Ana səhifə »  Xəbər lenti »  Deputat: Prezident İlham Əliyevin növbəti Əfv Sərəncamı cəmiyyətdə xüsusi əhval-ruhiyyə yaradan hadisəyə çevriləcək
A+   Yenilə  A-
Deputat: Prezident İlham Əliyevin növbəti Əfv Sərəncamı cəmiyyətdə xüsusi əhval-ruhiyyə yaradan hadisəyə çevriləcək

Cinayət törədənlərin əfv olunması istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyan addımdır. Çünki humanist addımlar mahiyyət etibarilə bəzən qəbul olunmuş ədalət prinsipləri çərçivəsindən kənara çıxaraq insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni, cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan xilas edilməsi, “yamanlığa yaxşılıqla” cavab verilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir. Bu da o deməkdir ki, məhkumun cəzadan azad edilməsi həmin şəxsə etimadın göstərilməsinin əlaməti kimi mühüm psixoloji təsirə malikdir. Çünki cinayət törədərək məhkum olunan, eyni zamanda, səhvini anlayaraq peşmançılıq hissi keçirən insan yenidən dövlətin və cəmiyyətin etibarını qazanmaq zərurəti hiss edir. Dövlətin məhkumlara etimad göstərərək onları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək ölkənin layiqli vətəndaşı olmağa həvəsləndirir. Bu, həm də onların cəmiyyət tərəfindən daha tez qəbul olunması və özlərinə layiqli yer tapmasına da şərait yaradır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin ənənəvi olaraq Novruz bayramı ərəfəsində növbəti Əfv Sərəncamı imzalaması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasətinin uğurla davam etdirilməsinin növbəti dəfə təsdiqi və təntənəsidir. Dövlət başçısının imzaladığı Sərəncam ümumilikdə 625 nəfərə şamil olunacaq, cəzaçəkmə müəssisələrində saxlanılan 475 məhbus bu bayramı öz ailəsi ilə birlikdə keçirəcək. Onların arasında 4 nəfər AXCP üzvü, İslam Partiyasının sədr müavini və "Nardaran hadisələri"nə görə həbs edilənlərdən 31 nəfər də var. Bütün bunlar da onu sübut edir ki, ulu öndər Heydər Əliyevin bu sahədə siyasətini uğurla davam etdirən, dəfələrlə əfv sərəncamları imzalayan Prezident İlham Əliyev də məhbuslar arasında fərq qoymur. Bu, dövlətimizin başçısının humanistliyini nümayiş etdirir: “Xatırlatmaq istərdim ki, müstəqillik dövründə Azərbaycanda 70-ə yaxın əfv Sərəncamı imzalanıb, 10-dan artıq amnistiya aktı qəbul edilib. Hələ 1995-2003-cü illərdə 7 amnistiya aktı qəbul edilib və 32 əfv sərəncamı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox məhbusa şamil edilib. Ümummilli Lider tərəfindən imzalanmış əfv sərəncamları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Ulu öndər Heydər Əliyev, həmçinin böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak etmiş insanların da bir qismini bağışlayıb. Məhz, Ulu Öndərin humanizminin nəticəsi olaraq, ölkəmizdə ölüm hökmü də aradan qaldırılıb və bununla da Azərbaycan Şərqdə bu cəzanı ləğv edən ilk ölkə kimi tarixə düşüb. Bu məqamda Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə müraciətləri də qeyd olunmalıdır. Çünki, onun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları ilə də minlərlə insan azadlığına qovuşub. Bu da əlbəttə ki, ulu öndər Heydər Əliyevin humanizm siyasətinə sədaqət nümunəsidir”.

