Rusiyanın “Lenta.ru” xəbər portalının “JAMA Onkology”də yayımlanlan genişmiqyaslı epidemioloji araşdırmaya istinadən verdiyi məlumata görə, Vanderbilt Universiteti Tibb Mərkəzinin tədqiqatçıları ABŞ-da, habelə Avropa və Asiya ölkələrində 1,4 milyon insanın məlumatlarını analiz edərək qatıq və yoğurt yeməyin ağciyər xərçəngi riskini azaltdığını aşkar ediblər. Siçuan Universitetinin professoru Deng Zenhuanun qrupu qatıq içməyin xərçəng xəstəliyinin inkişafını 19 faiz azaltdığını aşkarlayıb. Alimlərin fikrincə, həftədə iki dəfə və ya daha çox qatığın istifadəsi şişin inkişaf riskini azaltmağa kömək edir. Bundan əlavə, qatıq qadınlarda yüksək qan təzyiqini normallaşdıra bilər.
Bundan əvvəl, Sağlam Qidalanma Tədqiqat Mərkəzinin icraçı direktoru Zinaida Medvedeva düzgün qidalanma üçün ucuz məhsulların siyahısını hazırlayıb. Onun sözlərinə görə, bu pəhrizdə toyuq, yumurta, quru lobya, qarabaşaq yarması, tərəvəz, bitki yağı və s. olmalıdır.
- Oxunub: 2910 |
- Tarix: 05-04-2021 |
-
Çap et |