Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Qran-Prisinin trekinin üzərinə düşən küçələrdə tikinti-quraşdırma işlərinə start verilir

Azərbaycan Qran-Prisinin trekinin üzərinə düşən küçələrdə tikinti-quraşdırma işlərinə start verilir

31.03.2021 [15:09]

Bakıda növbəti Formula 1 yarışı iyunun 4-6-da baş tutacaq. Bununla bağlı Azərbaycan Qran-Prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” (BŞH) Əməliyyat Şirkəti paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində gecə saatlarında tikinti-quraşdırma işlərinə başlayır.

BŞH-dən AZƏRTAC-a bildiriblər ki, martın 31-dən başlayaraq Puşkin və Xaqani küçələrinin kəsişməsi arasındakı ərazidən Bülbül prospekti istiqamətində olan yolun üzərində beton bloklar şəklində olan təhlükəsizlik baryerlərinin quraşdırılmasına start verilir. Tikinti-quraşdırma işlərinin aparılması saat 22:00-dan 06:00-dək planlaşdırılıb.

Bütün bunları nəzərə alaraq sürücülərdən xahiş olunur ki, avtomobillərini həmin saatlarda Xəqani küçəsində park etməsinlər. Əks halda qeyd olunan ərazidə park edilmiş avtomobillər başqa yerə aparılacaq.

Həmçinin, yolun qeyd olunan hissələrində aparılan təmir-tikinti işlərini nəzərə alaraq, gecə vaxtı yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərdən avtomobili idarə edərkən daha diqqətli olmaları və sürət həddini aşmamaları xahiş olunur.

Ümumilikdə yarış trekinin tikinti-quraşdırma işləri 2021-ci ilin iyun ayınadək davam edəcək. Formula 1 trekinin Puşkin və Xaqani küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində olan əraziyədək kəsiyində tikinti işlərinin aprelin 15-dək yekunlaşması gözlənilir. Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.

Paylaş:
Baxılıb: 216 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30