Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının nümayəndələri Qaraçuxur qəsəbəsində Vətən müharibəsində şəhidi olmuş və Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Orxan Səlvər oğlu Qəhrəmanovun ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar. Görüş zamanı təşkilat sədri Vüqar Seyidov vurğulayıb ki, öz həyatlarını işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq.
Səmimi söhbət əsnasında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Orxanın əziz xatirəsini bir daha yad edərək, təşkilat adından üzərində Vətən müharibəsinin simvoluna çevrilmiş “Xarı bülbül” təsvirinin içərisində şəhidimizin şəkili toxunmuş xalçanı, “Anım lövhəsi”ni şəhid ailəsinə təqdim edib.
Görüş zamanı şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.
- Oxunub: 3570 |
- Tarix: 31-03-2021 |
-
Çap et |