Keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində Ermənistan tərəfindən Azərbaycana qarşı müxtəlif səviyyələrdə törədilən cinayətlər hər kəsə məlumdur. Bu cinayətləri bütün dünya görüb və bilir. Artıq buna beynəlxalq siyasi qiymət verilib. Amma biz bunun beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsini istəyirik.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Milli Məclisin üzvlərinin iştirakı ilə keçirilən “Müharibə və soyqırımı cinayətləri beynəlxalq hüquq kontekstində” mövzusunda dəyirmi masada müzakirələr zamanı deyib.
Tədbirin məqsədinin 31 mart soyqırımı qurbanlarının xatirəsini yad etmək və Ermənistanın törətdiyi cinayətləri bir daha xatırlatmaq olduğunu deyən icma sədri qeyd edib ki, ermənilər tərəfindən Xocalıda törədilən faciə dünyada ən ağır cinayətlərdən biridir. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə fərdi cinayət prinsipi əsasında qiymət verilməlidir.
- Oxunub: 5490 |
- Tarix: 29-03-2021 |
-
Çap et |