Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Elçin Mirzəbəyli: Bu dağıdıcı silahdan Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə olunduğu faktlarla sübuta yetirilib

Elçin Mirzəbəyli: Bu dağıdıcı silahdan Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə olunduğu faktlarla sübuta yetirilib

10.04.2021 [08:45]

“Azərbaycana qarşı “İsgəndər-M” raketlərindən istifadə olunması faktı birbaşa və dolayısı ilə “Silah ticarəti haqqında” Müqaviləyə, Ballistik raketlərin yayılmasının qarşısının alınması ilə bağlı Beynalxalq Davranış Kodeksinə, Strateji hücum silahlarının məhdudlaşdırılması ilə bağlı Müqaviləyə, Silah idxalı ilə bağlı Beynəlxalq Davranış Kodeksinə, “Avropada Adi Silahlar haqqında” Müqaviləyə və digər beynəlxalq sənədlərə ziddir. Bununla yanaşı, Ermənistanın Azərbaycanın mülki əhalisinə, infrastrukturuna, flora və faunasına daha çox ziyan vurmaq məqsədilə istifadə etdiyi və eyni zamanda, Rusiya istehsalı olan bir çox silahlar var ki, bu silahlar da “Kasset sursatları haqqında” Konvensiyaya, “Ətraf mühitə hərbi və yaxud düşmənçilik məqsədilə təsir göstərmək üçün istifadə edilən istənilən vasitənin qadağan olunması haqqında” Konvensiyaya və Beynəlxalq Humanitar Hüququn prinsiplərinə ziddir. Bu isə öz növbəsində, beynəlxalq hüquqi məsuliyyət yaradır”.

Bu fikirləri açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Rusiya tərəfi Ermənistana “İsgəndər-M” raketlərini satmadığını, yaxud vermədiyini deyir. Amma bu dağıdıcı silahdan Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə olunduğu faktlarla sübuta yetirilib: “Belə olduğu təqdirdə, “İsgəndər-M” Operativ-Taktik Raket Kompleksinin Ermənistanda və bu ölkənin vaxtilə işğalı altında olan Azərbaycan ərazilərində formalaşdırdığı qanunsuz hərbi birləşmələrin istifadəsində olması təsdiqləyir ki, bu raket kompleksi Ermənistana qanunsuz yollarla, silah ticarəti ilə məşğul olan cinayətkar qruplar vasitəsilə gətirilib. Bütün hallarda, fakt ciddi araşdırma tələb edir. Azərbaycana qarşı böyük dağıdıcı qüvvəyə malik “İsgəndər-M” raketlərindən, həmçinin qadağan edilmiş silahlardan istifadə edilməsi Ermənistanın nə qədər məsuliyyətsiz və təhlükəli bir dövlət olduğunu nümayiş etdirir. Bu isə Ermənistana silah satışının ciddi beynəlxalq nəzarət altında həyata keçirilməsini və haqqında söz açılan Konvensiya və müqavilələrə uyğun olaraq, bu ölkəyə qarşı bir sıra məhdudlaşdırıcı addımların atılmasını zəruri edir”.

PƏRVİZ

Paylaş:
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30