Ana səhifə »  Xəbər lenti »  Vüqar Rəhimzadə: Azərbaycan Prezidentinin Şuşanın Cıdır düzündən xalqımıza Novruz təbriki milli qürurumuzun təqdimatıdır
A+   Yenilə  A-
Vüqar Rəhimzadə: Azərbaycan Prezidentinin Şuşanın Cıdır düzündən xalqımıza Novruz təbriki milli qürurumuzun təqdimatıdır

2021-ci ilin Novruz bayramı çağdaş tariximizə hec zaman unudulmayacaq, gələcək nəsillər tərəfindən əsrlərboyu fəxrlə, qürurla oxunacaq şanlı bir səhifə kimi yazılacaq. Azərbaycan Prezidentinin xalqımıza builki Novruz təbriki fərqli məkandan - 28 il gözü yolda qalan, bu müddətdə əzəli sahibinə qayıdacağına ümidini bir an belə itirməyən və ötən il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin hərb tarixində görünməmiş qəhrəmanlığı sayəsində öz ülvi arzusuna qovuşan Şuşadan, Cıdır düzündən ünvanlandı. Dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın xalqımızın ən əziz bayram günündə bu müqəddəs məkanda Novruz tonqalını alovlandırmaları bir daha milli qürurumuzun, tarixi ədalətin bərpasının dünyaya təqdimatı oldu. 30 ilə yaxın dövrdə Novruz bayramı təbriklərinin əsas mahiyyətini təşkil edən “Növbəti bayramı işğaldan azad edilmiş torpaqlarımızda qeyd edək, tonqallar qalayaq” kimi arzularımız nəhayət reallığa çevrildi, bu günlər qalib ölkənin qalib vətəndaşı kimi milli bayramımız olan Novruzu, baharın gəlişini ilk dəfə xoş ovqatla, sevinc hissi ilə qeyd edirik. Məhz əziz bayram ərəfəsində bu xoşbəxt anları bizə yaşatdıqlarına, vaxtilə itirilmiş milli qürurumuzu özümüzə qaytardıqlarına görə harada yaşamasından, siyasi baxışlarından, əqidəsindən asılı olmayaraq hər bir azərbaycanlı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdardır.”

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, son 17 ildə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qarşıya qoyduğu və xüsusi prinsipiallıqla, qətiyyətlə həllinə doğru inamla irəlilədiyi əsas məsələ torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası olub. Bunun üçün güc toplamaq, bütün istiqamətlər üzrə hazırlıq işləri görmək lazım idi. Azərbaycan ötən dövrdə həm gücləndi, həm də münaqişənin həlli üçün möhkəm hüquqi baza yaratdı.

Azərbaycanın tarixi Qələbəsini şərtləndirən amillərdən geniş bəhs edən baş redaktor bildirib ki, bunlardan biri də gənclərimizin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunması, onların hər birinin qəlbində dərin kök atmış torpaq, Vətən sevgisidir: “Bu gənclər Azərbaycan xalqının qalib Lideri İlham Əliyev idarəçiliyinin yetirmələridir. Heç də təsadüfi deyildir ki, Azərbaycan gəncləri torpaqlarımızı işğaldan azad etmək üçün hər zaman möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “hücum!” əmrini gözləyiblər. Çağdaş tariximizə Zəfər Gününü yazan İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatı olan üçtərəfli Bəyanatın imzalanması ilə başa çatan qalibiyyət yürüşümüz məhz gənclərin Vətən sevgisinin, bu müqəddəs amala söykənən birliyimizin, həmrəyliyimizin nümayişi oldu. Möhtərəm Prezidentimiz Şuşadan xalqa müraciətində də bu məqamı xüsusi vurğulayır ki, bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhməti, payı var. Amma torpaqlarımızın yağı düşməndən təmizlənməsində əsas yükü, vəzifəni gənc nəsil yerinə yetirdi.”

