Ana səhifə »  Xəbər lenti »  Müzəffər Ali Baş Komandanın Füzuli və Xocavənd rayonlarına səfəri xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəltdi
A+   Yenilə  A-
Müzəffər Ali Baş Komandanın Füzuli və Xocavənd rayonlarına səfəri xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəltdi

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mart ayının 15-də Füzuli və Xocavənd rayonlarına səfəri xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəltdi və hər birimizə qürur hissi yaşatdı. Azad edilmiş ərazilərdəki böyük quruculuq işləri və infrastruktur layihələrinin həyata keçirilməsi artıq Böyük Qayıdışın günbəgün yaxınlaşdığının bariz göstəricisidir. Səfər zamanı Prezident Füzuli-Hadrut avtomobil yolunun təməlini qoydu. Biz artıq Qarabağda belə təməlqoyma mərasimlərinin sayının artdığını müşahidə edirik. Vətən müharibəsindən 4 ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri aparılır. Təbii ki, yol infrastrukturunun qurulması azad edilmiş ərazilərin bərpası üçün çox önəmlidir. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Füzulidən Şuşaya yol çəkilir, necə deyərlər, “Zəfər yolu” çəkilir. Eyni zamanda, Bərdə-Ağdam avtomobil, Horadiz-Zəngilan dəmir yolları çəkiləcək.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.

“Vətən müharibəsi XXI əsrin müharibəsidir”, - deyən T.Cəfərova qeyd edib ki, Azərbaycan Ordusu müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi. Azərbaycan Ordusu yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad edib. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək tarixi nailiyyətlərə imza atdı.

Deputat deyib: “Hadrut qəsəbənin işğaldan azad olunması Vətən müharibəsində əldə olunan qələbədə böyük rol oynayıb. Belə ki, Hadrutun azad edilməsi böyük əhəmiyyət daşıyırdı. Çünki Cəbrayıl rayonundan sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub. İlk növbədə, ətraf dağlar nəzarətə götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət ordumuzun əlinə keçdi və qəsəbənin işğaldan azad edilməsi artıq qaçılmaz idi. Beləliklə, Azərbaycan Ordusu yüksək peşəkarlıqla, müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdi. Beləliklə də, Azərbaycan Ordusu əzəli, əbədi Azərbaycan torpağı olan Şuşa şəhərinə düşmənin gözləmədiyi istiqamətdən yaxınlaşmış oldu”.

T.Cəfərova vurğulayıb ki, Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Müzəffər Azərbaycan Ordusu dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq Şuşanı işğalçılardan azad etdi. Ona görə bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir.

Azərbaycanın dünya hərb elminə öz strategiyası ilə yeniliklər gətirməklə yanaşı, XXI əsrdə dünyada və regionda siyasi münasibətlərin inkişaf etdirilməsi baxımından da yeni reallıqlar gətirdiyini deyən deputat qeyd edib: “30 ilə yaxın davam edən işğal dövründən sonra Azərbaycan öz tarixi torpaqlarında həyata keçirdiyi infrastruktur layihələri ilə regiona yeni bir nəfəs və eyni zamanda, yeni bir inkişaf dinamikası gətirir. İşğalçı Ermənistanın həyata keçirdiyi vandalizm siyasətindən sonra Azərbaycanın başlatdığı quruculuq siyasəti qonşu və dost dövlətlər üçün əməkdaşlıq baxımından yeni istiqamətlər və imkanlar yaradır.

Bu gün Azərbaycanın qarşısında duran ən vacib məsələ işğaldan azad olunan torpaqlarımızda quruculuq işlərinin həyata keçirilməsi, həmin ərazilərin də digər regionlarımız kimi çiçəklənməsidir. Əminik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət və Azərbaycan xalqının birliyi, həmrəyliyi nəticəsində tezliklə qarşıya qoyulan hədəflər qət ediləcək. Azərbaycan Prezidentinin Azıx mağarasının qarşısında olarkən dediyi kimi, biz bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. “Qarabağ Azərbaycandır!”.

 
  • Oxunub:  2670  |  
  • Tarix:  18-03-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?
16 Aprel 16:32
Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
16 Aprel 16:24
Azərbaycan üçün regionun inkişafı strateji prioritetdir
16 Aprel 16:10
Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
16 Aprel 16:10
Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub
16 Aprel 16:03
Televizora çox baxmaq ürək çatışmazlığı xəstəliyi yaradır?
16 Aprel 16:01
Amerikalı həkimlər koronavirus infeksiyasına yenidən yoluxmanın səbəbini açıqlayıblar
16 Aprel 15:56
Sankt-Peterburqda Azərbaycan və Moldova parlament sədrlərinin görüşü olub
16 Aprel 15:50
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
16 Aprel 15:38
SOCAR bu il hasil etdiyi neft və təbii qazın həcmini açıqlayıb
16 Aprel 15:33
Sahur qidalarından alınan enerji orqanizmin gücdən düşməməsinə kömək edir
16 Aprel 15:24
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
16 Aprel 15:06
Statistika Komitəsi ilə İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu təsdiqlənib – Fərman
16 Aprel 15:02
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilib – Sərəncam
16 Aprel 14:51
YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər
16 Aprel 14:48
ATƏT-in Minsk qrupunun indiki fəaliyyəti yeni reallıqları əks etdirə bilməz
16 Aprel 14:37
Xaricə göndərilən bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb
16 Aprel 14:29
Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa edilir
16 Aprel 14:23
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir
16 Aprel 14:17
Hərbi Qənimətlər Parkı Azərbaycanın 44 günlük Vətən müharibəsinin gedişatı ilə bağlı bir çox detalları özündə əks etdirir
16 Aprel 14:05
Milli Məclisin deputatları AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər
16 Aprel 13:53
Beşinci İslam Həmrəylik Oyunları təxirə salına bilər
16 Aprel 13:42
Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı təsdiq edilib
16 Aprel 13:36
Aprelin 17-də bəzi bölgələrdə havanın temperaturu 28°-yə yüksələcək
16 Aprel 13:25
Özbəkistan portalı ADA Universitetində keçirilən beynəlxalq konfrans haqqında məqalə yayıb
16 Aprel 13:18
Cavanşir Paşazadə: Hərbi Qənimətlər Parkında təqdim olunan hər bir nümunə Azərbaycan əsgərinin qəhrəmanlığını və rəşadətini tərənnüm edir
16 Aprel 13:15
Məlahət İbrahimqızı: Cənubi Qafqaz regionu ilə bağlı beynəlxalq medianın gündəmi Prezident İlham Əliyevin fikirləri və çıxışları əsasında müəyyənləşdirilir
16 Aprel 13:08
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,5 milyard kubmetr təbii qaz ötürülüb
16 Aprel 12:44
Rauf Əliyev: Qələbə ölkəmizin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb
16 Aprel 12:31
Azərbaycan könüllüləri akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər
16 Aprel 12:28
“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək” platforması arasında Niyyət Protokolu imzalanıb
16 Aprel 12:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Yaşıl Marafon” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına qoşuldu
16 Aprel 12:17
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının fəxarət məkanıdır
16 Aprel 12:11
Kross qaçışı üzrə Bakı çempionatına start verilib
16 Aprel 12:05
Səbinə Xasayeva: “Cənubi Qafqaza yeni baxış: müharibədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda regionun gələcək perspektivi diqqət mərkəzində oldu
16 Aprel 11:58
“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 11:54
Abşeron Milli Parkında Ekoloji Bilik Günü qeyd olunub
16 Aprel 11:38
“Hökumət buludu”na keçidlə bağlı müzakirələr davam edir
16 Aprel 11:32
Tədqiqatçı alim: Peyvəndləmə davamlı və üstün immunitet qazandırır
16 Aprel 11:25
Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək
16 Aprel 11:01
Xalq artisti Eldar Quliyev vəfat edib
16 Aprel 10:57
Azərbaycan XİN: N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA