Ana səhifə »  Xəbər lenti »  Patriarx Varfolomey Qarabağda dağıdılan tarixi, dini və mədəniyyət abidələri barədə məlumatlandırılıb
A+   Yenilə  A-
Patriarx Varfolomey Qarabağda dağıdılan tarixi, dini və mədəniyyət abidələri barədə məlumatlandırılıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 1-də KAICIID Beynəlxalq Dialoq Mərkəzinin sessiyasında iştirakı çərçivəsində İstanbulda Rum Fənər Pravoslav Patriarxlığında Ekumenik Patriarx Varfolomeylə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşmək imkanından məmnunluğunu bildirən Patriarx Varfolomey qonağını səmimi salamlayıb. Qafqazın Şeyxülislamı ilə söhbət zamanı əvvəlki görüşlərini xatırlayan Patriarx Varfolomey Azərbaycana səfərini rəğbətlə vurğulayıb. Bu səfərin onun qəlbində hər zaman xoş xatirə kimi qaldığını qeyd edən Patriarx Varfolomey Azərbaycana səfəri zamanı ulu öndər Heydər Əliyevlə görüşündən danışıb, bu görüşün onda unudulmaz təəssürat buraxdığını bildirib. Həmin görüş zamanı Şeyxülislamın qonaqpərvərliyi və səmimiyyətini xüsusi qeyd edən Ekumenik Patriarx Varfolomey A. Paşazadənin dini lider olaraq bölgədə və dünyada sülhməramlı fəaliyyətini, qlobal miqyasda dinlərarası dialoq və əməkdaşlığa verdiyi böyük töhfələri yüksək qiymətləndirdiyini xüsusi qeyd edib, ona möhkəm cansağlığı diləyib. Dünyanın tezliklə pandemiya bəlasından qurtulması üçün dualar edən Patriarx gələcəkdə də dinlər, mədəniyyətlər arasında dialoqun dərinləşdirilməsi, insanlar arasında sülhün möhkəmləndirilməsi yönündə birgə səyləri davam etdirmək niyyətində olduğunu bildirib.

Böyük nüfuz sahibi olan dini lider - Patriarx Varfolomeylə görüşə böyük dəyər verdiyini bildirən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Ekumenik Patriarxa çatdırıb. Patriarx Varfolomey Azərbaycan Prezidentinin diqqətini minnətdarlıqla qarşılayıb, öz növbəsində xeyir-dualarını və ən xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı Şeyxülislamdan rica edib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın müxtəlif din nümayəndələrinin dost, qardaş kimi yaşadığı bir dövlət olduğunu, bütün dünyada sülh tərəfdarı olduğunu vurğulayıb və 44 günlük Qarabağ savaşında Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad edib tarixi ədaləti bərpa etməsini fəxarətlə vurğulayıb. Şeyxülislam A. Paşazadə Ermənistanın işğalı nəticəsində vaxtilə çiçəklənən, abad Azərbaycan şəhərlərinin işğal dövründə ruhlar məkanına çevrilməsini, ərazilərimizdə ümumbəşər əhəmiyyətli tarixi, dini, mədəni abidələrin, minlərlə tarixi, dini, mədəniyyət abidələrimizin, ziyarətgah və qəbiristanlıqlarımızın, İslam, xristian və yəhudi məbədlərininin məhv edildiyini Patriarx Varfolomeyin diqqətinə çatdırıb. QMİ sədri qeyd edib ki, məscidlərimiz İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş həqarət əməllərinə məruz qalmışdır. Halbuki, bütün bu illər ərzində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində erməni kilsəsi təmir edilərək abad şəkildə qorunub saxlanılmaqdadır və on minlərlə erməni əsilli vətəndaşımız ölkəmizdə əmin-amanlıq şəraitində yaşayır.

Hər zaman dinlərarası və mədəniyyətlərarası dialoqun tərəfdarı olduğunu bildirən Şeyxülislam A. Paşazadə vurğulayıb ki, dini lider olaraq o, Uca Yaradanın buyurduğu kimi, hər zaman ədalətli sülhə çağırış edib. Bildirib ki, Azərbaycan dövləti azad olunmuş Qarabağda bütün dinlərin əmin-amanlıq şəraitində yaşamağa davam etməsini təmin edəcək. Öz növbəsində dinlər arasında ehtiram, anlaşma və dialoqun davamlı inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirən QMİ-nin sədri Şeyxülislam A. Paşazadə Patriarx Varfolomeyi və Mitropolit Emmanueli Qarabağdakı məscidləri və kilsələri birlikdə ziyarət etmək üçün bir daha Azərbaycana səfərə dəvət edib.

QMİ-nin sədri təəssüflə qeyd edib ki, erməni kilsəsi qonşu xalqlara qarşı təcavüzü dəstəkləyir, erməni din xadimləri bir əlində xaç, bir əlində silah müharibəyə çağırışlar edir. Şeyxülislam A.Paşazadə ümid etdiyini bildirib ki, erməni katolikosu dini liderə yaraşan, mənəvi öhdəliklərinə uyğun şəkildə müharibə deyil, sülhü və dialoqu təşviq edəcək, sülhpərvər və humanist ideyaları təbliğ edəcək, dini müstəvidə nifrət çağırışlarından çəkinəcəkdir. Patriarx Varfolomey bu mövqeni müdafiə etdiyini bildirib və Erməni Apostol Kilsəsinin məhz bu yöndə səy göstərməsinin vacib olduğunu vurğulayıb.

