Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan-Kanada əlaqələrinin müxtəlif sahələrdə inkişafı üçün geniş imkanlar var

Azərbaycan-Kanada əlaqələrinin müxtəlif sahələrdə inkişafı üçün geniş imkanlar var

21.05.2015 [12:20]

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Kanada parlamentinin hakim Mühafizəkarlar Partiyasından olan üzvü, parlamentdə fəaliyyət göstərən Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolini ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə X. Xələfov Azərbaycan və Kanada arasında ikitərəfli münasibətlərin inkişafı baxımından parlamentlərarası münasibətlərin mühüm yer tutduğunu bildirib, əməkdaşlığın müxtəlif sahələrdə, xüsusilə iqtisadi sahədə inkişafı üçün geniş imkanların olduğunu qeyd edib.
Regional inkişaf və inteqrasiyaya başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlar prosesinin son vəziyyəti barədə məlumat verən nazir müavini bu prosesdə dağıdıcı mövqe tutan Ermənistanın sülhə vadar edilməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən ikili standartların tətbiqinə son qoyulmalı və ədalətli mövqe nümayiş etdirməli olduğunu vurğulayıb. O, NATO-nun üzvü olan Kanadanın da bu prosesdə fəallıq nümayiş etdirməsinin və Kanada şirkətlərinin işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərməsinə yol verilməməsinin vacibliyini vurğulayıb.
Azərbaycana dördüncü dəfə səfər etdiyi bildirən Barri Devolini ölkəmizin gündən-günə inkişafının xoş təəssüratlar yaratdığını qeyd edib. O, Kanada ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı baxımından mövcud potensialın konkret layihələrdə əks olunmasının faydalı olacağını qeyd edib.

Paylaş:
Baxılıb: 280 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31