Ana səhifə »  Xəbər lenti »  Postmüharibə mərhələsi: Azərbaycanın xarici siyasət kursunun əsas məqamları (I yazı)
A+   Yenilə  A-
Postmüharibə mərhələsi: Azərbaycanın xarici siyasət kursunun əsas məqamları (I yazı)

İkinci Qarabağ müharibəsinin sona çatması və Azərbaycan ərazilərinin işğaldan azad edilməsilə Cənubi Qafqazda geosiyasi və geoiqtisadi vəziyyət kökündən dəyişib. Prinsipial olaraq bölgədə yeni situasiya yaranıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayında söylədiyi nitqində geniş bəhs edib. Dövlət başçısı dərin təhlil əsasında Azərbaycanın son 17 ildə həyata keçirdiyi xarici siyasətin taktiki və strateji özəlliklərini ifadə edib. Prezidentin irəli sürdüyü tezislər göstərir ki, Azərbaycan regionda ən mükəmməl xarici siyasət kursuna malik müstəqil dövlətdir. Azərbaycanın xarici siyasət təşəbbüsləri regional və qlobal reallıqları zərgər dəqiqliyi ilə nəzərə alır. Bu fikrin doğruluğunu Ermənistanla Azərbaycan arasında son müharibənin nəticələri də təsdiq edir. Bu məqamı nəzərə alaraq postmüharibə mərhələsində Azərbaycanın xarici siyasətinin bir sıra mühüm aspektləri üzərində geniş dayanmağa ehtiyac görürük.

"Qurultay tezisləri": yeni dünya nizamı kontekstində

Azərbaycan Prezidenti İlham Əliyevin YAP-ın VII qurultayındakı nitqi konseptual məzmun kəsb edir. Dövlət başçısı əsaslı, geniş və kifayət qədər elmi meyarlar çərçivəsində dövlətin və cəmiyyətin XX əsrin sonlarından 2020-ci ilə qədər olan təkamülünün mükəmməl nəzəri-metodoloji və konkret siyasi analizini verib.

İlham Əliyevin ifadə etdiyi tezislər Azərbaycanda dövlət quruculuğunun milli, regional və qlobal kontekstdə başlıca istiqamətlərini göstərir. Bu nöqteyi-nəzərdən Prezidentin nitqinin regional və beynəlxalq səviyyədə özünü göstərən trendlərlə sıx bağlılığı böyük maraq doğurur. Xüsusilə postmüharibə dövründə Azərbaycanın xarici siyasətinin istiqamətləri ikitərəfli və çoxtərəfli münasibətlərin qurulması formatları aspektində olduqca aktualdır. Başqa faktorlarla yanaşı, həm də ona görə ki, İlham Əliyevin regionda sülhün bərqərar olmasına dair təklif etdiyi "3+3" formatı Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi üçün ciddi rol oynayacaq. Bundan başqa, Vətən müharibəsində qazanılan Qələbə və Zəngəzur dəhlizi kimi vacib məsələlərin geosiyasi əhəmiyyətini anlamaq üçün lazımi nəzəri təsəvvür olmalıdır. Bunların əsasında Azərbaycan Prezidentinin irəli sürdüyü və region dövlətləri arasında sıx inteqrasiyanın təmin olunmasını nəzərdə tutan çoxtərəfli platformanın regionda davamlı sülhə gətirib çıxaracağını dərk etmək çətin olmayacaq. Həmin məqsədlə bəzi nəzəri-siyasi məqamlara diqqət yetirmək lazımdır.

Henri Kissincer 2012-ci il aprelin 26-da "The New Criterion" jurnalının 30 illiyinə həsr edilmiş və ona Edmund Börk adına mükafatın təqdimatı mərasimində çıxışı zamanı vurğulamışdı: dəyərlər universaldır, ancaq, bir qayda olaraq, proses kimi həyata keçirilməlidir, yəni tədrici olaraq reallaşmalıdır. "Əgər dəyərlər tarixə və şəraitə baxmadan tətbiq edilirsə, bütün ənənəvi tabuları qanuni əsasından məhrum edir" (bax: Henry A. Kissinger. The limits of universalism / "The New Criterion", iyul, 2012).