“Prezident İlham Əliyevin məhkumların və onların ailə üzvlərinin Ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, onların ictimai-siyasi mövqelərinə, irqi, dini, etnik mənsubiyyətlərinə fərq qoyulmadan imzaladığı Əfv Sərəncamı bir daha sübut edir ki, dövlət humanizm prinsiplərinə və dəyərlərinə böyük önəm verir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, əfv olunan insanların sonradan törətdiyi cinayəti təkrarlaması ehtimalı xeyli aşağı olur, digər tərəfdən, bu cür əfv sərəncamları başqa məhkumlara da ümid verir, onları nümunəvi davranışa sövq edir: “Eyni zamanda, cinayətkarlıq yolundan üz çevirərək özünü təkmilləşdirməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen duruma, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinə təsir göstərən faktor kimi çıxış edir. Həmçinin, dövlətin humanizm siyasəti vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amil hesab olunur. Eyni zamanda, dövlətin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-hakimiyyət münasibətləri formalaşır”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncam böyük sevinclə qarşılanıb: “Dövlətimizin başçısının bu humanist addımı bir çox ailələrə xoşbəxtlik və sevinc bəxş edib. Bu Sərəncam bir daha onu göstərir ki, dövlət siyasətinin mərkəzində insan amili durur. Bu mənada, Prezident İlham Əliyevin növbəti Əfv Sərəncamı da cəmiyyətdə xüsusi əhval-ruhiyyə yaradan hadisəyə çevriləcək”.

 
  • Oxunub:  2670  |  
  • Tarix:  19-03-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?
16 Aprel 16:32
Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
16 Aprel 16:24
Azərbaycan üçün regionun inkişafı strateji prioritetdir
16 Aprel 16:10
Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
16 Aprel 16:10
Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub
16 Aprel 16:03
Televizora çox baxmaq ürək çatışmazlığı xəstəliyi yaradır?
16 Aprel 16:01
Amerikalı həkimlər koronavirus infeksiyasına yenidən yoluxmanın səbəbini açıqlayıblar
16 Aprel 15:56
Sankt-Peterburqda Azərbaycan və Moldova parlament sədrlərinin görüşü olub
16 Aprel 15:50
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
16 Aprel 15:38
SOCAR bu il hasil etdiyi neft və təbii qazın həcmini açıqlayıb
16 Aprel 15:33
Sahur qidalarından alınan enerji orqanizmin gücdən düşməməsinə kömək edir
16 Aprel 15:24
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
16 Aprel 15:06
Statistika Komitəsi ilə İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu təsdiqlənib – Fərman
16 Aprel 15:02
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilib – Sərəncam
16 Aprel 14:51
YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər
16 Aprel 14:48
ATƏT-in Minsk qrupunun indiki fəaliyyəti yeni reallıqları əks etdirə bilməz
16 Aprel 14:37
Xaricə göndərilən bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb
16 Aprel 14:29
Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa edilir
16 Aprel 14:23
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir
16 Aprel 14:17
Hərbi Qənimətlər Parkı Azərbaycanın 44 günlük Vətən müharibəsinin gedişatı ilə bağlı bir çox detalları özündə əks etdirir
16 Aprel 14:05
Milli Məclisin deputatları AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər
16 Aprel 13:53
Beşinci İslam Həmrəylik Oyunları təxirə salına bilər
16 Aprel 13:42
Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı təsdiq edilib
16 Aprel 13:36
Aprelin 17-də bəzi bölgələrdə havanın temperaturu 28°-yə yüksələcək
16 Aprel 13:25
Özbəkistan portalı ADA Universitetində keçirilən beynəlxalq konfrans haqqında məqalə yayıb
16 Aprel 13:18
Cavanşir Paşazadə: Hərbi Qənimətlər Parkında təqdim olunan hər bir nümunə Azərbaycan əsgərinin qəhrəmanlığını və rəşadətini tərənnüm edir
16 Aprel 13:15
Məlahət İbrahimqızı: Cənubi Qafqaz regionu ilə bağlı beynəlxalq medianın gündəmi Prezident İlham Əliyevin fikirləri və çıxışları əsasında müəyyənləşdirilir
16 Aprel 13:08
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,5 milyard kubmetr təbii qaz ötürülüb
16 Aprel 12:44
Rauf Əliyev: Qələbə ölkəmizin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb
16 Aprel 12:31
Azərbaycan könüllüləri akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər
16 Aprel 12:28
“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək” platforması arasında Niyyət Protokolu imzalanıb
16 Aprel 12:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Yaşıl Marafon” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına qoşuldu
16 Aprel 12:17
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının fəxarət məkanıdır
16 Aprel 12:11
Kross qaçışı üzrə Bakı çempionatına start verilib
16 Aprel 12:05
Səbinə Xasayeva: “Cənubi Qafqaza yeni baxış: müharibədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda regionun gələcək perspektivi diqqət mərkəzində oldu
16 Aprel 11:58
“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 11:54
Abşeron Milli Parkında Ekoloji Bilik Günü qeyd olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +22
gecə+10 +13