Vüqar Rəhimzadə vurğulayıb ki, torpaqlarımızın tarixi sahibinə qayıtması işğalçı Ermənistana bir daha bu həqiqəti sübut etdi ki, yalan üzərində qurulan təbliğatın ömrü uzun ola bilməz: “Artıq ermənilərin tarixi saxtalaşdırmaq üçün göstərdikləri bütün mənasız cəhdlərin iflasa uğraması göz önündədir. Düşmən Şuşanın timsalında bunu aydın şəkildə gördü. Mənfur düşmən ötən 28 ildə nə qədər cəhd göstərsə də, Şuşanın Azərbaycan ruhunu, görkəmini dəyişdirə bilmədi. Bəli, işğal altında olduğu 28 il ərzində Şuşanın tarixi siması dağıntılara məruz qaldı. Düşmən Şuşanı erməniləşdirmək, əsrlərboyu bu müqəddəs diyarımızın hər qarışına, hər daşına, kəsəyinə hopmuş Azərbaycan xalqının ruhunu, izini, tarixi irsini silmək istəyirdi. Ancaq buna nail ola bilmədi. Ola da bilməzdi. Ona görə ki, əsarətdə olduğu 28 ildə Azərbaycanın qədim tarixi ruhunu varlığında yaşadan Şuşa vandalların bütün cəhdlərinə baxmayaraq əyilmədi, sınmadı, milli ruhunu qorudu. Dövlətimizin başçısı İlham Əliyev Şuşadan işğalçı Ermənistana bu mesajı ünvanladı: “Əgər bu, erməni şəhəri idisə, niyə ermənilər gəlib burada yaşamadılar? Çünki ermənilərin tarixi yoxdur burada. Əgər erməni şəhəridirsə, niyə belə bərbad günə qoyublar? Niyə talayıblar Şuşanı, niyə 28 il ərzində bərpa etməyiblər?”

Baş redaktor faktlara müraciət edərək bu fikri də xüsusi qeyd edib ki, dünyanın müharibələr tarixi göstərir ki, hər bir savaşda birliyinə, həmrəyliyinə söykənən ölkələr, yüksək idarəçilik qabiliyyətinə malik, dövlətinin, xalqının gələcəyini düşünən, yenilməz iradəyə malik, qətiyyətli, dövlət maraqlarını hər şeydən üstün tutan liderlər qələbə qazanırlar. Bu gün Azərbaycan adını tarixə qalib ölkə, möhtərəm Prezidentimiz qalib Lider, Müzəffər Sərkərdə, Azərbaycan Ordusu isə güclü, qüdrətli ordu kimi yazıb. Qalib Azərbaycanın, rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı kimi cənab İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza, Qarabağın ürəyi olan Şuşaya növbəti səfəri və burada Novruz tonqalını alovlandırması bir daha bunun təsdiqidir. Dövlətimizin başçısı Şuşada Cıdır düzündə xalqa müraciətində “Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz” fikirləri ilə son 17 ilin ümumi mənzərəsini yaratmaqla yanaşı, işğalçı Ermənistana və ona dəstək verənlərə mesajlarını çatdırdı. Artıq işğaldan azad edilmiş torpaqlarımıza yeni nəfəs verilir. Bu torpaqlarda quruculuq-bərpa işləri həyata keçirilir. İnşallah, birliyimizlə, həmrəyliyimizlə Böyük Qayıdışa nail olacağıq. 28 illik həsrətdən sonra öz sahibinə qovuşan torpaqlarımız bu il Novruzu əvvəlki 27 ildən fərqli olaraq boynubükük deyil, başını dik tutaraq, alnıaçıq, üzü ağ qarşılayır, xoşbəxtliyini, sevincini yanan bayram tonqalları ilə nümayiş etdirir. Gözün aydın, Azərbaycan! Gözün aydın, Azərbaycan xalqı!”

İkinci Qarabağ müharibəsinin dünyanın hərb tarixinə yeni səhifə yazdığını bildirən V.Rəhimzadə qeyd edib ki, 44 günlük Vətən müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Azərbaycan XXI əsrin müharibəsini apardı. Ermənilərin illərdir formalaşdırdıqları “güclü erməni ordusu” mifi dağıdıldı, Ermənistan diz çökdü. Novruz bayramını Cıdır düzündə qeyd edən dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük qürur hissi ilə “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” söyləməklə bir daha işğalçı dövlətə layiq olduğu yerini göstərdi.

 
  • Oxunub:  2460  |  
  • Tarix:  22-03-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?
16 Aprel 16:32
Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
16 Aprel 16:24
Azərbaycan üçün regionun inkişafı strateji prioritetdir
16 Aprel 16:10
Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
16 Aprel 16:10
Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub
16 Aprel 16:03
Televizora çox baxmaq ürək çatışmazlığı xəstəliyi yaradır?
16 Aprel 16:01
Amerikalı həkimlər koronavirus infeksiyasına yenidən yoluxmanın səbəbini açıqlayıblar
16 Aprel 15:56
Sankt-Peterburqda Azərbaycan və Moldova parlament sədrlərinin görüşü olub
16 Aprel 15:50
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
16 Aprel 15:38
SOCAR bu il hasil etdiyi neft və təbii qazın həcmini açıqlayıb
16 Aprel 15:33
Sahur qidalarından alınan enerji orqanizmin gücdən düşməməsinə kömək edir
16 Aprel 15:24
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
16 Aprel 15:06
Statistika Komitəsi ilə İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu təsdiqlənib – Fərman
16 Aprel 15:02
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilib – Sərəncam
16 Aprel 14:51
YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər
16 Aprel 14:48
ATƏT-in Minsk qrupunun indiki fəaliyyəti yeni reallıqları əks etdirə bilməz
16 Aprel 14:37
Xaricə göndərilən bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb
16 Aprel 14:29
Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa edilir
16 Aprel 14:23
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir
16 Aprel 14:17
Hərbi Qənimətlər Parkı Azərbaycanın 44 günlük Vətən müharibəsinin gedişatı ilə bağlı bir çox detalları özündə əks etdirir
16 Aprel 14:05
Milli Məclisin deputatları AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər
16 Aprel 13:53
Beşinci İslam Həmrəylik Oyunları təxirə salına bilər
16 Aprel 13:42
Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı təsdiq edilib
16 Aprel 13:36
Aprelin 17-də bəzi bölgələrdə havanın temperaturu 28°-yə yüksələcək
16 Aprel 13:25
Özbəkistan portalı ADA Universitetində keçirilən beynəlxalq konfrans haqqında məqalə yayıb
16 Aprel 13:18
Cavanşir Paşazadə: Hərbi Qənimətlər Parkında təqdim olunan hər bir nümunə Azərbaycan əsgərinin qəhrəmanlığını və rəşadətini tərənnüm edir
16 Aprel 13:15
Məlahət İbrahimqızı: Cənubi Qafqaz regionu ilə bağlı beynəlxalq medianın gündəmi Prezident İlham Əliyevin fikirləri və çıxışları əsasında müəyyənləşdirilir
16 Aprel 13:08
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,5 milyard kubmetr təbii qaz ötürülüb
16 Aprel 12:44
Rauf Əliyev: Qələbə ölkəmizin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb
16 Aprel 12:31
Azərbaycan könüllüləri akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər
16 Aprel 12:28
“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək” platforması arasında Niyyət Protokolu imzalanıb
16 Aprel 12:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Yaşıl Marafon” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına qoşuldu
16 Aprel 12:17
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının fəxarət məkanıdır
16 Aprel 12:11
Kross qaçışı üzrə Bakı çempionatına start verilib
16 Aprel 12:05
Səbinə Xasayeva: “Cənubi Qafqaza yeni baxış: müharibədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda regionun gələcək perspektivi diqqət mərkəzində oldu
16 Aprel 11:58
“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 11:54
Abşeron Milli Parkında Ekoloji Bilik Günü qeyd olunub
16 Aprel 11:38
“Hökumət buludu”na keçidlə bağlı müzakirələr davam edir
16 Aprel 11:32
Tədqiqatçı alim: Peyvəndləmə davamlı və üstün immunitet qazandırır
16 Aprel 11:25
Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək
16 Aprel 11:01
Xalq artisti Eldar Quliyev vəfat edib
16 Aprel 10:57
Azərbaycan XİN: N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA