Ana səhifə »  Xəbər lenti »  Türk Mədəniyyəti və İrsi Fondunda “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib
A+   Yenilə  A-
Türk Mədəniyyəti və İrsi Fondunda “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib.

Tədbirdə Mədəniyyət naziri Anar Kərimov, Qırğız Respublikasının mədəniyyət, informasiya idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və digər qonaqlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, mərasimi açan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq təqdimatı keçirilən kitabın məziyyətlərindən söz açıb. Bildirib ki, Leyla Əliyeva gənc olmasına baxmayaraq, çoxşaxəli istedada malik insandır. O, bir tərəfdən gözəl, səmimi, romantik, incə ruhlu şeirlərin müəllifi, digər tərəfdən maraqlı rəssamdır. Onun bir çox şəkilləri sərgilərdə nümayiş olunub. Qeyd edilib ki, Leyla Əliyeva Azərbaycanın ictimai həyatında özünəməxsus yer tutur. Bunların hamısını birləşdirsək deyə bilərik ki, o, incə bir ürəyin sahibidir və bu, onun şeirlərində də hiss olunur.

Günay Əfəndiyeva kitabın Qırğızıstanda da çap olunduğunu söyləyib. Bildirib ki, Qırğızıstanda bu kitabın çap olunması qırğız oxucusunu müasir Azərbaycan poeziyasının nümunələri ilə tanış edir. Fondun da bu səpkidə fəaliyyəti iki xalqı bir-birinə yaxın etməkdən ibarətdir.

Mədəniyyət naziri Anar Kərimov çıxışında qeyd edib ki, Leyla Əliyevanın müraciət etdiyi həssas mövzular və onun bədii təxəyyülü oxucusunu duyğulandırır, eyni zamanda, düşündürür. Leyla Əliyevanın yaradıcılığında əsl Azərbaycan qadınının, əsl türk xanımının duyğuları, hissləri, emosiyası müşahidə olunur.

Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilib və bu, təkcə ölkəmiz üçün deyil, bütün türkdilli xalqlar da daxil olmaqla, dünya ədəbi irsi ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Çünki dahi Nizaminin yaradıcılığı türk-islam bədii təxəyyülünün ən parlaq nümunələrindən hesab olunur. Qeyd edilib ki, ki, ötən ay Türkiyə Respublikasına səfər çərçivəsində həm TÜRKSOY-un Baş qərargahında, həm də İstanbul şəhərində dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbirlər təşkil edilib. Türk dövlətlərində, xüsusən də beynəlxalq təşkilatlar çərçivəsində bu cür tədbirlərin təşkili ortaq mədəni-mənəvi dəyərlərimizin təbliği baxımından müstəsna əhəmiyyət daşıyır.

“Türk xalqlarının ortaq mədəni-mənəvi dəyərlərinin qorunub saxlanması və geniş miqyasda tanıdılması sahəsində yarandığı vaxtdan etibarən TÜRKSOY-un böyük əməyi olub. Türk Mədəniyyəti və İrsi Fondu da öz tərəfindən qısa zaman ərzində türk dünyasının mədəniyyətini, zəngin tarixini, milli-mənəvi dəyərlərini təbliğ edən müxtəlif layihələrə imzalar atıb” - deyə nazir vurğulayıb.

Qırğız Respublikasının Mədəniyyət, informasiya idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev deyib: “Leyla Əliyeva qələmə aldığı hər mövzuya özünəməxsus şair baxışı ilə yanaşa, predmeti azad baxışlarla poeziyaya çevirə bilir. Gənc şairə təbiətə qarşı həssas hisslər nümayiş etdirir, gerçəkliklə zəngin bir xəyal arasında harmoniya yaratmağı bacarır. Dünyaya şair baxışı ilə baxaraq qitələri, meşələri, dağları, çayları, gölləri adlayır, həyəcan və hisslərini ustalıqla ifadə edir, oxucu ilə səmimi ünsiyyət mühiti yaradır”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə bildirib ki, Leyla Əliyevanın yaradıcılığına yaxından bələddir: “Şairlər olduğu kimi görünməli, göründüyü kimi də olan insanlardırlar. “Göründüyün kimi ol, olduğun kimi görün” düşüncəsi Leyla Əliyevanın elə şəxsiyyətində bütövləşib. Çünki şairlərin digər insanlardan fərqi ondadır ki, hər bir şair və ya yazıçı öz ağrı-acısı ilə bərabər başqasının da acılarını hiss edir, özünün acısı kimi içərisindən keçirir. Leyla Əliyevanın yaradıcılığı, onun ruhu onun əməllərindədir”, - deyə Q.Paşayeva vurğulayıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibinin müavini Sultanbek Raev bildirib ki, Leyla Əliyevanın “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunu qırğız dilinə tanınmış şairlər tərcümə edib: “İnsana elə gəlir ki, müəllif bu kitabda Allaha müraciət edir. Çünki hər bir insan qəlbində uca Tanrının yeri olduğu üçün onun səsini eşitmək istəyir. Allahın səsi ifadəsi ilə müəllif sanki insanlarda ən ülvi hissləri oyatmağa çalışıb”.

Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin müavini Əli Yıldız, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.

Sonda tədbirin bədii hissəsində Xalq artisti Mehriban Zəkinin və Qırğızıstan Xalq artisti Tinar Abdrazayevanın ifalarında “Tanrının səsini eşitmək istəyirəm” kitabından şeirlər səsləndirilib.

 
  • Oxunub:  2610  |  
  • Tarix:  09-04-2021  |  
  •    Çap et   |  
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı

18 May 22:26
Manlio Di Stefano: Biz hazırda Azərbaycan ilə İtaliya arasında əlaqələrin ən yüksək səviyyəsinə şahidlik edirik
18 May 22:19
Azərbaycan ilə İtaliya arasında münasibətlər yüksək səviyyədədir
18 May 21:07
AQTA sədri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyəti ilə görüşüb
18 May 21:06
Təhsil nazirinin müavini UNESCO Davamlı İnkişaf üçün Ümumdünya Təhsil Konfransında çıxış edib
18 May 21:05
Şərqşünaslıq İnstitutunda Mustafa Kamal Atatürkün 140 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib
18 May 21:03
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə elmi seminarı keçirilib
18 May 20:59
Azərbaycanın xarici işlər nazirinin Türk Şurasının Baş katibi ilə telefon danışığı olub
18 May 20:58
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
18 May 20:48
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
18 May 20:44
AŞPA-nın komitə iclasında Azərbaycanın multikultural ənənələrindən danışılıb
18 May 20:17
İqtisadiyyat Nazirliyi “Carlsberg Azerbaijan” ilə anlaşma memorandumu imzalayıb
18 May 20:14
Romada Azərbaycan və İtaliya parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
18 May 20:02
Milli Məclis sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib
18 May 17:42
Litvanın ölkəmizdəki səfiri Milli Məclisdə olub
18 May 17:33
ICESCO Beynəlxalq Muzeylər Günü münasibətilə mətbuat üçün açıqlama yayıb
18 May 17:13
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
18 May 17:09
Mayın 18-də Azərbaycanda koronavirusa qarşı 36 minə yaxın vaksin vurulub
18 May 16:58
Rotterdam-Avroviziya-2021: Azərbaycan təmsilçisi müsabiqədə qadın gücünü tərənnüm edəcək
18 May 16:44
Azərbaycanda koronavirus infeksiyasından daha 1024 nəfər müalicə olunaraq sağalıb
18 May 16:38
Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur
18 May 16:35
Sahib Alıyev: Sərhəd məsələsində təkcə Ermənistan yox, onu gələcək forpostları kimi görən güclər narahatdır
18 May 16:33
Nurlan Qələndərli: Ermənistan vəziyyəti gərginləşdirməyə və reallıqları təhrif etməyə yönəlmiş addımlardan çəkinməlidir
18 May 16:26
İordaniya agentliyi Azərbaycan XİN-in Ermənistanın əsassız iddialarına dair şərhini yayıb
18 May 16:23
QMİ sədri Türkiyənin yeni səfirini qəbul edib
18 May 16:09
YAP Gənclər Birliyi birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinə başlayıb
18 May 15:43
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib
18 May 15:29
Milli Paralimpiya Komitəsi əməkdaşlarına medallar təqdim olunub
18 May 15:27
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib
18 May 15:13
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
18 May 14:54
Deputat: Əsrarəngiz təbiətə malik Laçın yenə öz sakinlərinə qucaq açacaq və orada həyat yenidən qaynayacaq
18 May 14:36
Almaniyada yaşayan azərbaycanlılar etiraz aksiya keçirib
18 May 14:33
Beynəlxalq Muzeylər Günü münasibətilə videokonfrans keçirilib
18 May 14:30
Bu gündən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə yeni hərəkət cədvəli tətbiq olunub
18 May 14:28
TAP kəməri ilə Avropaya 2 milyard kubmetrdən çox Azərbayan təbii qazı göndərilib
18 May 14:23
Yaponiyada yaşayan azərbaycanlılar soydaşlarımızı “YAŞAT” xeyriyyə marafonunda fəal iştirak etməyə çağırıblar
18 May 13:57
Mayın 26-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək
18 May 13:54
Mayın 19-da bəzi bölgələrdə 35° isti olacaq
18 May 13:51
Bakıda I sinfə qəbulla bağlı 43 mindən çox elektron müraciət daxil olub
18 May 13:48
Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın ilk iclası keçirilib
18 May 13:46
“Arabnews” qəzetində ulu öndər Heydər Əliyevə həsr edilmiş məqalə dərc olunub
18 May 13:08
Sabah təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbuluna başlanılır
18 May 12:54
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə münasibətdə dağıdıcı rəftar beynəlxalq hüququn hiddətləndirici pozuntusudur
18 May 12:45
Horadiz-Ağbənd dəmir yolu istiqamətində infrastruktur işlərinə başlanılıb
18 May 12:37
Yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 220 min e-arayış verilib
18 May 12:14
Təlimlərin gedişi barədə məruzələr dinlənilib
18 May 12:10
YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib
18 May 12:06
Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yeni qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası həyata keçiriləcək
18 May 11:59
“Həyat dolu küçələr” kampaniyasına başlanılıb
18 May 11:46
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
18 May 11:38
Ombudsman “İnsan Hüquqları Aylığı” ilə bağlı müraciət yayıb
18 May 11:36
İşğaldan azad edilən ərazilərin turizm marşrutları hazırlanır
18 May 11:25
Belarusun müdafiə naziri Azərbaycana səfərə gəlib
18 May 11:20
Prezident İlham Əliyev: Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir
18 May 11:07
Laçın bu gün azaddır və 18 may tarixini artıq Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi qeyd edir
18 May 10:50
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisinə başlanılıb
18 May 10:48
Azərbaycan ordusu bütün bölgədə sülhün və təhlükəsizliyin qarantıdır - Naqif Həmzəyev
18 May 10:21
PUA heyətləri təlim tapşırıqlarını icra edir
18 May 10:09
Prezidentin Mətbuat Xidmətinin məlumatı
18 May 10:00
18 may - Beynəlxalq Muzeylər Günüdür
18 May 09:55
“Avroviziya-2021”də Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adları açıqlanıb
18 May 09:50
Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə Avropa İttifaqı komissarı ilə görüşüb
18 May 09:31
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı
18 May 09:17
Mənsum İbrahimov: 32 ildən sonra yenidən Şuşada “Xarıbülbül” musiqi festivalında iştirak etmək mənim üçün böyük xoşbəxtlik idi
18 May 09:14
Əyani tədris qismən bərpa olundu
18 May 09:13
Seçkilərə hazırlaşan Ermənistanda siyasi xaos davam edir
18 May 09:12
Əli Kərimli indi də “Ağıllı kənd” layihəsini hədəfə almağa çalışır
17 May 20:37
Vətən müharibəsi dövründə 77 dövlətin Ədliyyə nazirliklərinə və 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib
17 May 20:33
Cəlil Xəlilov: Hərbi təlimlərin miqyası və keyfiyyəti Ordumuzun qüdrətindən və yüksək döyüş hazırlığından xəbər verir
17 May 20:27
Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi rayonunda baş vermiş insidentlə əlaqədar bəyanat yayıb
17 May 20:26
Qənirə Paşayeva: “Xarıbülbül” musiqi festivalının təşkili Qarabağın tarixi simasının bərpasının parlaq təcəssümüdür

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA