Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Tərtər rayon təşkilatı şəhid ailələri ilə görüşləri davam etdirir

YAP Tərtər rayon təşkilatı şəhid ailələri ilə görüşləri davam etdirir

10.04.2021 [09:15]

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə keçirilən “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Tərtər rayon təşkilatı şəhid ailələri ilə görüşləri davam etdirir. Bu kontekstdə növbəti görüşlər isə aprelin 8-də keçirilib.

Belə ki, Milli Məclisin deputatı Sahib Alıyev, rayon təşkilatının sədri Ramiz Şabanov və rayon təşkilatının bir qrup fəalı Tərtər şəhərindən olan, 44 günlük Vətən müharibəsində şəhid olmuş Aslanov Xəyal Qüdrət oğlunun, Qaradağlı kəndinin şəhidləri Hüseynov Aslan Malik oğlunun, Məmmədli Sənan Səlim oğlunun və Köçərli kəndindən olan şəhid Ələkbərli Ələkbər Ramiz oğlunun ailələrini ziyarət ediblər.

Öncə şəhid valideynləri ilə birlikdə şəhidlərin məzarları ziyarət edilib, məzarları üzərinə gül-çiçək dəstələri qoyulub.

Şəhid valideynləri Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasında onların övladlarının da iştirakından qürur duyduqlarını, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlətin, xüsusilə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısından razılıqlarını bildiriblər.

Millət vəkili Sahib Alıyev və rayon təşkilatının sədri Ramiz Şabanov şəhid valideynlərinin problemləri ilə maraqlanıb, şəhid ailələrinə bəzi problemlərinin həlli məqsədilə köməklik göstəriblər.

Paylaş:
Baxılıb: 206 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31