İyunun 9-dan 13-dək Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə 37-ci Avropa çempionatı keçiriləcək.
AZƏRTAC "Avropa Gimnastikası"na istinadla xəbər verir ki, ilkin siyahıya əsasən, Azərbaycanı yarışda 14 idmançı təmsil edəcək. Böyüklər arasında 8, gənclər arasında 6 gimnast birincilik uğrunda mübarizə aparacaq.
Çempionatda 40 ölkədən 350-dən artıq gimnast iştirak edəcək.
- Oxunub: 2370 |
- Tarix: 24-03-2021 |
-
Çap et |