Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan hərbçilərimizin ailələri ilə silsilə görüşlərini davam etdirir. Növbəti görüşlər rayonun Arısu, Səbətkeçməz və Çalburun kəndlərində keçirilib.
Rayon təşkilatının nümayəndələri rayonun Çalburun kəndindən olan Vətən müharibəsi şəhidləri - Zəngilan uğrunda döyüşlərdə həlak olmuş Kənan Müzəffərlinin və Elvin Mustafayevin məzarlarını ziyarət edib, məzarları üzərinə tər güllər düzüblər. Sonra şəhidlərin ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə tanış olublar.
Daha sonra rayon təşkilatının nümayəndələri rayonun Arısu kəndindən olan və Füzuli rayonu uğrunda döyüşlərdə şəhid olmuş Elsevər Əliyevin, Səbətkeçməz kəndindən olan və Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olmuş Bəybala Əliyevin ailələrini ziyarət ediblər.
PƏRVİZ
- Oxunub: 2790 |
- Tarix: 30-03-2021 |
-
Çap et |