“Azərbaycanda guya erməni əsirləri ilə pis rəftar edilməsinə dair “Human Rights Watch” təşkilatının əsassız iddialarını özündə əks etdirən hesabatı birmənalı şəkildə qeyri-obyektivdir və həqiqəti əks etdirmir”. Bu fikirləri Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Əlisahib Hüseynov bildirib ki, Milli Həmrəylik Partiyası bu hesabatı Azərbaycana qarşı sifarişli təşəbbüs və arxasında siyasi motivlərin dayandığı təzyiq vasitəsi kimi qiymətləndirir. “Belə ki, Ermənistanın azərbaycanlı hərbi əsirlərə qarşı qeyri-insani davranışları barədə indiyə qədər bircə dəfə də səsini çıxarmayan bu təşkilatın üzvləri Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun rəftar edildiyini, onlara lazımi tibbi yardımın göstərildiyini, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin 2020-ci ilin oktyabrından etibarən bütün erməni əsirlərə müntəzəm olaraq baş çəkdiklərini, nəhayət, bütün hərbi əsirlərin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müvafiq müddəasına uyğun olaraq Ermənistana qaytarıldığını bildikləri halda, bu cür yalançı “SOS” siqnalı verib, beynəlxalq ictimaiyyəti çaşdırmağa, aldatmağa çalışmaları onların obyektivliyini şübhə altına almağımıza əsas verir. Bu cür qərəzli davranışlar ikrah hissi doğurur. Biz Milli Həmrəylik Partiyası olaraq “Human Rights Watch” təşkilatının ədalətsiz mövqeyini və ikili standartlar taktikasını qətiyyətlə pisləyirik”, - deyə partiya sədri vurğulayıb.
NARDAR
- Oxunub: 1980 |
- Tarix: 30-03-2021 |
-
Çap et |