Bunları nəzərə alaraq H.Kissincer yazırdı ki, sırf realizm tənəzzülə, idealizm isə "səlib yürüşləri"nə aparıb çıxarır. Ona görə də Amerika fərqli konseptual yanaşmaları birləşdirməlidir (bax: Henry Kissinger. Does America Need a Foreign Policy?: Toward a Diplomacy for the 21st Century. New York, 2001, s. 286).

Buradan H.Kissincerin bütövlükdə dünyanın gələcək geosiyasi nizamı ilə bağlı fikirlərinə çıxış əldə etmək olar. Onun fikrincə, dünya nizamının və müxtəlif sivilizasiyaların dinc yanaşı yaşamasının başlıca şərti qüvvələr balansının təmin edilməsindən ibarət ola bilər. Burada hər hansı tərəfin üstünlüyü ancaq zərər gətirər.

H.Kissincer hesab edir ki, beynəlxalq münasibətlər sisteminin işləməsi üçün iki şərtin ödənilməsi mütləqdir. Birincisi, tam tarazlıq. İkincisi, sistemi yaradanlar onun legitimliyini həqiqi olaraq qəbul etməlidirlər (bax: Henry Kissinger. World Order: Reflections on the Character of Nations and the Course of History. New York, 2014, s. 21).

Həmin prizmadan ABŞ-ın xarici siyasətində missionerliklə təcridçiliyin nisbətinə baxdıqda Vaşinqton üçün mürəkkəb vəziyyətin yarandığı qənaəti alınır. Belə ki, ABŞ nə tam təcrid ola bilər, nə də təkbaşına dominantlıq etmək imkanı vardır. Bundan başqa, Amerika nəzərə almalıdır: dünyada güclərin yenidən qruplaşması göstərir ki, ABŞ uduza bilər.

Bu, bir tərəfdən, XXI əsr boyu yeni nizamın formalaşmasına işarədirsə, digər tərəfdən, regional qruplaşmaların və onlara konkret dövlətlərin liderlik etmələrinin zamanının çatdığı deməkdir. Bu isə dünyanın bütövlükdə regional blokların yaranması istiqamətində dəyişdiyini göstərir (bax: əvvəlki mənbəyə, s. 129).

Deməli, H.Kissincerə görə, XXI əsrdə dünya nizamında təkbaşına lider olmayacaq, bir neçə aparıcı dövlətin liderliyi ilə regional bloklar formalaşacaq və məhdud sayda əsas geosiyasi oyunçu qalacaq. Yeni sistemin qurucularının hər biri maraqlarının bir qismini qurban verməli olacaqlar. Müxtəlif mədəniyyət daşıyıcıları olan dövlətlərin dinc yanaşı yaşamaqdan başqa yolu qalmayacaq.

H.Kissincerin XXI əsr dünya nizamı haqqında ifadə etdiyi və yuxarıda vurğuladığımız tezisləri kontekstində postmüharibə mərhələsində Azərbaycanın xarici siyasətinin mühüm məqamları olduqca maraqlı görünür.

İkitərəfli və çoxtərəfli əməkdaşlıq: postmüharibə mərhələsində

Dövlət başçısı YAP-ın VII qurultayındakı nitqində Azərbaycanın 2003-cü ildən başlayaraq apardığı böyük qələbəyə hazırlıq kursunu ayrıca vurğulayıb. Azərbaycan xalqının və dövlətinin erməni işğalı ilə barışmayacağı faktından çıxış edərək, ölkə rəhbəri ardıcıl və sistemli olaraq dövlətin və cəmiyyətin gücünü artırmaq istiqamətində fəaliyyət göstərib.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son 17 il ərzində çıxışlarında bu barədə İlham Əliyev açıq danışıb. Bütün yüksək səviyyəli görüşlərində, ali toplantılarda, beynəlxalq təşkilatların tədbirlərində, BMT-nin yüksək tribunasında çıxış edəndə Prezident işğal altındakı əraziləri hərbi yolla azad etmək variantını istisna etməyib.

Əsas məqsədi də dəqiq ifadə edib. Qurultayda həmin məqamı bir daha İlham Əliyev ifadə etdi. Prezident bəyan etdi: "Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq".

