Ana səhifə »  Xəbər lenti »  Ordubad Rayon Uşaq Xəstəxanası fəaliyyətə başlayıb
A+   Yenilə  A-
Ordubad Rayon Uşaq Xəstəxanası fəaliyyətə başlayıb

Aprelin 9-da Ordubad Rayon Uşaq Xəstəxanası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Ordubad Rayon Uşaq Xəstəxanasının baş həkimi Dürdanə Quliyeva deyib ki, xəstəxana müasir tələblər səviyyəsində qurulub, uşaqların dünya səhiyyə sisteminin tələblərinə uyğun müayinə və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Görülən işlər Ordubad rayonunda uşaqların tam keyfiyyətli tibbi xidmətlə əhatə olunmasına imkan verəcəkdir. Dürdanə Quliyeva kollektiv adından minnətdarlıq edib, Ali Məclis Sədrinin “Uşaqların sağlam böyüməsi ölkəmizin sağlam gələcəyinə xidmət edir” fikrini rəhbər tutaraq uşaqların sağlamlığının qorunmasında səylərini daha da artıracaqlarına, göstərilən etimadı doğruldacaqlarına söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad Rayon Uşaq Xəstəxanasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək deyib: Bu gün Ordubad rayonunda 51 mindən artıq əhali yaşayır. Əhalinin 18 minə yaxını 1-17 yaş qrupunda olan uşaqlardır. Rayon əhalisinə 1 Mərkəzi Xəstəxana, 1 Gigiyena-Epidemiologiya Mərkəzi, 12 ambulatoriya və 19 feldşer-mama məntəqəsi vasitəsilə tibbi xidmət göstərilir. Ali Məclis Sədrinin 2020-ci il 7 yanvar tarixli Sərəncamı ilə yaradılmış Ordubad Rayon Uşaq Xəstəxanası da bu gün rayon səhiyyə müəssisələrinin sırasına daxil olur. “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada ardıcıl tədbirlər görülür. Dövlət Proqramı çərçivəsində, ilk növbədə, Naxçıvan Muxtar Respublika Uşaq Xəstəxanası yenidən qurularaq lazımi tibbi avadanlıqlarla təmin edilmişdir. Daha sonra Şərur Rayon Uşaq Xəstəxanası müasir şəkildə qurularaq istifadəyə verilmişdir.

Ali Məclisin Sədri deyib: Ordubad rayonunda da uşaq xəstəxanasının yaradılmasına ehtiyac var idi. Müvafiq sərəncamdan sonra burada lazımi işlər həyata keçirilmiş və bu gün kollektivin istifadəsinə 54 adda müxtəlif təyinatlı tibbi avadanlıqlarla təmin olunmuş, stasionar və poliklinika şöbələrindən ibarət olan müasir uşaq xəstəxanası verilir. Səhiyyə müəssisəsində hərtərəfli şərait yaradılmışdır. Bu da kollektivin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinə imkan verəcəkdir. Qarşıda duran əsas vəzifə rayonda bütün uşaqların qeydiyyata alınması, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında həyata keçirilməsi və uşaqların sağlamlığının diqqətdə saxlanılmasıdır. Ona görə ki, uşaqlar gələcəyimizdir. Onların sağlam böyüməsi, yaxşı təhsil alması isə ölkənin gələcəyinə xidmət edir.

Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirib və kollektivə işlərində uğurlar arzulayıb.

Xəstəxana ilə tanışlıq zamanı məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 10 çarpayılıq səhiyyə ocağında stasionar şöbə və poliklinika bölməsi fəaliyyət göstərir, 59 nəfərdən ibarət tibbi heyət çalışır. Zirzəmidə peyvənd-dispanserizasiya, mühasib-statist, yeməkxana, camaşırxana, qazanxana, anbar və digər köməkçi otaqlar yerləşir.

Birinci mərtəbədə qeydiyyat-qəbul, təcili tibbi yardım və manipulyasiya, laboratoriya, fizioterapiya, ultrasəslə müayinə, icbari tibbi sığorta, qəbul üzrə həkim, psixoloq-loqoped, stomatoloq, infeksionist-ftiziatr, izolyator və baş tibb bacısı otaqları vardır. İkinci mərtəbədə isə baş həkim, oftalmoloq, LOR, ordinator, 4 palata, reanimasiya və intensiv terapiya zalı, eləcə də iş otaqları yerləşir. Xəstəxanada mərkəzi oksigen sistemi və Ordubad Rayon Mərkəzi Xəstəxanasına inteqrasiya olunmuş nümunəvi tibbi informasiya sistemi yaradılıb, 12 kompüter və 3 printer quraşdırılıb, 2 stomatoloji qurğu, USM, EKQ, EEQ, pediatrik süni tənəffüs aparatı, hematoloji analizator olmaqla, ümumilikdə, 54 tibbi avadanlıq alınıb, “FİAT” markalı təcili tibbi yardım avtomobili verilib.

