Ana səhifə »  Xəbər lenti »  Azərbaycan və bütün türk xalqlarının tarixinə düşmüş Qələbə
A+   Yenilə  A-
Azərbaycan və bütün türk xalqlarının tarixinə düşmüş Qələbə

Ötən günlərdə baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşü türk dövlətləri arasında olan birlik, bərabərlik ruhunun daha da yüksəlməsinə, ölkələrimiz arasında yeni əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına təkan verən mühüm bir hadisə olaraq yaddaşlara həkk olundu. Zirvə görüşündə müzakirə olunan əsas məsələlərdən biri 30 ilə yaxın müddət ərzində işğal altında qalan Azərbaycan torpaqlarının azad edilməsi və qazandığımız tarixi Qələbə ilə bağlı idi. Əminliklə demək olar ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi Qələbə bütünlükdə türk dünyası üçün  vacib və əlamətdardır. Çünki, bu Qələbə, Türkiyənin İstiqlaliyyət savaşından sonrakı dövrdə, yəni, son yüz il ərzində türk dövlətlərinin ilk qalibiyyəti, öz ərazisini işğal və təcavüzdən qurtarması ilə nəticələnən ilk hərbi-siyasi hadisə idi. Beləliklə, Azərbaycanın Qələbəsi ümumilikdə türk dünyasının güclənməsinə xidmət edən olduqca əhəmiyyətli bir hadisədir.

2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Zirvə görüşündən sonra ikinci Zirvə görüşü olan bu görüşdə ölkə başçımız geniş nitqlə çıxış edərək vacib açıqlamalar vermiş və Azərbaycanı öz ərazilərini hərbi yolla işğaldan azad etməyə məcbur edən faktorları izah etmişdir. Çıxışda, uzun illər boyu aparılan sülh danışıqlarının nəticə vermədiyi, hətta son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə Azərbaycanın təxribatlara çəkildiyi, erməni rəsmiləri tərəfindən  bir qarış da Azərbaycan torpağının qaytarılmayacağı barədə çıxışların olduğu, Azərbaycan xalqı üçün mənəvi dəyəri çox yüksək olan Şuşada Qondarma Respublikanın xunta rejiminin andiçmə mərasiminin təşkil olunmağı, hətta parlament binasının Şuşaya köçürülməsi kimi absurd fikirlərlə çıxış edilməsi  və digər ardı-arası kəsilməyən təxribat xarakterli addımlarla Azərbaycanın üz-üzə qaldığı vurğulandı. O da bildirildi ki, Azərbaycan heç vaxt təxribatlara uymamış, hər zaman təmkinli davranaraq danışıqlar prosesinə sadiq qalmışdır. Son nəticədə isə iyul hadisələri, avqustda baş verən diversiya cəhdi və 27 sentyabr tarixində mülki əhalimizin və hərbi mövqelərimizin artilleriya atəşinə tutulması və itkilərimizin olması Azərbaycanı əks-hücum əməliyyatlarını keçirməyə məcbur etdi. Azərbaycan bu müharibəyə başlayan tərəf deyildi, müharibə Ermənistan tərəfinin bitmək tükənmək bilməyən təxribatlarının nəticəsi idi. Amma nəticə yəqin ki, Ermənistan üçün gözlənilən deyildi. Çünki, Azərbaycan Ordusu faktiki olaraq Ermənistan Ordusunu məhv etdi. İstər canlı qüvvə və orduların hazırlığı baxımından, istərsə də döyüşdə istifadə olunan silah-sursat və texnologiya baxımından fərq müqayisəyə gəlməz dərəcədə böyük idi. Beləliklə, bugün tam əminliklə demək olar ki, Azərbaycan öz hərbi-siyası gücü ilə bu münaqişəni bitirib və Dağlıq Qarabağ məsələsi tam olaraq öz həllini tapıb.

Müharibədən sonra isə bəzi məsələlər bir daha gün üzünə çıxdı. Bu isə erməni qəddarlığı və vandallığının hansı səviyyədə olması idi. Əslində, hər birimiz işğal altında olan torpaqlarımızın illərdir zülmə məruz qaldığını bilirdik. Bunu sosial şəbəkələrdən ya da müxtəlif internet səhifələrindən görürdük. Amma vəziyyətin bu dərəcədə dəhşətli olması heç kəs üçün gözlənilən deyildi. Sanki, kimsə o cansız, quru torpaqlardan qisas alırmış kimi xüsusi qəddarlıqla torpaqlarımızı dağıtmış, talan etmiş və təhqir etmişdir. Ağdamda, Füzulidə, Qubadlıda, Zəngilanda olan mənzərə hər birimizin qəlbini dağladı. Bir vaxtlar cənnət məkan olan torpaqlarımız indi xarabalığa, “ruhlar şəhərinə” dönüb. Daha da dəhşətlisi isə azad edilmiş torpaqlarımızın hər addım başının minalanması və erməni tərəfinin yenə öz xislətinə sadiq qalaraq minalanmış ərazilərin xəritəsini təqdim etməkdən boyun qaçırmasıdır. Əlbəttə ki, bu hərbi cinayətdir. Amma Ermənistanın beynəlxalq auditoriyaya və qayda-qanunlara qoyduğu hörmət  bu qədərdir. Ermənistan müharibə bitsə də, öz kapitulyasiya aktına imza atmağa məcbur olsa da yenə də öz çirkin əməllərindən əl çəkmir və öz üzərinə düşən öhdəlikləri həyata keçirməkdən yayınmağa çalışır. Dünya isə işğal dövründə olduğu kimi indi də susub oturmağa davam edir. Dünyanın, daha dəqiq desək əsas güc mərkəzi olan ölkələrin, beynəlxalq təşkilatların belə bir vəziyyətdə susması isə şübhəsiz ki, bu təşkilatlara olan inamı azaltmaqla onların ədalətli, tərəfsiz və demokratik imicinə mənfi təsir göstərir. Əslində bu da bizim üçün təəccüblü hal sayıla bilməz. Ən azından ona görə ki, 30 il boyunca Azərbaycan torpaqlarının, dini ibadətgahlarının, mədəniyyət rəmzi olan tikililərinin vandalizmə, təhqirə məruz qaldığı dövrdə heç bir bəyanat verməyən, narahatlıq ifadə etməyən ölkələr Azərbaycan qələbə çaldıqdan sonra, dərhal, vaxt itirmədən erməni kilsələri, ibadətgahları ilə bağlı narahatlıq ifadə etməyə başladı. Üstəlik, bunun üçün heç bir əsas olmadan. Narahatlıq ifadə edən ölkələr yaxşı bilirlər ki, Azərbaycan fərqli etnik köklərin bir arada ailə kimi yaşadığı, mültikulturalizmin əsas həyat fəlsəfəsi olaraq qəbul edildiyi bir ölkədir. Hətta  Roma Papası Fransisk də 2016-cı ildə Azərbaycana səfəri zamanı, Azərbaycanı müxtəlif din və mədəniyyət daşıyıcılarının harmoniya şəklində yaşadığı ölkə kimi səciyyələndirmişdi. Bəli, reallıq budur: Azərbaycanda heç bir fərd dini ayrıseçkiliyə, etnik köklərinə görə təzyiqə məruz qalmır. Azərbaycanda, paytaxt Bakıda hələ də erməni kilsəsi fəaliyyət göstərir. Müharibənin ən qızğın vaxtında belə kilsə fəaliyyətini dayandırmamış, bu istiqamətdə xalq və ya dövlət tərəfindən heç çağırış da olmamışdır. Çünki biz bilirik və qəbul edirik ki, ölkəmizdə olan etnik fərqli kökə mənsub hər bir vətəndaş bizim sərvətimizdir, hər bir kilsə, sinaqoq bizim mədəniyyət tariximizin bir parçasıdır. Heç bir sivil dövlət Ermənistanın etdiyi kimi tarixi silməyə çalışmaz. Bu sadəcə Ermənistan kimi özünə uydurma keçmiş yaratmağa çalışan, bütün qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış edərək xülyalara dalan və öz millətindən başqa heç bir millətin nümayəndəsinə rəğbət bəsləməyən monoetnik bir ölkəyə mənsub ola biləcək xüsusiyyətdir.

Prezident İlham Əliyev çıxışına, Zəngəzur dəhlizinin region ölkələri üçün üstünlüklərindən və dəhlizin türk dünyasını birləşdirəcək rol oynacağından bəhs edərək davam etdi. Sonda isə söz alan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın qələbəsi münasibətilə təbrik edərək, torpaqlarımızın bərpası prosesində iştiraka hazır olduğunu bildirdi. Türk Şurasının Baş katibi Bağdad Amreyev də Azərbaycanın qələbəsini yüksək qiymətləndirərək, 2020-ci ili məhsuldar, hətta zəfər ili adlandırdı və təşkilatın fəaliyyətdə olan sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çoxşaxəli əməkdaşlığın inkişafında göstərdiyi səylərinə görə təşəkkürünü bildirdi.

Beləliklə, sonda vurğulamaq istərdim ki, bugün artıq münaqişə bitib, regionumuza davamlı və dayanıqlı sülh gəlib. Bu Azərbaycanın əldə etdiyi qələbənin nəticəsidir. Bu bütün türk xalqlarının qələbəsidir. Və Azərbaycan xalqı dost dövlətlərin rəhbərlərindən qələbə təbriklərini eşitdiyi üçün qürurludur.

Arzu Abdullayev

Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının

İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri

 
  • Oxunub:  2820  |  
  • Tarix:  05-04-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

17 Aprel 09:23
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
17 Aprel 09:17
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib
17 Aprel 09:06
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?
16 Aprel 16:32
Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
16 Aprel 16:24
Azərbaycan üçün regionun inkişafı strateji prioritetdir
16 Aprel 16:10
Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
16 Aprel 16:10
Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub
16 Aprel 16:03
Televizora çox baxmaq ürək çatışmazlığı xəstəliyi yaradır?
16 Aprel 16:01
Amerikalı həkimlər koronavirus infeksiyasına yenidən yoluxmanın səbəbini açıqlayıblar
16 Aprel 15:56
Sankt-Peterburqda Azərbaycan və Moldova parlament sədrlərinin görüşü olub
16 Aprel 15:50
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
16 Aprel 15:38
SOCAR bu il hasil etdiyi neft və təbii qazın həcmini açıqlayıb
16 Aprel 15:33
Sahur qidalarından alınan enerji orqanizmin gücdən düşməməsinə kömək edir
16 Aprel 15:24
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
16 Aprel 15:06
Statistika Komitəsi ilə İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu təsdiqlənib – Fərman
16 Aprel 15:02
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilib – Sərəncam
16 Aprel 14:51
YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər
16 Aprel 14:48
ATƏT-in Minsk qrupunun indiki fəaliyyəti yeni reallıqları əks etdirə bilməz
16 Aprel 14:37
Xaricə göndərilən bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb
16 Aprel 14:29
Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa edilir
16 Aprel 14:23
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir
16 Aprel 14:17
Hərbi Qənimətlər Parkı Azərbaycanın 44 günlük Vətən müharibəsinin gedişatı ilə bağlı bir çox detalları özündə əks etdirir
16 Aprel 14:05
Milli Məclisin deputatları AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər
16 Aprel 13:53
Beşinci İslam Həmrəylik Oyunları təxirə salına bilər
16 Aprel 13:42
Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı təsdiq edilib
16 Aprel 13:36
Aprelin 17-də bəzi bölgələrdə havanın temperaturu 28°-yə yüksələcək
16 Aprel 13:25
Özbəkistan portalı ADA Universitetində keçirilən beynəlxalq konfrans haqqında məqalə yayıb
16 Aprel 13:18
Cavanşir Paşazadə: Hərbi Qənimətlər Parkında təqdim olunan hər bir nümunə Azərbaycan əsgərinin qəhrəmanlığını və rəşadətini tərənnüm edir
16 Aprel 13:15
Məlahət İbrahimqızı: Cənubi Qafqaz regionu ilə bağlı beynəlxalq medianın gündəmi Prezident İlham Əliyevin fikirləri və çıxışları əsasında müəyyənləşdirilir
16 Aprel 13:08
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,5 milyard kubmetr təbii qaz ötürülüb
16 Aprel 12:44
Rauf Əliyev: Qələbə ölkəmizin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb
16 Aprel 12:31
Azərbaycan könüllüləri akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər
16 Aprel 12:28
“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək” platforması arasında Niyyət Protokolu imzalanıb
16 Aprel 12:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Yaşıl Marafon” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına qoşuldu
16 Aprel 12:17
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının fəxarət məkanıdır
16 Aprel 12:11
Kross qaçışı üzrə Bakı çempionatına start verilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +22
gecə+10 +13