“44 günlük müharibədən sonra Şuşa şəhəri başda olmaqla, işğaldan azad edilmiş bütün ərazilərdə quruculuq işləri davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin də qətiyyətlə söylədiyi kimi, azad olunan bütün torpaqlar bərpa olunacaq”.
Bu fikirləri qəzetimizə açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyev deyib.
S.Hacıyev bildirib ki, Azərbaycan dövləti müharibə meydanında göstərdiyi qüdrəti azad edilmiş ərazilərimizdə aparılacaq quruculuq işlərində də ortaya qoymaqdadır: “Artıq işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlanılıb və infrastruktur layihələrinə start verilib. Dövlət başçısının Novruz bayramı münasibətilə Şuşa şəhərindən Azərbaycan xalqına müraciətində vurğuladığı kimi, ilk növbədə, Ağdam şəhərinin və bütövlükdə Ağdam rayonunun baş planı hazırlanacaq. Prezidentin tapşırıqları nəzərə alınmaq şərtilə yaxın gələcəkdə baş plan təsdiq olunacaq. Heç şübhəsiz, azad edilmiş bütün torpaqlarda həmin qaydada bərpa işlərinə başlanacaq”.
Partiya sədrinin sözlərinə görə, siyasi partiya liderləri və təmsilçiləri Ağdama səfər zamanı həmin ərazilərdəki dağıntını öz gözləri ilə görüb: “Təsəvvür edin ki, vaxtilə regionun ən böyük şəhəri olan Ağdamda salamat bina qalmayıb. Dövlət başçısının qeyd etdiyi kimi, Ağdam şəhəri tamamilə yenidən qurulmalıdır. Eyni zamanda, işğaldan azad edilən ətraf kəndlərin bərpası üçün genişmiqyaslı işlər görülməlidir. Sözsüz ki, işğaldan azad olunan bütün torpaqlarımız qısa müddətdə bərpa ediləcək”.
Qaşqay
- Oxunub: 4710 |
- Tarix: 31-03-2021 |
-
Çap et |