Ali Məclisin Sədri təcili tibbi yardım avtomobilinin açarını təqdim edib, uşaqlarda tibbi müayinə və peyvəndlərin vaxtında aparılması, həkimlərin kurslara göndərilməsi, kadr hazırlığının diqqətdə saxlanılması, həkim briqadalarının kəndlərə göndərilməsi barədə tapşırıqlar verib.

Xəstəxana mərkəzi istilik sistemi ilə təmin olunub.

Ordubad şəhər 1 nömrəli tam orta
məktəbdə müasir tədris şəraiti yaradılıb

Aprelin 9-da Ordubad şəhər 1 nömrəli tam orta məktəb istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 612 şagird yerlik məktəbdə 33 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 şahmat sinfi, 2 kompüter, 2 müəllimlər otağı, psixoloq otağı, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı, bufet və digər texniki otaqlar vardır. Məktəbdə 43 kompüter və 5 elektron lövhə quraşdırılıb, internetə çıxış təmin olunub. Kitabxana fondunda 4208-i dərslik və 5575-i bədii ədəbiyyat olmaqla, 9783 kitab vardır.

STEAM kabinəsi 2 kompüter, 1 elektron lövhə, 3D printer, robotların hazırlanması üçün müxtəlif elektron hissə və alətlər, mikrobit, arduino setləri və digər qurğularla təchiz olunub. STEAM kabinəsində şagirdlər hazırladıqları layihələri Ali Məclisin Sədrinə təqdim ediblər.

Məktəbin müəllimi Natəvan Fərzəliyeva minnətdarlıq edərək deyib ki, məktəbimizdə STEAM təhsil metodunun tətbiqi üçün kabinə yaradılıb və müxtəlif avadanlıqlarla təchiz olunub. Şagirdlər bu avadanlıqlarla tanış olaraq 3D modelləşdirmə, mikrobit, arduino ilə işləmə biliklərinə yiyələnirlər.

2020-2021-ci tədris ilində məktəbin birinci sinfinə 32 şagird qəbul olunub. Ötən tədris ilində məktəbi bitirən 20 məzundan 18-i ali, doqquzillik bazadan 4 şagird orta ixtisas məktəblərinə, 1 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. Ali təhsil müəssisələrinə qəbul olanların 2-si 500-700 intervalında bal toplayıb. Müəllimlərdən 2-si “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına, 2-si isə “Tərəqqi” medalına layiq görülüb.

Ali Məclisin Sədri hərbi hazırlıq kabinəsinə baxış zamanı gənclərlə hərbi-vətənpərvərlik işinin düzgün təşkilinin əhəmiyyətini vurğulayıb, hərbi hazırlıq fənninin tədrisinin yüksək səviyyədə aparılması barədə tapşırıq verib.

Muxtar respublikanın ümumtəhsil məktəblərində dəqiq elmlərə marağın artırılmasında, ən əsası isə şagirdlərin əqli inkişafında şahmatın tədrisi mühüm vasitədir. Şahmat avadanlıqları və dərsliklərlə təmin olunmuş sinif otaqlarının istifadəyə verilməsi bu sahəyə marağı artırır.

Elektron lövhəli sinifdə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi ilə 200-dən artıq ümumtəhsil məktəbi arasında keçirilən interaktiv dərs izlənilib.

Gənc müəllim Günay Məmmədova deyib: “Muxtar respublikada gənclərə yüksək diqqət və qayğı göstərilir. Yaradılan şəraitin nəticəsidir ki, Naxçıvan şəhərində yaşamağıma baxmayaraq, müəllimlərin işə qəbulu imtahanında iştirak etmiş və Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi fəaliyyətə başlamışam. Şagirdlərə müasir tədrisin metodlarını öyrətməklə gənclərə göstərilən etimadı doğrultmağa çalışacağam”.

Ali Məclis Sədrinin 14 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq məktəbdə Ağır Atletika İdman Klubu yaradılıb. Klubun fəaliyyəti üçün 1 velosiped, 1 xizək, 3 universal güc, 3 ağırlıqqaldırma trenajorları, 3 dəst 30 kiloqramlıq ağırlıqqaldırma aləti, 15 kiloqramlıq 8 rezin qantel alınıb.

Ali Məclisin Sədri digər məktəblərdə də idman klublarının yaradılması barədə tapşırıqlar verib, məktəbin pedaqoji kollektivi ilə görüşüb.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib: Bu ilin ötən dövründə Şərur rayon Şəhriyar və Ordubad rayon Nüsnüs kənd tam orta məktəbləri yenidən qurularaq istifadəyə verilib. Hazırda Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə, Şərur rayon Çərçiboğan, Dərvişlər, Babək Rayon Sirab, Araz, Ordubad rayon Əndəmic, Vələver, Pəzməri və Dırnıs məktəblərində tikinti-quruculuq işləri aparılır. Təhsil müəssisələrində sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən artıq elektron lövhə quraşdırılıb. Ötən dövrdə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi, 4 məktəbdənkənar təhsil müəssisəsində və 11 tam orta məktəbdə STEAM kabinələri yaradılıb. Hazırda 38 tam orta məktəbdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər aparılır. Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə yaradılan müasir tədris şəraiti tədrisin səviyyəsinin artmasına, daha yüksək nəticələrin əldə olunmasına, bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə geniş imkanlar açır. Rəhman Məmmədov yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq edib.

Məktəbin müəllimi Turanə Səfərli deyib: “Tarixin heç bir dövründə Naxçıvan indiki qədər abad olmayıb və inkişaf etməyib. Muxtar respublikamızın bütün rayon və şəhərləri, o cümlədən Ordubad rayonu da simasını dəyişib və müasirləşib. Təhsil quruculuğuna xüsusi diqqət göstərilir. Bunun əyani ifadələrindən biri də Ordubad şəhər 1 nömrəli tam orta məktəbin müasir məktəblər sırasına qoşulmasıdır. Bu məktəb binası bütün müəllim, şagird və valideynlərə sevinc bəxş etdi. Yaradılan şərait şagirdlərin yüksək səviyyədə təhsil almalarına geniş imkan açmaqla yanaşı, biz müəllimləri də daha yaxşı işləməyə ruhlandırır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kollektivi təbrik edərək deyib: Bu gün Ordubad şəhər 1 nömrəli tam orta məktəb müasir tələblər səviyyəsində qurularaq kollektivin istifadəsinə verilir. Əgər XX əsr texnika dövrü idisə, XXI əsr yeni texnologiya əsridir. O dövrdə məktəbdə əmək təlimi otağı yaradılırdısa, bu gün STEAM kabinəsi qurulur, laboratoriyalar istifadəyə verilir, məktəb və tədris dövrün tələbinə uyğunlaşdırılır. Elektron lövhələr, kompüter sinifləri, laboratoriyalar və kabinələrlə təmin olunmuş Ordubad şəhər 1 nömrəli tam orta məktəb də yeni texnologiyaların tədrisdə tətbiq edilməsinin göstəricisidir. Belə məktəblərin tikilməsi ölkənin vəsaiti hesabına həyata keçirilir. Məktəb kollektivi yeni texnologiyaları yaxşı mənimsəməlidir ki, uşaqlara da yaxşı öyrədə bilsinlər. Ona görə ki, gənclər ölkənin gələcəyi, qurucularıdır. Qəbul olunan Dövlət proqramları, həyata keçirilən tədbirlər onların yaxşı təhsil almalarına hesablanıb.

“Məktəb əvvəllər şəraitsiz vəziyyətdə idi. Bu da tədrisin müasir tələblər səviyyəsində təşkilinə maneçilik yaradırdı. Lakin buna baxmayaraq, müəllimlərin tələbkarlığı, nizam-intizam və şagirdlərin çalışqanlığı son 5 ildə məktəbin qəbul göstəricilərində 81 faiz nailiyyətin əldə olunmasına imkan vermişdir”,- deyən Ali Məclisin Sədri kollektivə fədakar əməyinə görə təşəkkür edib, gələcək tədrisdə uğurlar arzulayıb.

Ali Məclisin Sədri yeni texnologiyaların öyrənilməsi, gənc müəllimlərin işləməsi üçün şəraitin yaradılması, kitab müzakirələrinin keçirilməsi, yaradılanlardan səmərəli istifadə olunması, ərazidə yaşıllıqların və meyvə ağaclarının artırılması ilə bağlı tapşırıqlar verib.

Bina istilik sistemi ilə təchiz edilib, həyətdə açıq idman qurğuları quraşdırılıb, abadlıq işləri aparılıb.

Ordubad şəhərində yeni futbol stadionu qurulur

Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərində qurulan futbol stadionunun layihəsinə baxıb, görülən işlərlə maraqlanıb.

Məlumat verilib ki, yeni stadionda hazırda qaçış zolaqlarının asfaltlanması, 400 yerlik oturacaqların və avtomobil dayanacağının qurulması işləri görülür. Meydançada soyunma-geyinmə otaqlarının, tribunanın, işıqlandırma sisteminin yaradılması da nəzərdə tutulub.

Ali Məclisin Sədri stadionun standartlara uyğun qurulması barədə tapşırıq verib.

Yeni innovativ dərnəklər yeni təfəkkürlü gənclər formalaşdırır

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir. Xüsusilə yeni innovativ dərnəklərin yaradılması uşaqların asudə vaxtlarının səmərəli təşkili və intellektual inkişafı, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi, milli dəyərlər zəminində tərbiyələri üçün zəruri şərait yaradır.

Aprelin 9-da Ordubad rayonunda yaradılmış innovativ dərnəklərin təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dərnəklərin fəaliyyəti ilə maraqlanıb, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıb.

Məlumat verilib ki, Ordubad rayonunda Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzləri, Şahmat və Uşaq-Gənclər İdman məktəbləri olmaqla, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 1209 şagirdin təhsili ilə 59 müəllim məşğul olur.

Ordubad Texniki Peşə və Sürücülük məktəbinin 3-cü mərtəbəsində yerləşən Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzlərində, ümumilikdə, 37 dərnək fəaliyyət göstərir ki, onlardan 20-si yeni yaradılan innovativ dərnəkdir. Dərnəklərə 8-i sağlamlıq imkanları məhdud uşaq olmaqla, 614 şagird cəlb olunub ki, onların təlim-tərbiyəsi ilə 34 dərnək rəhbəri məşğul olur.

Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində rəqs, gimnastika, rəsm, xalçaçılıq, bujiteriya, ebru sənəti, ingilis dili, bədii tikmə, toxuculuq və bədii qiraət dərnəkləri fəaliyyət göstərir. Texniki Yaradıcılıq Mərkəzində isə robotexnika, kompüter mühəndisliyi və STEAM, mental-aritmetik, memarlıq-dizayn, ağac üzərində oyma, ağac üzərində yandırma, metal üzərində bədii döymə, heykəltəraşlıq, dulusçuluq, qum sənəti dərnəkləri yaradılıb. İnnovativ dərnəklər üçün 213 yerlik 16 sinif otağı və 1 xidməti otaq ayrılıb, 6 elektron lövhə və 20 kompüter quraşdırılıb, 3D printer, STEAM qurğuları, 20 dəst geyim, idman alətləri, 15 molbert, 5 hana, çertyoj lövhəsi, elektrikli dəzgahlar, 10 elektrikli yandırma aləti, 12 heykəltəraşlıq və dulusçuluq dəzgahı, 5 elektrikli qum stolu, eləcə də lazım olan digər ləvazimatlar, xammal və mebellər alınıb.

Mental-aritmetik dərnəyində şagirdlər Azərbaycan və rus dillərində saymaqla və şeir qiraət etməklə hesablama aparıblar.

Robotexnika, kompüter mühəndisliyi və STEAM dərnəklərində şagirdlər hazırladıqları yük daşıyan robot, ağıllı ev, rütubətölçən cihaz, külək elektrik stansiyasının modeli və digər layihələri təqdim edib və onlar haqqında məlumat veriblər.

Dərnək rəhbərlərindən Aliyə Haşimova və Pərvin Hacıyev kollektiv adından minnətdarlıq ediblər. Qeyd olunub ki, Ali Məclis Sədrinin gələcəyimiz olan uşaqlara göstərdiyi diqqət və qayğının nəticəsidir ki, onların asudə vaxtlarının səmərəli təşkili üçün mərkəzdə innovativ dərnəklər yaradılıb. Bu dərnəklər milli-mənəvi dəyərlərin qorunmasını, gələcək nəsillərə çatdırılmasını, uşaqların intellektual səviyyələrini inkişaf etdirmələrini təmin edir.

