Martın 17-də Türkiyənin Artvin vilayətində baş verən yanğın nəticəsində çoxlu sayda tikili yanaraq yararsız vəziyyətə düşüb.
AZƏRTAC xəbər verir ki, şəhərin Yusufeli rayonunun Dereiçi kəndində evlərin birində başlayan yanğın küləyin təsirindən qısa vaxtda ətrafa yayılıb. Hadisə nəticəsində 35 bina, 60 ev, tövlə və samanlıq yanaraq külə dönüb. Otuza yaxın böyük baş hayvan tələf olub. Yanğın səkkiz saat sonra söndürülüb.
Türkiyənin Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, hadisə baş verən bölgəyə bir milyon türk lirəsi dəyərində ilkin yardım göndərilib. Evsiz qalan vətəndaşların müvəqqəti yaşayış yeri ilə təmin edilməsinə başlanıb.
- Oxunub: 2670 |
- Tarix: 18-03-2021 |
-
Çap et |