Ana səhifə »  Xəbər lenti »  Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq
A+   Yenilə  A-
Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq

“...Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq...”

Bu fikirlər Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur. Dövlətimizin başçısı bu tarixi fikirləri martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə səsləndirdi. Bu, 44 günlük müharibədəki Zəfərdən, böyük Qələbədən sonra düşmənə və onun əliqanlı havadarlarına verilən növbəti mesaj, növbəti xəbərdarlıq, növbəti Zəfər gözdağı, növbəti əzələ nümayişi oldu.

Ali Baş Komandanımız bu fikirləri səsləndirməklə bir daha Qarabağın Azərbaycan, Azərbaycana məxsus olduğunu, ondan qopmağın, qoparılmağın qeyri-mümkünlüyünü, eyni zamanda, digər tarixi torpaqlarımızın - Zəngəzurun itirilməsi ilə barışılmayacağını, əksinə, bu istiqamətdə yeni hədəflərin mövcudluğunu hər kəsə - düşmənə də, onun himayədarlarına da, bütün dünyaya da bəyan etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva söyləyib.

Deputat bildirib: “Yeri gəlmişkən, məhz Azərbaycanın təşəbbüsü, xeyir-duası, ev sahibliyi ilə yaradılmış Türk Şurası 10 illik mövcudluğu dövründə böyük yol, məsafə qət edə bilib. Bir nüfuzlu regional qurum kimi özünü dünyada tanıdıb, özünə layiqli yer qazanıb və gücünə güc qatıb. Artıq bu qurumla maraqlanan, onunla əməkdaşlıq etmək və ona üzv olmaq istəyən ölkələrin, dövlətlərin sırası da getdikcə genişlənməkdədir. Bu onu göstərir ki, Türk Şurası adi, sıradan bir qurum olmayıb, olmayacaq və daha da genişlənərək, daha da güclənərək, regionun, altaylardan Avropayadək uzanan türk dünyasının, bütövlükdə dünyanın düzəninə bir nizam gətirəcək, sülhə, təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa müsbət və önəmli töhfələrini verəcək. Bu qurum olub, var və bundan sonra da olacaq”.

Jalə Əliyeva qeyd edib ki, sonuncu Zirvə görüşünü açan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qurumun əsas məqsədinin türk dünyasını ən vacib iqtisadi, mədəni məkanlardan birinə çevirmək olduğunu deyib.

Qazaxıstanın birinci Prezidenti - Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev də çıxışında Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edərək dedi: “Bu gün mən həm də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır”.

N.Nazarbayev 2019-cu ildə Bakıda keçirilən VII Zirvə görüşündə Türk Şurasının fəxri sədri seçildiyini və bundan böyük şərəf duyduğunu bildirdi. Budəfəki Zirvə toplantısının keçirilməsinin səbəblərindən biri kimi dünyada baş verən dəyişiklikləri, xüsusilə pandemiya ilə mübarizəni qeyd edərək “Türk dünyasının gələcəyi - 2040” adlı sənədin hazırlanmasını təklif etdi.

Nazarbayev sonra Türküstan şəhərinin yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu bildirdi. Həmçinin, iqtisadi əlaqələrin əhəmiyyətinə toxunaraq bildirdi: “Biz hamımız bu prosesləri həyəcanla izləyir və nəticələri gözləyirdik. Əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və Yerevan arasında imzalanmış sülh razılaşması böyük İpək Yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır”.

Deputat vurğulayıb ki, geniş məzmunlu, əhatəli və tarixi çıxışında isə Azərbaycan Prezidenti keçilən yola, qarşıda duran hədəflərə, o cümlədən, artıq tarixə çevrilmiş Qarabağ münaqişəsinə toxunaraq bir daha bəyan etdi ki, düşmən növbəti qanlı təxribatından sonra - 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı keçirib onu layiqincə cəzalandırdıq və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad olundu və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri üçtərəfli Bəyanat imzaladılar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni, 32 illik qanlı münaqişəni həll etdi, tarixi Zəfər qazanda və dağıdılmış ərazilərdə bərpa işləri başladı. Həmçinin, müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq.

Qardaş Türkiyənin cümhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi ki, bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi.

J.Əliyeva bildirib ki, çıxışında “Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm. Müharibə dövründə və müxtəlif dövrlərdə Prezident Ərdoğanın və Türkiyənin digər rəsmi şəxslərinin çoxsaylı bəyanatları məsələnin həllində xüsusi önəmli rol oynamışdır. Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Noyabrın 8-də bu təbriki bizə çatdırmışdır. Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir” deyən Azərbaycan Prezidenti, eyni zamanda, dəstəyə görə Türk Şurasına, həmçinin digər beynəlxalq təşkilatlara – Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına minnətdarlığını ifadə etdi.

Eyni zamanda, hər zaman, hər an yanımızda olan qardaş Türkiyə Prezidenti Ərdoğan öz müjdəsini, xoş xəbərini verdi, Şuşaya ilk səfərinin tarixini açıqladı.

Rəcəb Tayyib Ərdoğan “Arzum odur ki, ən qısa zamanda - Ramazan bayramından sonra qardaşımla birgə Şuşanı ziyarət edək, inşallah, burada yeni bir bayram yaşayaq” deyərək, Azərbaycanın heç zaman yalnız, tək buraxılmadığını və buraxılmayacağını hər kəsə bəyan etdi.

Yuxarıda da qeyd edildiyi kimi, müharibə başa çatıb, münaqişə tarixdə qalıb. Yeni imkanlar yaranıb və onların arasında ən vacib imkan nəqliyyat imkanlarıdır. Heç kimə sirr deyil ki, bu gün artıq Zəngəzur dəhlizi üzərində çox fəal iş gedir.

“Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”, - deyən dövlətimizin başçısı bildirdi ki, çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi isə Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər.

Bəli, Ermənistan özünü heç olmasa, bundan sonra normal, sivil qonşu kimi, apararsa, nəinki itirər, əksinə qazanar. Əks təqdirdə, dəmir yumruq hər zaman başlarının üzərindədir.

Bəli, Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə, Orta Asiya isə Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start verib və əminik ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər.

Bəli, qalib ölkə kimi Azərbaycan artıq oyun qaydalarını özünü müəyyənləşdirir, özü diktə edir, hər kəsə, xüsusilə dostlarına, tərəfdaşlarına, müttəfiqlərinə öz səmimi niyyətlərini, əməkdaşlıq, tərəfdaşlıq təkliflərini bir daha açıq şəkildə ortaya qoyur, sərgiləyir.

Bizə də, qalib Azərbaycana da yaraşan budur, bizə elə bu yaraşır.

Odur ki, qələbələr də, zəfərlər də, uğurlar da, bizimlə birgə yürüyənlər də daim bizimlədir!

Növbəti qələbələrin, növbəti, yürüşlərin mübarək və müzəffər olsun, Azərbaycan!

 
  • Oxunub:  2190  |  
  • Tarix:  01-04-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

17 Aprel 09:23
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
17 Aprel 09:17
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib
17 Aprel 09:06
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?
16 Aprel 16:32
Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
16 Aprel 16:24
Azərbaycan üçün regionun inkişafı strateji prioritetdir
16 Aprel 16:10
Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
16 Aprel 16:10
Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub
16 Aprel 16:03
Televizora çox baxmaq ürək çatışmazlığı xəstəliyi yaradır?
16 Aprel 16:01
Amerikalı həkimlər koronavirus infeksiyasına yenidən yoluxmanın səbəbini açıqlayıblar
16 Aprel 15:56
Sankt-Peterburqda Azərbaycan və Moldova parlament sədrlərinin görüşü olub
16 Aprel 15:50
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
16 Aprel 15:38
SOCAR bu il hasil etdiyi neft və təbii qazın həcmini açıqlayıb
16 Aprel 15:33
Sahur qidalarından alınan enerji orqanizmin gücdən düşməməsinə kömək edir
16 Aprel 15:24
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
16 Aprel 15:06
Statistika Komitəsi ilə İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu təsdiqlənib – Fərman
16 Aprel 15:02
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilib – Sərəncam
16 Aprel 14:51
YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər
16 Aprel 14:48
ATƏT-in Minsk qrupunun indiki fəaliyyəti yeni reallıqları əks etdirə bilməz
16 Aprel 14:37
Xaricə göndərilən bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb
16 Aprel 14:29
Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa edilir
16 Aprel 14:23
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir
16 Aprel 14:17
Hərbi Qənimətlər Parkı Azərbaycanın 44 günlük Vətən müharibəsinin gedişatı ilə bağlı bir çox detalları özündə əks etdirir
16 Aprel 14:05
Milli Məclisin deputatları AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər
16 Aprel 13:53
Beşinci İslam Həmrəylik Oyunları təxirə salına bilər
16 Aprel 13:42
Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı təsdiq edilib
16 Aprel 13:36
Aprelin 17-də bəzi bölgələrdə havanın temperaturu 28°-yə yüksələcək
16 Aprel 13:25
Özbəkistan portalı ADA Universitetində keçirilən beynəlxalq konfrans haqqında məqalə yayıb
16 Aprel 13:18
Cavanşir Paşazadə: Hərbi Qənimətlər Parkında təqdim olunan hər bir nümunə Azərbaycan əsgərinin qəhrəmanlığını və rəşadətini tərənnüm edir
16 Aprel 13:15
Məlahət İbrahimqızı: Cənubi Qafqaz regionu ilə bağlı beynəlxalq medianın gündəmi Prezident İlham Əliyevin fikirləri və çıxışları əsasında müəyyənləşdirilir
16 Aprel 13:08
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,5 milyard kubmetr təbii qaz ötürülüb
16 Aprel 12:44
Rauf Əliyev: Qələbə ölkəmizin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb
16 Aprel 12:31
Azərbaycan könüllüləri akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər
16 Aprel 12:28
“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək” platforması arasında Niyyət Protokolu imzalanıb
16 Aprel 12:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Yaşıl Marafon” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına qoşuldu
16 Aprel 12:17
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının fəxarət məkanıdır
16 Aprel 12:11
Kross qaçışı üzrə Bakı çempionatına start verilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +22
gecə+10 +13