Ali Məclisin Sədri deyib: Məktəbdənkənar müəssisələr şagirdlərin asudə vaxtlarının təşkilində və peşə seçimlərində çox əhəmiyyətlidir. Muxtar respublikada məktəbdənkənar müəssisələrin formalaşmasına bir neçə il bundan əvvəl başlanılıb. Ordubad rayonunun məktəbdənkənar müəssisələrində də 37 dərnəkdən 20-si yeni qurulub ki, onlar da, əsasən, yeni texnologiyaları və milli dəyərləri əhatə edir. Bu dərnəklərin fəaliyyəti üçün bundan sonra da lazımi köməklik göstərilməlidir. Əvvəllər muxtar respublikada keçirilən sərgilərə yalnız evlərdə olan bir neçə çeşiddə qədim əl işləri çıxarılırdısa, son zamanlar belə sərgilərdə hazırlanan əl işlərinin çeşidləri artmışdır. Xüsusilə də sərgilərdə sağlamlıq imkanları məhdud şəxslərin əl işlərinin üstünlük təşkil etməsi yaradılan şəraitin nəticəsidir. Ona görə də milli dəyərləri əks etdirən dərnəklərin hər il muxtar respublikada sərgi-satışı, texniki dərnəklərin isə gələcəkdə təşkil olunacaq texnologiya festivalında iştirakı təmin edilməlidir. Uşaqlarda bu sahəyə böyük maraq var. Bu səbəbdən də onlar dərnəklərə daha çox cəlb edilməlidir.

Ali Məclisin Sədri muxtar respublikanın bütün məktəblərində STEAM kabinələrinin qurulub başa çatdırılması, müəllimlərin kurslara cəlb olunması, şagirdlərin asudə vaxtlarının təşkili üçün məktəb və məktəbdənkənar müəssisələrdə işlərin davam etdirilməsi barədə tapşırıqlar verib.

 
  • Oxunub:  2190  |  
  • Tarix:  09-04-2021  |  
  •    Çap et   |  
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

06 May 13:44
Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlanır
06 May 13:41
Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərinin araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək
06 May 13:28
“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” monoqrafiyasının təqdimatı olub
06 May 13:17
Teymur Musayev: Ramazan bayramı günlərində əlavə məhdudiyyətlər tətbiq olunmayacaq
06 May 13:01
Səhiyyə işçilərinin 90 faizə qədəri koronavirusa qarşı peyvənd olunub
06 May 12:54
Ceff Bezosun kompaniyası kosmosa uçuş üçün online-hərrac açıb
06 May 12:44
Teymur Musayev: Hər il mövsümi qrip vaksinasiyası kimi COVID-19-a qarşı olan peyvəndləməyə də ehtiyac duyula bilər
06 May 12:43
Azərbaycanda koronavirusa ən çox yoluxma halı 30-59 yaş arasında müşahidə olunur
06 May 12:33
Azərbaycanda koronavirusun ştammları ilə əlaqədar testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur
06 May 12:32
Yaqut Qarayeva: Hazırda ölkəmizdə epidemioloji vəziyyət nəzarət altında saxlanılır və müsbət dinamika mövcuddur
06 May 12:17
Peyvəndin ikinci dozasının vurulmadığı halda qoruyuculuq müddəti az olacaq
06 May 11:57
Deputat: Beynəlxalq birlik, o cümlədən Avropa Parlamentinin nümayəndələri Ermənistana təzyiq etməlidirlər
06 May 11:55
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur
06 May 11:47
Birinci sinfə qəbul üçün onlayn müsahibələr keçirilir
06 May 11:41
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
06 May 11:36
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
06 May 11:31
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
06 May 11:28
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
06 May 10:54
Nərimanov rayonunda Vətən müharibəsi qazisi Ruslan Məmmədov ziyarət olunub
06 May 10:41
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək
06 May 10:38
Sərbəst güləşçilərimiz dünya Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
06 May 10:27
"Avro-2020" Bakı media könüllüləri üçün 6 saatlıq təlim proqramı təşkil olunub
06 May 09:34
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik
06 May 09:27
Qahirədə Azərbaycan rəssamlarının sərgisi açılıb
06 May 08:32
Heydər Əliyev yolu Azərbaycanı daim yeni-yeni uğurlara, nailiyyətlərə, zəfərlərə aparır
06 May 08:30
“Azərbaycanda vətəndaşsızlıq: nailiyyətlər və hədəflər” jurnalı nəşr olunub
06 May 08:27
“Ramazan ayında virusa yoluxmamaq üçün kütləvi yığıncaqlardan çəkinməliyik”
06 May 08:25
ATƏT-in Minsk qrupu qarşıdakı dövrdə öz fəaliyyətini hansı istiqamətdə qura bilər?
06 May 08:23
Ermənistanın xalqımıza qarşı nifrəti qanlı cinayətlərlə müşayiət olunur

