 aprel 1993-cü ildə nəşr olunmağa başladı. Qəzetimiz Azərbaycanın müstəqillik dövrünün salnaməsini yaradan nəşrlərdən biri olduğuna görə onun keçdiyi tarixi yola nəzər yetirmək məqsədəuyğun olardı.

“Yeni Azərbaycan” qəzetinin ilk nömrəsi respublikamızın çox çətin zamanlarında, mürəkkəb şərtlər fonunda işıq üzü gördü. Məlum olduğu kimi, 1992-ci il noyabrın 21-də Naxçıvanda müasir Azərbaycan dövlətinin taleyində çox mühüm rol oynayan, dövlətçiliyimizin möhkəmləndirilməsi və müstəqilliyimizin qorunmasında müstəsna xidmətlər göstərən Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Həmin dövrdə müxalifətdə olan Yeni Azərbaycan Partiyasının təşkilatlanması və fəaliyyətinin ictimaiyyətə çatdırılması üçün kütləvi informasiya vasitələrinə çıxış vacib idi. Ona görə də partiyanın rəsmi mətbu orqanının yaradılması ideyası ortaya çıxdı. Təşəbbüskarlar  bu ideyanı gerçəkləşdirmək məqsədilə partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevlə məsləhətləşmək üçün Naxçıvana yola düşdülər. 1993-cü il mart ayının 26-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə görüşən və Onun xeyir-duasını alan redaksiya heyəti aprel ayının 10-da qəzetin ilk nömrəsinin işıq üzü görməsinə nail oldu. Təsadüfi deyil ki, qəzetin ilk nömrəsinin  manşetində də məhz Ulu Öndər Heydər Əliyevin təbriki yer almışdı. Dahi şəxsiyyətin məsləhətləri, Onun siyasi sistemin inkişafı və ölkəmizdə mövcud problemlərin aradan qaldırılması ilə bağlı dəyərli fikirləri “Yeni Azərbaycan”ın ideya mənbəyini və fəaliyyət istiqamətini təşkil etdi. İlk gündən partiyanın və onun ətrafında birləşməyə başlayan onminlərlə insanın real tribunasına çevrilən, ölkə həqiqətlərini ictimaiyyətə doğru-dürüst çatdıran “Yeni Azərbaycan” qəzeti çox qısa zamanda böyük nüfuz qazandı, respublikada aparıcı mətbu orqanlardan biri olmağı bacardı. Siyasi konyukturanın yaratdığı əngəllərə baxmayaraq, qəzetin ilk dövrlərdə həftədə bir nömrəsi nəşr etdirilə bilirdi. Lakin ona olan marağın artması və qəzetin maddi-texniki imkanlarının genişlənməsi “Yeni Azərbaycan” qəzetinin bir müddət sonra gündəlik nəşrinə şərait yaratdı.

“Yeni Azərbaycan” qəzeti dövlətçiliyimizin və müstəqilliyimizin qorunması istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir

“Yeni Azərbaycan” qəzeti daim Heydər Əliyev ideyalarına sadiq qalaraq dövlətçiliyimizin və müstəqilliyimizin qorunması istiqamətində öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Yeni Azərbaycan Partiyasının fəaliyyətini geniş şəkildə işıqlandıran qəzet ideoloji işin effektiv həyata keçirilməsində də müsbət rol oynayır. Bu gün minlərlə oxucu hər gün obyektiv və doğru xəbərləri həm də “Yeni Azərbaycan” qəzetindən alır. Jurnalistikanın dəyişməz prinsiplərinə və dövlətçiliyə, xalqımızın milli maraqlarına sadiqliyin göstəricisidir ki, siyasi əqidəsindən və baxışlarından asılı olmayaraq, ictimaiyyətin bütün kəsimlərindən olan vətəndaşlar “Yeni Azərbaycan” qəzetinə hörmətlə yanaşır, onun fəaliyyətini yüksək qiymətləndirirlər.

Bütövlükdə, “Yeni Azərbaycan” qəzeti 1993-cü ildə yaradılarkən öz qarşısına qoyduğu məqsədlərə, üzərinə götürdüyü vəzifələrə bu gün də sadiqdir. “Yeni Azərbaycan” qəzeti Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənərək Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  rəhbərliyi ilə Azərbaycan dövlətinin inkişafı, xalqımızın rifahı yönündə həyata keçirilən siyasətə informasiya dəstəyi verir, bu siyasətin geniş ictimaiyyət arasında təbliği istiqamətində öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışır.

“Yeni Azərbaycan” qəzeti partiya həyatını geniş işıqlandırır

Əlbəttə, “Yeni Azərbaycan” qəzetinin bu cür populyarlıq qazanması və özünəməxsus ciddi imic formalaşdırmasında Yeni Azərbaycan Partiyasının rəhbərliyinin tövsiyələri mühüm rol oynayır. Yuxarıda vurğuladığımız kimi,  qəzet partiya həyatını geniş işıqlandırır. Partiyanın bütün tədbirləri “Yeni Azərbaycan”ın səhifələrində dolğun surətdə əks olunur. Eyni zamanda, müxtəlif rubrika və layihələr çərçivəsində YAP-ın rayon və şəhər təşkilatlarının fəaliyyəti, o cümlədən partiyanın gənc və qadın üzvlərinin fikir və ideyaları ictimai rəyə geniş təqdim olunur.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev müasir dövrün reallıqları və çağırışlarına uyğun olaraq partiyanın qarşısında yeni vəzifələr qoydu. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, qeyd etdiyimiz kimi, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında da mühüm rol oynayacağını nümayiş etdirdi. Bütövlükdə, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsası qoyulmuş oldu. Əlbəttə, “Yeni Azərbaycan” qəzeti də bəhs olunan strateji məqsədlərin uğurla həyata keçirilməsi üçün ümumxalq partiyası olan YAP-ın rəsmi orqanı kimi öz üzərinə düşən vəzifələri  bundan sonra da layiqincə yerinə yetirəcək.

“Yeni Azərbaycan” ölkəmizdə sağlam ictimai rəyin formalaşmasına mühüm töhfələr verir

Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan qəzet bütövlükdə ötən illər ərzində ölkəmizin ən çox oxunan və sevilən ictimai-siyasi qəzetlərindən birinə çevrilib. “Yeni Azərbaycan” qəzeti fəaliyyət göstərdiyi illər ərzində ölkəmizdə sağlam ictimai rəyin formalaşması işinə mühüm töhfələr verib və bu gün də verməkdədir. Eyni zamanda, “Yeni Azərbaycan” qəzeti milli mətbu orqanlarımız içərisində obyektivliyi və milli-mənəvi dəyərlərimizi geniş təbliğ etməsi ilə seçilib, dünyada baş verən hadisələri analitik təfəkkürün süzgəcindən keçirərək Azərbaycan ictimaiyyətinə ötürmə missiyasını uğurla yerinə yetirib. “Yeni Azərbaycan” hazırda sayı 760 mindən çox olan Yeni Azərbaycan Partiyasının üzvləri ilə bərabər, həm də bütövlükdə Azərbaycan xalqının qəzetidir. Qəzet ümumi-kütləvi auditoriyaya müraciət edən çoxtirajlı qəzetlərdən, milli media nümunələrindən biridir.

“Yeni Azərbaycan” qəzeti dövlətin mediaya hərtərəfli qayğısını daim öz üzərində hiss edir

Bu gün milli mediamız məhz Azərbaycan Prezidentinin hərtərəfli diqqəti və qayğısı ilə əhatə olunub. Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli mətbuatımıza diqqət və qayğı siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Jurnalistlərin peşə nüfuzunun artırılması üçün tədbirlər həyata keçirilir, onların məişət və maddi problemlərinin həlli, redaksiyaların maddi-texniki təminatının gücləndirilməsi, media təmsilçilərinin peşəkarlığının artırılması istiqamətində ardıcıl işlər görülür. “Yeni Azərbaycan” qəzeti də digər media nümunələri kimi bu qayğını öz üzərində hiss edir.

Milli mediamız öz missiyasını təkcə kağız üzərində deyil, internet resursları üzərində də həyata keçirir. Əlbəttə ki, əgər qəzet dünyada baş verən proseslərlə ayaqlaşmaq istəyirsə, mütləq mövcud texnologiyaların imkanlarını, hazırkı operativ oxucu tələbatını nəzərə almalıdır. “Yeni Azərbaycan” qəzeti də hazırda elektron səhifəsi olan internet qəzetlərdən biridir. Həmçinin qəzetin sosial şəbəkələrdə səhifələri də fəaliyyət göstərir.

Vətən müharibəsi zamanı “Yeni Azərbaycan” qəzeti də öz fəaliyyətini ümummilli mübarizəmizin fəlsəfəsinə uyğun surətdə çevik və effektiv surətdə davam etdirdi

Xüsusilə qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsi zamanı “Yeni Azərbaycan” qəzeti də öz fəaliyyətini milli maraqlara, ümummilli mübarizəmizin fəlsəfəsinə uyğun surətdə çevik və effektiv surətdə davam etdirdi. Bu dövr ərzində hadisə və proseslərin mahiyyətinə müvafiq olaraq “Yeni Azərbaycan” qəzetinin səhifələrində analitik məqalələr, müsahibələr və ekspert rəyləri yer aldı. Eyni zamanda, Azərbaycanın haqlı mövqeyini, ardıcıl qələbələrini əks etdirən, Ermənistanın təcavüzkar simasını - işğalçı mahiyyətini, erməni yalanlarını ifşa edən faktlar və məlumatlar tərəfimizdən tirajlandı.

Bunlarla yanaşı, qəzetimizin səhifələrində Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanımıza, şanlı ordumuza qətiyyətli dəstək göstərməsi, ölkəmizdə siyasi birliyin, milli həmrəyliyin hökm sürməsi və digər məsələlərlə bağlı təhlil xarakterli yazılar və müsahibələr geniş əksini tapdı. Dünyanın nüfuzlu nəşrlərinin Azərbaycanın ardıcıl hərbi qələbələri barədə materiallarının xülasələri, gənclərin, ziyalıların mövqeyi  də xüsusi rubrikalarımız vasitəsilə oxucularımıza çatdırıldı.

“Yeni Azərbaycan” bundan sonra da milli missiyasını uğurla icra etməyə çalışacaq

Gələcək planlarımıza gəldikdə isə, hər şeydən əvvəl, əsas vəzifə bir milli media nümunəsi kimi dövlətimizin informasiya təhlükəsizliyinin keşiyində durmaqdan, ölkəmizin, xalqımızın maraqlarını informasiya platformasında qorumaqdan ibarətdir. Eyni zamanda, “Yeni Azərbaycan” qəzeti olaraq kifayət qədər rəngarəng olan milli media məkanında oxucu auditoriyasının tələblərinə cavab verən informasiyalar və analitik yazılarımızla ictimai-siyasi proseslərin düzgün təhlili, ölkəmizin bütün sferalarda qazandığı nailiyyətlərin obyektiv şəkildə işıqlandırılması işində üzərimizə düşən vəzifəni bundan sonra da layiqincə yerinə yetirməyə, milli missiyamızı uğurla icra etməyə çalışacağıq.

“Yeni Azərbaycan”

 
 
  • Oxunub:  5100  |  
  • Tarix:  10-04-2021  |  
  •    Çap et   |  
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

06 May 14:26
Mədəni müxtəlifliyin rəmzi – Ramazanın birliyi
06 May 14:21
Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının azaldılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görür – MÜSAHİBƏ
06 May 14:18
FHN-in Akademiyası ilə DİN-in Polis Akademiyası arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 14:16
Fermerlər təsərrüfatlarında zərərvericilərin vəziyyətini SMS ilə öyrənə biləcəklər
06 May 14:11
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
06 May 13:44
Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlanır
06 May 13:41
Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərinin araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək
06 May 13:28
“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” monoqrafiyasının təqdimatı olub
06 May 13:17
Teymur Musayev: Ramazan bayramı günlərində əlavə məhdudiyyətlər tətbiq olunmayacaq
06 May 13:01
Səhiyyə işçilərinin 90 faizə qədəri koronavirusa qarşı peyvənd olunub
06 May 12:54
Ceff Bezosun kompaniyası kosmosa uçuş üçün online-hərrac açıb
06 May 12:44
Teymur Musayev: Hər il mövsümi qrip vaksinasiyası kimi COVID-19-a qarşı olan peyvəndləməyə də ehtiyac duyula bilər
06 May 12:43
Azərbaycanda koronavirusa ən çox yoluxma halı 30-59 yaş arasında müşahidə olunur
06 May 12:33
Azərbaycanda koronavirusun ştammları ilə əlaqədar testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur
06 May 12:32
Yaqut Qarayeva: Hazırda ölkəmizdə epidemioloji vəziyyət nəzarət altında saxlanılır və müsbət dinamika mövcuddur
06 May 12:17
Peyvəndin ikinci dozasının vurulmadığı halda qoruyuculuq müddəti az olacaq
06 May 11:57
Deputat: Beynəlxalq birlik, o cümlədən Avropa Parlamentinin nümayəndələri Ermənistana təzyiq etməlidirlər
06 May 11:55
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur
06 May 11:47
Birinci sinfə qəbul üçün onlayn müsahibələr keçirilir
06 May 11:41
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
06 May 11:36
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
06 May 11:31
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
06 May 11:28
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
06 May 10:54
Nərimanov rayonunda Vətən müharibəsi qazisi Ruslan Məmmədov ziyarət olunub
06 May 10:41
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək
06 May 10:38
Sərbəst güləşçilərimiz dünya Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
06 May 10:27
"Avro-2020" Bakı media könüllüləri üçün 6 saatlıq təlim proqramı təşkil olunub
06 May 09:34
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik
06 May 09:27
Qahirədə Azərbaycan rəssamlarının sərgisi açılıb
06 May 08:32
Heydər Əliyev yolu Azərbaycanı daim yeni-yeni uğurlara, nailiyyətlərə, zəfərlərə aparır
06 May 08:30
“Azərbaycanda vətəndaşsızlıq: nailiyyətlər və hədəflər” jurnalı nəşr olunub
06 May 08:27
“Ramazan ayında virusa yoluxmamaq üçün kütləvi yığıncaqlardan çəkinməliyik”
06 May 08:25
ATƏT-in Minsk qrupu qarşıdakı dövrdə öz fəaliyyətini hansı istiqamətdə qura bilər?
06 May 08:23
Ermənistanın xalqımıza qarşı nifrəti qanlı cinayətlərlə müşayiət olunur

06 May 08:21
İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası Azərbaycan dövlətinin diqqət mərkəzindədir

06 May 08:18
Ölkəmizin uğurları xaricdəki bəzi qüvvələri narahat edir
05 May 22:02
“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib
05 May 21:58
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 May 21:37
“Ulu Öndərin siyasətində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib
05 May 21:35
Milli Məclis sədrinin müavini Adil Əliyev bir qrup gənc müəllimlə görüşüb
05 May 21:19
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər
05 May 21:12
AQUPDK ilə UNICEF arasında 2021-2022-ci illərə dair Fəaliyyət Planı imzalanıb
05 May 21:11
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
05 May 20:33
Milli Məclisin komitə iclasında 12 məsələyə baxılıb
05 May 19:23
Gəmiçiliyin alınması tələb olunmayan lisenziyaları və icazələrinin siyahısı təsdiqlənib
05 May 19:19
Türkiyə və Rusiya prezidentləri Qarabağ məsələsini müzakirə ediblər
05 May 19:18
Heydər Əliyev dühası Azərbaycanın tarixi zəfərə gedən yoluna işıq saçan günəşdir
05 May 19:14
Türkiyənin “Qanuni” kəşfiyyat-axtarış gəmisi Qara dənizdə seysmik araşdırmalar aparacaq
05 May 19:03
“İsrael HaYom” qəzeti: Azərbaycan ordusu İsrailin “Tamuz” raketləri ilə silahlanır
05 May 18:57
Baş nazir Əli Əsədov: Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar
05 May 18:45
Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
05 May 18:35
Azərbaycan könüllüləri tərəfindən aprel ayı ərzində görülmüş işlər müzakirə edilib
05 May 18:29
Azərbaycan və Gürcüstan parlamentlər səviyyəsində də uğurla əməkdaşlıq edirlər
05 May 18:17
Bahar Muradova: 2021-2022-ci illərə dair Fəaliyyət Planı milli mexanizmlərin təkmilləşdirilməsinə töhfə vermək üçün nəzərdə tutulub
05 May 18:14
Dünya prokurorlarının 29-cu illik konfransı və ümumi yığıncağının Bakıda keçirilməsinə dair ilkin razılıq əldə olunub
05 May 17:49
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib
05 May 17:47
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib
05 May 17:45
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
05 May 17:38
Heydər Əliyev ideyaları Azərbaycanı daha böyük hədəflərə çatdıracaq
05 May 17:37
YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib
05 May 17:31
Tarixə sığmayan dahi ömrü!
05 May 17:25
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elmaz Hacıyevin ailəsinə baş çəkiblər
05 May 17:24
Nazir: “ƏDVGeriAl” layihəsi üzrə indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb
05 May 17:19
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
05 May 17:14
Rusiyalı deputat: Ağdamda gördüklərim hərbi cinayətdir
05 May 17:09
Smartfonların yuxuya hansı təsir göstərdiyi aşkar olunub
05 May 17:00
Mayın 5-də Azərbaycanda yeni koronavirusa qarşı 30 minə yaxın vaksin vurulub
05 May 16:54
Deputat: Azərbaycan Prezidenti üç erməni hərbçini ölkəsinə qaytarmaqla humanizm ənənələrinə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi
05 May 16:53
Maliyyə naziri Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 54-cü illik toplantısında iştirak edib
05 May 16:44
Azərbaycanda koronavirusa 1080 yeni yoluxma faktı qeydə alınıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +23
gecə+8 +13