Patriarx Varfolomey Şeyxülislam Allahşükür Paşazadəni növbəti müddətə KAICIID Beynəlxalq Mərkəzinin Direktorlar Şurasının üzvü seçilməsi münasibətilə səmimi təbrik edib və ona səmərəli fəaliyyətində uğurlar diləyib. Görüşdə iştirak edən Mitropolit Emmanueli Ekumenik Patriarxatının ağsaqqalı və Kadıköy (Xalkidon) Mitropoliti seçilməsi münasibətilə təbrik edən Şeyxülislam A. Paşazadə, öz növbəsində, ümidvar olduğunu bildirib ki, onların fəal əməkdaşlığı hər ikisinin Direktorlar Şurasının üzvü olduqları KAICIID Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Dialoq Mərkəzi platformasında, həmçinin beynəlxalq dinlər və mədəniyyətlərarası əməkdaşlıq müstəvisində bundan sonra da davam edəcəkdir. Təbriklərə görə öz təşəkkürünü bildirən Mitropolit Emmanuel, öz növbəsində, Ekumenik Patriarxlıq ilə QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın paytaxtında beynəlxalq dinlərarası forumun təşkil olunması təşəbbüsünü irəli sürüb. QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə bu təşəbbüsü dəstəkləyib və yüksək qiymətləndirib.

 
  • Oxunub:  2130  |  
  • Tarix:  02-04-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?
16 Aprel 16:32
Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
16 Aprel 16:24
Azərbaycan üçün regionun inkişafı strateji prioritetdir
16 Aprel 16:10
Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
16 Aprel 16:10
Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub
16 Aprel 16:03
Televizora çox baxmaq ürək çatışmazlığı xəstəliyi yaradır?
16 Aprel 16:01
Amerikalı həkimlər koronavirus infeksiyasına yenidən yoluxmanın səbəbini açıqlayıblar
16 Aprel 15:56
Sankt-Peterburqda Azərbaycan və Moldova parlament sədrlərinin görüşü olub
16 Aprel 15:50
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
16 Aprel 15:38
SOCAR bu il hasil etdiyi neft və təbii qazın həcmini açıqlayıb
16 Aprel 15:33
Sahur qidalarından alınan enerji orqanizmin gücdən düşməməsinə kömək edir
16 Aprel 15:24
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
16 Aprel 15:06
Statistika Komitəsi ilə İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu təsdiqlənib – Fərman
16 Aprel 15:02
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilib – Sərəncam
16 Aprel 14:51
YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər
16 Aprel 14:48
ATƏT-in Minsk qrupunun indiki fəaliyyəti yeni reallıqları əks etdirə bilməz
16 Aprel 14:37
Xaricə göndərilən bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb
16 Aprel 14:29
Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa edilir
16 Aprel 14:23
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir
16 Aprel 14:17
Hərbi Qənimətlər Parkı Azərbaycanın 44 günlük Vətən müharibəsinin gedişatı ilə bağlı bir çox detalları özündə əks etdirir
16 Aprel 14:05
Milli Məclisin deputatları AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər
16 Aprel 13:53
Beşinci İslam Həmrəylik Oyunları təxirə salına bilər
16 Aprel 13:42
Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı təsdiq edilib
16 Aprel 13:36
Aprelin 17-də bəzi bölgələrdə havanın temperaturu 28°-yə yüksələcək
16 Aprel 13:25
Özbəkistan portalı ADA Universitetində keçirilən beynəlxalq konfrans haqqında məqalə yayıb
16 Aprel 13:18
Cavanşir Paşazadə: Hərbi Qənimətlər Parkında təqdim olunan hər bir nümunə Azərbaycan əsgərinin qəhrəmanlığını və rəşadətini tərənnüm edir
16 Aprel 13:15
Məlahət İbrahimqızı: Cənubi Qafqaz regionu ilə bağlı beynəlxalq medianın gündəmi Prezident İlham Əliyevin fikirləri və çıxışları əsasında müəyyənləşdirilir
16 Aprel 13:08
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,5 milyard kubmetr təbii qaz ötürülüb
16 Aprel 12:44
Rauf Əliyev: Qələbə ölkəmizin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb
16 Aprel 12:31
Azərbaycan könüllüləri akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər
16 Aprel 12:28
“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək” platforması arasında Niyyət Protokolu imzalanıb
16 Aprel 12:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Yaşıl Marafon” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına qoşuldu
16 Aprel 12:17
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının fəxarət məkanıdır
16 Aprel 12:11
Kross qaçışı üzrə Bakı çempionatına start verilib
16 Aprel 12:05
Səbinə Xasayeva: “Cənubi Qafqaza yeni baxış: müharibədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda regionun gələcək perspektivi diqqət mərkəzində oldu
16 Aprel 11:58
“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 11:54
Abşeron Milli Parkında Ekoloji Bilik Günü qeyd olunub
16 Aprel 11:38
“Hökumət buludu”na keçidlə bağlı müzakirələr davam edir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +22
gecə+10 +13