06 May 08:21
İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası Azərbaycan dövlətinin diqqət mərkəzindədir

06 May 08:18
Ölkəmizin uğurları xaricdəki bəzi qüvvələri narahat edir
05 May 22:02
“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib
05 May 21:58
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 May 21:37
“Ulu Öndərin siyasətində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib
05 May 21:35
Milli Məclis sədrinin müavini Adil Əliyev bir qrup gənc müəllimlə görüşüb
05 May 21:19
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər
05 May 21:12
AQUPDK ilə UNICEF arasında 2021-2022-ci illərə dair Fəaliyyət Planı imzalanıb
05 May 21:11
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
05 May 20:33
Milli Məclisin komitə iclasında 12 məsələyə baxılıb
05 May 19:23
Gəmiçiliyin alınması tələb olunmayan lisenziyaları və icazələrinin siyahısı təsdiqlənib
05 May 19:19
Türkiyə və Rusiya prezidentləri Qarabağ məsələsini müzakirə ediblər
05 May 19:18
Heydər Əliyev dühası Azərbaycanın tarixi zəfərə gedən yoluna işıq saçan günəşdir
05 May 19:14
Türkiyənin “Qanuni” kəşfiyyat-axtarış gəmisi Qara dənizdə seysmik araşdırmalar aparacaq
05 May 19:03
“İsrael HaYom” qəzeti: Azərbaycan ordusu İsrailin “Tamuz” raketləri ilə silahlanır
05 May 18:57
Baş nazir Əli Əsədov: Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar
05 May 18:45
Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
05 May 18:35
Azərbaycan könüllüləri tərəfindən aprel ayı ərzində görülmüş işlər müzakirə edilib
05 May 18:29
Azərbaycan və Gürcüstan parlamentlər səviyyəsində də uğurla əməkdaşlıq edirlər
05 May 18:17
Bahar Muradova: 2021-2022-ci illərə dair Fəaliyyət Planı milli mexanizmlərin təkmilləşdirilməsinə töhfə vermək üçün nəzərdə tutulub
05 May 18:14
Dünya prokurorlarının 29-cu illik konfransı və ümumi yığıncağının Bakıda keçirilməsinə dair ilkin razılıq əldə olunub
05 May 17:49
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib
05 May 17:47
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib
05 May 17:45
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
05 May 17:38
Heydər Əliyev ideyaları Azərbaycanı daha böyük hədəflərə çatdıracaq
05 May 17:37
YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib
05 May 17:31
Tarixə sığmayan dahi ömrü!
05 May 17:25
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elmaz Hacıyevin ailəsinə baş çəkiblər
05 May 17:24
Nazir: “ƏDVGeriAl” layihəsi üzrə indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb
05 May 17:19
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
05 May 17:14
Rusiyalı deputat: Ağdamda gördüklərim hərbi cinayətdir
05 May 17:09
Smartfonların yuxuya hansı təsir göstərdiyi aşkar olunub
05 May 17:00
Mayın 5-də Azərbaycanda yeni koronavirusa qarşı 30 minə yaxın vaksin vurulub
05 May 16:54
Deputat: Azərbaycan Prezidenti üç erməni hərbçini ölkəsinə qaytarmaqla humanizm ənənələrinə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi
05 May 16:53
Maliyyə naziri Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 54-cü illik toplantısında iştirak edib
05 May 16:44
Azərbaycanda koronavirusa 1080 yeni yoluxma faktı qeydə alınıb
05 May 16:29
DİN: Xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır
05 May 16:22
“Xalçaçı günü”ndə 149 yeni xalça kəsilib
05 May 16:19
Xalq şairi Fikrət Qoca son mənzilə yola salınıb
05 May 16:11
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşən livanlı terrorçu ilə bağlı cinayət işi məhkəməyə göndərilib
05 May 16:09
Şəhidlərin xatirəsinə ehtiram

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +23
gecə+8 +13