Bu müstəvidə "ərazi bütövlüyünü bərpa etmək tarixi ədaləti bərpa etməkdir" fundamental tezisinin əsaslı siyasi, geosiyasi, tarixi və mədəni aspektləri vardır. Siyasi aspekt Azərbaycan dövlətçilik ənənəsinin ümumi fəlsəfəsi ilə bağlıdır – dövlətin mövcudluğunda Ədalət prinsipi mərkəzi yer tutur!

Məsələnin geosiyasi əhəmiyyəti H.Kissincerin də nəzəri olaraq vurğuladığı mühüm bir faktorla – qüvvələr balansını təmin etmək şərti ilə sıx bağlıdır. Ermənistanın təcavüzü regionda geosiyasi balansı pozmuşdu, Azərbaycan onu bərpa etməli idi.

Tarixi aspekt əsrlərlə Cənubi Qafqaz bölgəsində yaşamış azərbaycanlıların (türklərin) öz tarixi torpağına qayıtması zərurəti ilə bağlıdır. Çünki işğal demoqrafik dinamikanı və tarazlığı pozmuşdu.

Mədəni aspektdə isə erməni vəhşiliyinin türk-müsəlman mədəniyyətinə, ekoloji mühitə, insanların şəxsi mülkiyyətinə vurduğu ziyanın qarşısının alınması olduqca vacib idi.

Daha əhəmiyyətli məqam ondan ibarətdir ki, Azərbaycan Prezidenti bu məqsədi, ümumiyyətlə, dövlət quruculuğu kontekstində xarici siyasətin dinamikası çərçivəsində və daxili-xarici siyasi kursun vəhdəti məntiqi üzərində həyata keçirə bildi. Onun rəsmi başlanğıcı isə prezident seçkisindən dərhal sonra idi.

İlham Əliyev bu barədə qurultayda ifadə edib: "Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq".

Beləliklə, böyük mənada postmüharibə mərhələsində xarici siyasətin əsas proyeksiyasında son 17 ildə Prezidentin həyata keçirdiyi məqsədyönlü, ədalətli, sistemli və ardıcıl kurs mərkəzi yer tutur. Bu, artıq Azərbaycan rəhbərliyinin Frensis Fukuyama və Henri Kissincerin XXI əsrdə güclü dövlətin mövcudluğunu beynəlxalq münasibətlər sistemində əsas faktorlardan biri kimi təqdim etməsinə tam uyğundur.

Ölkə rəhbərliyinin siyasəti Cənubi Qafqazda məhz Azərbaycanın XXI əsrdə formalaşmaqda olan geosiyasi nizamın əsas faktoru olmasını təmin etməkdən ibarətdir. Bu baxımdan dövlət başçısının qurultayda ifadə etdiyi digər tezislərin həm geosiyasi, həm siyasi, həm də tarixi mənasını adekvat dərk edə bilərik.

Burada ilk olaraq Prezidentin "beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik..." tezisini vurğulamaq gərəkdir. Çünki həmin fikirdə əldə edilən nəticənin ümumi və dolğun təqdimatı vardır.

Əlavə olaraq Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi fonunda İlham Əliyevin regionda sülhün bərqərar olmasına dair təklif etdiyi "3+3" formatının əsaslılığı və həyata keçməsi imkanının yüksək olduğu görünür. Məsələ ondan ibarətdir ki, hələ hərbi əməliyyatların getdiyi müddətdə Azərbaycan Prezidenti verdiyi müsahibələrdə dəfələrlə regional əməkdaşlığın əhəmiyyətini qeyd edirdi. Bunun üçün tarixi ədalətin bərpa olunması və Ermənistanın əsassız iddialarından əl çəkməsi kifayət idi.

Vətən müharibəsi bitəndən dərhal sonra Prezident "3+3" formatını təklif etdi və bu regionun böyük dövlətləri tərəfindən tərəddüdsüz qəbul edildi. Bu prosesin Azərbaycanın beynəlxalq nüfuzunun artması fonunda getməsinin səbəbi isə ölkə rəhbərliyinin apardığı xarici və daxili siyasət kursunun mükəmməl şəkildə bir-birini tamamlaması və həmin kursun XXI əsrin tələblərinə tam uyğun olması ilə bağlıdır.

Biz yuxarıda H.Kissincerin gələcək dünya nizamının prinsipləri ilə bağlı vurğuladığımız fikirləri fonunda bu tezisin təsdiqini görürük. Realpolitik nəzəriyyəsinin "atası" yeni dünya nizamında regional əməkdaşlığın önəmini ayrıca ifadə edir.

H.Kissincerə görə, "Regional bloklar" ifadəsi iki sütun üzərində qurulmalıdır: birincisi, qüvvələrin balansının təmini; ikincisi, elə qarşılıqlı faydalı əməkdaşlıq ki, regional dayanıqlı təhlükəsizlik sistemi qurmaq mümkün olsun. Azərbaycan Prezidentinin təklif etdiyi "3+3" formulu məhz bu şərtlər daxilində bütün istiqamətlərdə əməkdaşlığı və təhlükəsizliyin təminini nəzərdə tutur.

Zəngəzur dəhlizi: geosiyasi əhəmiyyətinin iki aspekti

Həmin formulda regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası əsas yerlərdən birini tutur. O cümlədən Zəngəzur dəhlizinin işləməsi prinsipial əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti kontekstində iki tezis üzərində dayanmaq faydalı olardı.

Onlardan birincisi Zəngəzur dəhlizinin açılmasının 10 noyabr Bəyanatından irəli gəlməsi ilə əlaqəlidir. İkincisi – regionda nəqliyyat-kommunikasiya imkanlarının inkişafının, davamlı sülhün və tərəqqinin təmin edilməsinə imkanlar açılmasına yeni təkan verəcəyi ilə bağlıdır. Deməli, Zəngəzur dəhlizi yalnız əhəmiyyətli iqtisadi-kommunikasiya faktoru ilə bağlı deyil. O, daha çox geosiyasi və geoiqtisadi kontekstdə əməkdaşlıq, davamlı sülh və tərəqqi məsələsi ilə əlaqəlidir. Eyni zamanda, Zəngəzur dəhlizi əhəmiyyətinə görə regional miqyası aşaraq qlobal səviyyədə faydalı layihələrin reallaşmasında vacib rol oynamalıdır. Prezident İlham Əliyevin qurultayda ifadə etdiyi aşağıdakı fikirlərin işığında bu, aydın görünür.

Dövlət başçısı nitqində vurğulayıb: "Mən isə deyirdim ki, əməkdaşlıq ancaq o təqdirdə ola bilər ki, düşmən torpaqlarımızdan çıxsın. Bax, yenə də sözümə sadiqəm. İndi düşmən özü çıxmayıb, biz onu rədd eləmişik, qovmuşuq, eyni zamanda, əməkdaşlığa hazırıq. Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri artıq neçə dəfə görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik".

Prezidentin bu cür inamlı və qətiyyətli fikirləri tam əsaslıdır. Əslində, bu vəziyyətə uzun illər səbirlə sistemli və ardıcıl surətdə beynəlxalq vəziyyəti Azərbaycanın xeyrinə dəyişməyə yönəlmiş siyasətin aparılması sayəsində gəlinib. Dövlət başçısı həmin prosesin detalları haqqında da qurultaydakı nitqində fikir bildirib.

Dövlət başçısı vurğulayıb: "Biz hazırlıq dövründə əlbəttə ki, beynəlxalq vəziyyəti də öz xeyrimizə çevirməli idik. Çünki 1990-cı illərdə bilmirəm nədənsə, yəqin ki, bu da 1990-cı illərin əvvəlindən Xalq Cəbhəsi-Müsavat dövründən gələn bir fəsaddır, çünki onlar bir il ərzində demək olar ki, bütün ölkələrlə münasibətləri yerə vurdular. Bəzi ölkələrə qarşı iddialar irəli sürdülər, bizi bəzi qonşularımızla düşmən etdilər". Ona görə də "yaranmış bu stereotiplər dağıdılmlı idi".

İlham Əliyev həmin bağlılıqda haqlı olaraq sual edir: "Nə üçün hesab olunmalıdır ki, hansısa ölkə Ermənistanla yaxın münasibətlərdədir, Azərbaycanla yox. Nə üçün?".

Ölkə rəhbəri fikirlərinə davam edərək bu cür vəziyyətin heç bir fundamental məsələdən yaranmadığını, sadəcə olaraq, 1991-1993-cü ilin iyununa qədər hakimiyyətdə olanların "ambisiyalar, səriştəsizlik, ağılsızlıq və xaricdən idarə olunma"larının belə pis durum yaratdığını vurğulayır.

Ümummilli lider Heydər Əliyev məhz belə bir ağır şəraitdə hakimiyyətə dəvət edildi və proseslər sürətlə Azərbaycanın xeyrinə dəyişməyə başladı. O dövrdə Azərbaycan təcrid vəziyyətində idisə, "indi Ermənistan təcrid edilmiş vəziyyətdədir, biz isə bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurduq və bu da bir hazırlıq idi".

Prezidentin də vurğuladığı kimi, əgər hazırlıq işləri aparılmasaydı, İkinci Qarabağ müharibəsində çətinliklər qarşıya çıxa bilərdi. Lakin İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası böyük fəallıq göstərdi. Bu özünü dövlətin beynəlxalq təşkilatlardakı aktiv işində də göstərdi. Bu istiqamətdə aparılan işlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində və bütövlükdə vəziyyəti ölkəmizin xeyrinə dəyişməkdə ciddi rol oynadı.

Bu barədə Prezidentin qurultayda söylədiyi fikirlər çox maraqlıdır. İlham Əliyev nitqində ayrıca vurğulayıb: "Beynəlxalq təşkilatlarda nə qədər fəal iş apardıq. Bəziləri hesab edirdi ki, bu işlər əbəsdir. Yox, elə deyil. Biz İkinci Qarabağ müharibəsi üçün hüquqi bazanı daha da möhkəmləndirməli idik. 2005-ci ilə qədər bizim üçün əsas hüquqi baza ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələri idi".

Dövlət başçısı bu qətnamələrin əhəmiyyətini vurğulamaqla yanaşı, 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi sənədin möhkəm hüquqi baza yaratdığını xüsusi qeyd edir. Bu proses başqa təşkilatların da uyğun sənədlər qəbul etməsinə təkan verdi.

Vurğulanan aspektdə başqa bir vacib istiqamət Azərbaycanın köklü surətdə regionda vəziyyəti dəyişməsi ilə əlaqəlidir. Bu tezis olduqca əhəmiyyətlidir. Çünki bu məqam Azərbaycanın regional geosiyasi statusunu müəyyənləşdirməkdə əsaslı rol oynayıb.

Prezident həmin məqamı belə xarakterizə edir: "Mən xarici siyasətlə bağlı çıxışlarımda demişdim ki, prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir".

Doğrudan da Prezident İlham Əliyev 17 il müddətində mükəmməl regional siyasi kurs sayəsində Ermənistan istisna olmaqla bütün qonşularla geniş əməkdaşlığa nail ola bildi. Rusiya, İran, Türkiyə və Gürcüstan indi Azərbaycanın ən yaxın tərəfdaşlarındandır. Məhz bu cür böyük diplomatik uğur nəticəsində Azərbaycan regional təhlükəsizliyin açar dövlətinə çevrilib. Şübhəsiz, bu prosesdə Prezident İlham Əliyevin ikitərəfli, üçtərəfli və dördtərəfli regional əməkdaşlıq formatları ciddi rol oynayıb.

Bunlarla yanaşı, Azərbaycan Avropa İttifaqı, ABŞ, Çin kimi böyük geosiyasi güclərlə qarşılıqlı fayda verən əlaqələr qura bilib.

Beləliklə, Azərbaycan postmüharibə mərhələsinə böyük uğurlar qazanmağa imkan verən mükəmməl xarici siyasət kursuna malik Cənubi Qafqaz lideri kimi qədəm qoyub.

Sual yaranır: bəs yeni mərhələdə xarici siyasət kursu necə olacaq? Qurultaydakı nitqində İlham Əliyev bu suala da konkret cavab verib. Dövlət başçısı vurğulayıb: "Xarici siyasətlə bağlı kursumuz dəyişməz olaraq qalır. Müharibə dövrü və müharibədən sonrakı dövr bir də onu göstərdi ki, bu çox düzgün kurs idi".

Yəni Azərbaycan yeni mərhələdə Cənubi Qafqazın lideri kimi regionda davamlı sülhün və tərəqqinin təmin edilməsi, nəqliyyat-kommunikasiya imkanlarının inkişafı, dialoq təşəbbüslərinin həyata keçirilməsi və digər proseslərdə daha fəal iştirak edəcək.

Bu, son dərəcə vacib bir tezisdir. Prezident İlham Əliyev faktiki olaraq Azərbaycan dövlətinin xarici siyasətinin yeni şəraitdə strateji özəlliyini ifadə edib. Və buradan başqa maraqlı məqamlar meydana çıxır.

Kamal Adıgözəlov

 
 
  • Oxunub:  3210  |  
  • Tarix:  19-03-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

17 Aprel 09:23
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
17 Aprel 09:17
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib
17 Aprel 09:06
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?
16 Aprel 16:32
Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
16 Aprel 16:24
Azərbaycan üçün regionun inkişafı strateji prioritetdir
16 Aprel 16:10
Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
16 Aprel 16:10
Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub
16 Aprel 16:03
Televizora çox baxmaq ürək çatışmazlığı xəstəliyi yaradır?
16 Aprel 16:01
Amerikalı həkimlər koronavirus infeksiyasına yenidən yoluxmanın səbəbini açıqlayıblar
16 Aprel 15:56
Sankt-Peterburqda Azərbaycan və Moldova parlament sədrlərinin görüşü olub
16 Aprel 15:50
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
16 Aprel 15:38
SOCAR bu il hasil etdiyi neft və təbii qazın həcmini açıqlayıb
16 Aprel 15:33
Sahur qidalarından alınan enerji orqanizmin gücdən düşməməsinə kömək edir
16 Aprel 15:24
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
16 Aprel 15:06
Statistika Komitəsi ilə İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu təsdiqlənib – Fərman
16 Aprel 15:02
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilib – Sərəncam
16 Aprel 14:51
YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər
16 Aprel 14:48
ATƏT-in Minsk qrupunun indiki fəaliyyəti yeni reallıqları əks etdirə bilməz
16 Aprel 14:37
Xaricə göndərilən bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb
16 Aprel 14:29
Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa edilir
16 Aprel 14:23
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir
16 Aprel 14:17
Hərbi Qənimətlər Parkı Azərbaycanın 44 günlük Vətən müharibəsinin gedişatı ilə bağlı bir çox detalları özündə əks etdirir
16 Aprel 14:05
Milli Məclisin deputatları AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər
16 Aprel 13:53
Beşinci İslam Həmrəylik Oyunları təxirə salına bilər
16 Aprel 13:42
Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı təsdiq edilib
16 Aprel 13:36
Aprelin 17-də bəzi bölgələrdə havanın temperaturu 28°-yə yüksələcək
16 Aprel 13:25
Özbəkistan portalı ADA Universitetində keçirilən beynəlxalq konfrans haqqında məqalə yayıb
16 Aprel 13:18
Cavanşir Paşazadə: Hərbi Qənimətlər Parkında təqdim olunan hər bir nümunə Azərbaycan əsgərinin qəhrəmanlığını və rəşadətini tərənnüm edir
16 Aprel 13:15
Məlahət İbrahimqızı: Cənubi Qafqaz regionu ilə bağlı beynəlxalq medianın gündəmi Prezident İlham Əliyevin fikirləri və çıxışları əsasında müəyyənləşdirilir
16 Aprel 13:08
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,5 milyard kubmetr təbii qaz ötürülüb
16 Aprel 12:44
Rauf Əliyev: Qələbə ölkəmizin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb
16 Aprel 12:31
Azərbaycan könüllüləri akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər
16 Aprel 12:28
“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək” platforması arasında Niyyət Protokolu imzalanıb
16 Aprel 12:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Yaşıl Marafon” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına qoşuldu
16 Aprel 12:17
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının fəxarət məkanıdır
16 Aprel 12:11
Kross qaçışı üzrə Bakı çempionatına start verilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +22
gecə+10 +13