Ana səhifə »  Xəbər lenti »  Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi Qələbə bütün türk dünyasının Qələbəsi kimi qəbul olunmalıdır..
A+   Yenilə  A-
Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi Qələbə bütün türk dünyasının Qələbəsi kimi qəbul olunmalıdır..

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun dastan yazdığı 44 günlük Vətən müharibəsinin bitməsindən artıq beş aya yaxın müddət keçib. Ancaq qələbəmizin dünya arenasında, o cümlədən türk dünyasında təsirləri davam edir. Ölkə başçımız hələ də müzəffər Ali Baş Komandan kimi təbrikləri qəbul edir. Bunun əsas səbəbi isə, Azərbaycanın qələbəsinin və ərazi bütövlüyünün bərpasının sadəcə regionda sülhün bərqərar olmasına şərait yaradan amil kimi yox, həm də ümumilikdə türk dünyasının qələbəsi kimi qəbul olunmasıdır. Tarixi kök, dil və din bağlılığı olan, eyni mənəvi dəyərləri bölüşən dövlətlər kimi bütün türk dövlətləri qələbəmizi öz qələbələri kimi qəbul edirlər. Ötən günlərdə, daha dəqiq desək - 31 mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü də buna növbəti sübut oldu. Görüşdə türk dövlətlərinin liderləri ölkə başçımızı Azərbaycanın əldə etdiyi möhtəşəm qələbə münasibətilə təbrik etdi və bərpa prosesində iştirak etməyə hazır olduqlarını bildirdi.

Görüşdə ölkə başçımız geniş nitqlə çıxış etdi. İndiyə qədər bütün beynəlxalq səviyyəli tədbirlərdə olduğu kimi, bu tədbirdə də cənab İlham Əliyev çıxışının əsas hissəsini Qarabağa həsr etdi. Dövlət başçısı çıxışında Qarabağ probleminin sülh yolu ilə həllinə olan maneələrdən, Azərbaycanı münaqişənin hərb yolu ilə həllinə məcbur edən səbəblərdən, o cümlədən Ermənistanın ard-arda törətdiyi təxribatlardan və Azərbaycanı “yeni torpaqlar üçün yeni müharibə” ilə hədələməsindən bəhs etdi. Çıxışda diqqət çəkən məqamlardan biri də şübhəsiz ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti, daha açıq desək fəaliyyətsizliyi ilə bağlı fikirlər oldu. Ölkə başçısı daha əvvəl dəfələrlə ifadə etdiyi kimi bu dəfə də qətiyyətlə bildirdi ki, Minsk qrupunun 28 illik fəaliyyəti sıfra bərabərdir. Bəli, əldə olunan nəticələrə baxsaq bu fikrin tamamilə doğru olduğunu görə bilərik. 28 ildir ki bölgəyə səfərlər edən, danışıqlar aparan, bəyanatlar verən Minsk üçlüyü nəticə olaraq heç bir şey ortaya qoya bilməyib. Əslində, yəqin etmək olar ki, Minsk qrupu özlüyündə güclü bir təşkilatdır. Ən azından ona görə ki, Minsk qrupunun hər üç ölkəsi dünyanın aparıcı ölkələridir və BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əgər onlar həqiqətən də məsələnin həllinə, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsinin icrasına çalışsaydı şübhə yoxdur ki, bu məsələni həll edə bilərdi. Ermənistana təzyiq göstərməklə, sanksiyalar tətbiq etməklə qısa bir müddətdə məsələ sülhlə və daha da vacibi ədalətlə həll oluna bilərdi. Amma tərəflər buna çalışmaqdansa münaqişənin donmuş formada qalmasına, status-kvonun əbədi olaraq saxlanılmasına və son nəticədə əzəli torpaqlarımızı Ermənistana güzəştə getməyimizə çalışdılar. Bəlkə də, bunun səbəbi hər üç Minsk qrupu həmsədri ölkəsində köklü erməni lobbisinin varlığıdır. Amma münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurum olan Minsk qrupundan ədalətli həll gözləmək bizim ən təbii haqqımız idi. Amma təəssüf ki, Minsk qrupu ona hansı tələblərin qoyulmasını və əsas məqsədini unudaraq fəaliyyətində dəqiqlik göstərmədi. Və münaqişənin həlli Azərbaycanın öz gücünə hərbi-siyasi yolla mümkün oldu. Ölkə başçısının həmsədrlərlə, müharibənin bitməsindən cəmi 1 ay sonrakı- 12 dekabr 2020-ci il tarixli görüşündən qısa bir xatırlatma  vermək istərdiçm. Sitat: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir.” Bəli, ölkə başçımızın Minsk qrupu ilə bağlı fikirləri kifayət qədər açıq və dəqiqdir.

Cənab İlham Əliyevin çıxışı zamanı toxunduğu digər çox vacib məsələ isə Zəngəzur dəhlizi ilə bağlı oldu. Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsini türk dünyasının coğrafi parçalanması kimi səciyyələndirən ölkə başçısı, indi, Zəngəzurun türk dünyasının birləşməsi rolunu oynayacağını bildirdi. Əlbəttə ki, Zəngəzur dəhlizi Azərbaycan üçün,  Qafqaz üçün və eləcə də bütün region üçün olduqca əhəmiyyətlidir. Dəhlizin bizim üçün əsas üstünlüklərindən biri qardaş Türkiyə ilə olan məsafəmizi 400 km-ə qədər endirməsidir ki, bu iki ölkə arasındakı ticarət əlaqələrinin daha da genişlənməsinə şərait yaradacaqdır. Eyni zamanda, Azərbaycan və Türkiyə ilə yanaşı bütün bölgə ölkələri - Rusiya, İran və Ermənistan da bu dəhlizdən maksimum dərəcədə gəlir əldə edə bilər. Dəhlizlə birlikdə bölgə ölkələri arasında bütün maneələr aradan qalxacaqdır. Ancaq təəccüblü deyil ki, bütün region üçün əlverişli olan layihəyə Ermənistan əngəl törətməyə çalışır. Bəli, hər zaman olduğu kimi indi də Ermənistan öz ampulasında qalaraq dəhlizin icrasına süni maneələr yaratmağa cəh edir amma əlbəttə ki, bunlar əbəsdir, ölkə başçısının da bir müddət əvvəl YAP-ın VII Qurultayı zamanı dediyi kimi: “Məcbur edəcəyik onları. Məcbur edəcəyik”. Əslində, sözügedən dəhlizin Ermənistan üçün əhəmiyyəti də olduqca yüksəkdir. Belə ki, dəhlizlə birlikdə, Ermənistan iqtisadi blokadan çıxa və iqtisadi inkişaf imkanları əldə edə bilər. Yəni, regional əməkdaşlıq batmaqda olan Ermənistan iqtisadiyyatı üçün də xilas yolu ola bilər.

Sonda bir məsələyə də xüsusilə toxunmaq istərdim ki, Azərbaycanın 44 günlük müharibədəki Qələbəsi Türkiyənin İstiqlaliyyət savaşından sonrakı dövrdə, son yüz il ərzində türk dövlətlərinin ilk qalibiyyəti, öz ərazisini işğal və təcavüzdən qurtarması ilə nəticələnən ilk hərbi-siyasi hadisə idi. Beləliklə, bu hadisə ümumilikdə türk dünyasının Qələbəsi idi. Bunun nəticəsidir ki, Türk Şurasının baş katibi Bağdat Amreyev də ötən ili türk dünyası üçün məhsuldar, hətta Zəfər ili adlandırmış və Azərbaycanın qələbəsi ilə türk dünyasının daha da gücləndiyini bildirmişdir. Görüşdə çıxış edən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirləri də bir daha hər birimizi qürurlandırmış gələcək üçün gözləntilərimizi yüksəltmişdir. Xüsusilə, Ramazandan sonra ölkə başçımız cənab İlham Əliyevlə birgə Şuşaya səfər etmək istəyini dilə gətirən cənab Ərdoğan yenidən iki ölkənin birliyini, bərabərliyini bütün dünyaya nümayiş etdirdi. Ən çətin günümüzdə yanımızda olduğu kimi, bugün ən xoşbəxt günlərimizdə yanımızda olacağını elan etdi.

Xəyalə Cavanşirli

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

 
  • Oxunub:  2640  |  
  • Tarix:  05-04-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?
16 Aprel 16:32
Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
16 Aprel 16:24
Azərbaycan üçün regionun inkişafı strateji prioritetdir
16 Aprel 16:10
Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
16 Aprel 16:10
Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub
16 Aprel 16:03
Televizora çox baxmaq ürək çatışmazlığı xəstəliyi yaradır?
16 Aprel 16:01
Amerikalı həkimlər koronavirus infeksiyasına yenidən yoluxmanın səbəbini açıqlayıblar
16 Aprel 15:56
Sankt-Peterburqda Azərbaycan və Moldova parlament sədrlərinin görüşü olub
16 Aprel 15:50
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
16 Aprel 15:38
SOCAR bu il hasil etdiyi neft və təbii qazın həcmini açıqlayıb
16 Aprel 15:33
Sahur qidalarından alınan enerji orqanizmin gücdən düşməməsinə kömək edir
16 Aprel 15:24
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
16 Aprel 15:06
Statistika Komitəsi ilə İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu təsdiqlənib – Fərman
16 Aprel 15:02
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilib – Sərəncam
16 Aprel 14:51
YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər
16 Aprel 14:48
ATƏT-in Minsk qrupunun indiki fəaliyyəti yeni reallıqları əks etdirə bilməz
16 Aprel 14:37
Xaricə göndərilən bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb
16 Aprel 14:29
Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa edilir
16 Aprel 14:23
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir
16 Aprel 14:17
Hərbi Qənimətlər Parkı Azərbaycanın 44 günlük Vətən müharibəsinin gedişatı ilə bağlı bir çox detalları özündə əks etdirir
16 Aprel 14:05
Milli Məclisin deputatları AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər
16 Aprel 13:53
Beşinci İslam Həmrəylik Oyunları təxirə salına bilər
16 Aprel 13:42
Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı təsdiq edilib
16 Aprel 13:36
Aprelin 17-də bəzi bölgələrdə havanın temperaturu 28°-yə yüksələcək
16 Aprel 13:25
Özbəkistan portalı ADA Universitetində keçirilən beynəlxalq konfrans haqqında məqalə yayıb
16 Aprel 13:18
Cavanşir Paşazadə: Hərbi Qənimətlər Parkında təqdim olunan hər bir nümunə Azərbaycan əsgərinin qəhrəmanlığını və rəşadətini tərənnüm edir
16 Aprel 13:15
Məlahət İbrahimqızı: Cənubi Qafqaz regionu ilə bağlı beynəlxalq medianın gündəmi Prezident İlham Əliyevin fikirləri və çıxışları əsasında müəyyənləşdirilir
16 Aprel 13:08
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,5 milyard kubmetr təbii qaz ötürülüb
16 Aprel 12:44
Rauf Əliyev: Qələbə ölkəmizin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb
16 Aprel 12:31
Azərbaycan könüllüləri akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər
16 Aprel 12:28
“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək” platforması arasında Niyyət Protokolu imzalanıb
16 Aprel 12:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Yaşıl Marafon” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına qoşuldu
16 Aprel 12:17
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının fəxarət məkanıdır
16 Aprel 12:11
Kross qaçışı üzrə Bakı çempionatına start verilib
16 Aprel 12:05
Səbinə Xasayeva: “Cənubi Qafqaza yeni baxış: müharibədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda regionun gələcək perspektivi diqqət mərkəzində oldu
16 Aprel 11:58
“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 11:54
Abşeron Milli Parkında Ekoloji Bilik Günü qeyd olunub
16 Aprel 11:38
“Hökumət buludu”na keçidlə bağlı müzakirələr davam edir
16 Aprel 11:32
Tədqiqatçı alim: Peyvəndləmə davamlı və üstün immunitet qazandırır
16 Aprel 11:25
Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək
16 Aprel 11:01
Xalq artisti Eldar Quliyev vəfat edib
16 Aprel 10:57
Azərbaycan XİN: N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA