Ana səhifə »  Xəbər lenti »  Polad Bülbüloğlu: Ən böyük arzumuz tezliklə öz yurdumuza qayıtmaq və hər şeyi yenidən qurub yaratmaqdır
A+   Yenilə  A-
Polad Bülbüloğlu: Ən böyük arzumuz tezliklə öz yurdumuza qayıtmaq və hər şeyi yenidən qurub yaratmaqdır

Qarabağda döyüş əməliyyatları formal baxımdan başa çatıb, Azərbaycanın hakimiyyət orqanları bu regionda infrastrukturun bərpasına başlayıblar, lakin bölgədə vəziyyət hələ də mürəkkəbdir.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu “Nezavisimaya qazeta”ya müsahibəsində Qarabağda dinc həyatın bərpası prosesinin gedişi və bu işlərə mane olan amillər barədə danışıb.

AZƏRTAC həmin müsahibəni təqdim edir.

X X X

-Cənab səfir, Qarabağda hərbi əməliyyatlar siyasi tarixin faktları olmaqla bərabər, orada şəxsən sizinlə bağlı hadisələr də olub. Bu barədə bir qədər ətraflı danışaydınız.

-Ötən il bütün Azərbaycan xalqı üçün və şəxsən mənim üçün ilk növbədə Qələbə ili, torpaqlarımızın qaytarılması ili olub, bunu çoxdan gözləyirdik. Bir milyona yaxın azərbaycanlı məcburi köçkün öz evlərinə qayıtmağı səbirsizliklə gözləyirdi. Bu müharibə bizim üçün Vətən müharibəsi idi, çünki biz beynəlxalq hüquqla müəyyən olunmuş sərhədlər daxilində öz əzəli torpaqlarımızı işğaldan azad edirdik. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan əsgəri heç vaxt başqasının ərazilərinə ayaq basmayıb.

İndi isə şəxsən özümlə bağlı hadisələr barədə. Mənim atam - tanınmış xanəndə və opera müğənnisi, SSRİ Xalq artisti Bülbül Şuşada doğulub, orada boya-başa çatıb. Təhsilini davam etdirmək üçün əvvəlcə Gəncəyə, sonra Bakıya köçüb, daha sonra bir neçə il İtaliyada təcrübə keçib. Lakin o, ömrünün sonuna qədər öz kiçik vətəninə böyük sevgisini qoruyub saxlayıb. Mən atamla bərabər tez-tez Qarabağa, Şuşaya gedirdim və ömrümün o xoşbəxt dövrü barədə ən səmimi xatirələrim var. Sonradan, mən Azərbaycanın mədəniyyət naziri olduğum dövrdə, Qarabağ müharibəsi başlanana qədər Şuşada “Xarı bülbül” folklor festivalı təşkil edirdim. Sonra isə... Məlum olduğu kimi, toplar dilə gələndə incəsənət susur.

1980-ci illərdə Bülbülün evində muzey yaradılmış, muzeyin həyətində atamın heykəli qoyulmuşdu. Çox böyük qüssə ilə qeyd etməliyəm ki, Qarabağın işğal altında olduğu 30 il ərzində bu muzey də, atamın heykəli də darmadağın edilib.

İşğaldan azad edilmiş ərazilərdə dağıntıların miqyası ölçüyəgəlməzdir. Bircə rəqəm göstərim: işğal edilmiş ərazilərdəki 67 məsciddən yalnız üçü nisbətən salamat qalıb. Vaxtilə çiçəklənən, abad şəhərlər bu gün kabusları xatırladır. Orada o qədər dəhşətli vəziyyət yaranıb ki, əcnəbi jurnalistlərdən biri Ağdamı “Qafqazın Xirosiması” adlandırıb. Lakin ümidsizlik, kin-küdurət bizim xalqa xas olan cəhətlər deyil, ən böyük arzumuz tezliklə öz yurdumuza qayıtmaq və hər şeyi yenidən qurub yaratmaqdır. Əslində Qarabağ barədə, Şuşa barədə danışmaqla qurtarmaz, bu mövzuya ayrıca müsahibə həsr etmək olar...

-Müharibə başa çatıb, üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın liderlərinin birgə Bəyanatı imzalanıb. Qarabağda rusiyalı sülhməramlıların olmasından məqsəd bu regionda vəziyyəti tam sabitləşdirməkdir. Lakin təəssüf ki, oradan hər gün aldığımız informasiya hələ də döyüş əməliyyatları barədə məlumatlara oxşayır. Lokal toqquşmalar baş verir, insanlar minaya düşüb partlayır... Sizin fikrinizcə, bu vəziyyət nə qədər davam edəcək?

-Mən tamamilə əminəm ki, ilk növbədə dinc sakinlərin nahaq yerə qətlə yetirilməsinə son qoymaq lazımdır, amma təəssüf ki, belə hallar bu gün də davam edir. Yəqin siz də bilirsiniz, İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycanın Gəncə, Bərdə Tərtər, Naftalan və digər şəhərlərində bombardmanlar zamanı 100-dən çox dinc sakin həlak olub, yaşayış məhəllələri dağıdılıb. Ən dəhşətlisi odur ki, ermənilər bizim torpaqlarımızı başdan-başa minalayıblar, müharibə qurtarandan sonra da insanlar minalara düşüb partlayır. Mütəxəssislərin ən nikbin proqnozlarına görə, işğaldan azad edilmiş torpaqların minalardan tam təmizlənməsi üçün 10 ildən 15 ilə qədər vaxt və xeyli maddi vəsait tələb olunacaq. Azərbaycan tərəfi ən müasir avadanlıqlardan istifadə edir, öz istehkamçılarını maksimal dərəcədə qoruyur. Bu təhlükəli işdə rusiyalı sülhməramlılar da bizə kömək edirlər, bu yaxınlarda onlardan biri minaya düşüb partlayıb, daha bir neçə nəfəri yaralanıb. Bu işin icrasına türkiyəli mütəxəssislər də cəlb edilib. Erməni tərəfi isə minalanmış sahələrin xəritələrini bizə verməkdən qəti imtina edir.

Təəssüf ki, yalnız bir şey deyə bilərəm, erməni təxribat qrupları dinc vaxtda da partladıcı maddələrdən fəal istifadə edirlər. Moskva sakinlərinin yaşlı nəsli 1977-ci ildə ictimai yerlərdə silsilə terror aktları - metronun “İzmaylovskaya” stansiyasında, Lubyanka küçəsindəki ərzaq mağazasının zalında və 25 Oktyabr küçəsindəki digər ərzaq mağazasında üç partlayış törədildi. Həmin partlayışlar nəticəsində 7 nəfər həlak olub, 37 nəfər yaralanıb. Cinayətin təşkilatçıları - Ermənistan Milli Birlik Partiyasının üzvləri Stepan Zatikyan, Akop Stepanyan və Zaven Baqdasaryan mühakimə edilərək barələrində ən ağır cəza hökmü çıxarılıb. Maraqlıdır ki, bu terror qrupu Moskva-Bakı marşrutu üzrə hərəkət edən qatara növbəti bombanı qoymağa cəhd edərkən yaxalanıb. Erməni təxribat qrupları Azərbaycan ərazisində dinc əhaliyə qarşı əldəqayırma partlayıcı qurğulardan da istifadə ediblər.

Deməliyəm ki, erməni millətçiləri tərəfindən Azərbaycanın dinc əhalisinə və Ermənistanın azərbaycanlı əhalisinə qarşı terror aktları uzun illər boyu, mütəmadi və planauyğun şəkildə həyata keçirilib. Erməni separatçılarının törətdiyi cinayətlərin uzun siyahısını nümunə gətirməklə oxucuları yormaq istəmirəm, lakin bu məsələ ilə maraqlananlara Oleq Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizminin tarixi” kitabını tövsiyə edə bilərəm. Həmin kitabda bütün bu faktlar yetərincə ətraflı şərh edilib. Bundan əlavə, genocide.preslib.az saytına istinadı da məsləhət görərdim.

Ermənilər avtobuslarda, qatarlarda, sənaye və infrastruktur obyektlərində, körpülərdə və bir sıra başqa yerlərdə partlayışlar törədiblər. Ermənilər tərəfindən Bakı metrosunda törədilmiş iki partlayış nəticəsində 27 insan həlak olub, 100-ə yaxın sərnişin yaralanıb. Türkmənistanın Krasnovodsk (indiki Türkmənbaşı) limanından Bakıya sərnişin daşıyan “Sovetskaya Kalmıkiya” dəniz bərəsində baş vermiş digər partlayış nəticəsində 25 nəfər həlak olub, 88 nəfər yaralanıb. Bütövlükdə 1988-1993-cü illərdə ermənilərin törətdiyi terror aktları nəticəsində 1250 nəfər öldürülüb, 1283 nəfər yaralanıb, 65 nəfər itkin düşüb. Belə dəhşətli faktlar çoxdur. Onların necə qəddarlıqla, mənasız yerə və həyasızcasına törədilməsini düşünəndə insan dəhşətə gəlir.

-Siz bu yaxınlarda, Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbirdəki çıxışınızda vurğulamışdınız ki, Ermənistan-Azərbaycan münaqişəsini düzgün anlamaq və düzgün işıqlandırmaq üçün hadisələrin düzgün xronologiyasını bərpa etmək lazımdır. Bu halda siz nəyi nəzərdə tuturdunuz?

-Bu, həqiqətən çox vacib məsələdir, çünki son vaxtlar Rusiya mətbuatında belə yazılar dərc olunur ki, guya Birinci Qarabağ müharibəsi Sumqayıt hadisələrindən başlanıb, Xocalı faciəsi isə Sumqayıt hadisələrinə cavab olub. Bu, belə deyil! Xatırlatmaq istəyirəm ki, ilk dəfə Sumqayıt hadisələrindən xeyli əvvəl qan tökülmüşdü. Məsələn, 1983-cü il aprelin 24-də erməni millətçilər “soyqırımı günündə qisas almaq” bəhanəsi ilə Zəngibasar rayonunun (indiki Ermənistanın Masis rayonu) Uluxanlı qəsəbəsinə, azərbaycanlı Qafarovlar ailəsinin toy məclisinə soxulub orada 4 azərbaycanlını öldürüb, onlarca azərbaycanlını yaralayıblar.

1980-ci illərin ortalarından etibarən azərbaycanlılara qarşı etnik təmizləmənin mühüm vasitələri kimi etnik əlamətə görə ayrı-seçkilik, təxribatlar törədilir, onları qorxuya salmaq istəyirdilər. Nəticədə 1980-ci illərin ortalarında sayı 200 mindən çox olan azərbaycanlı əhali Ermənistandan tamamilə qovuldu. 1987-ci ilin oktyabr ayında Heydər Əliyev SSRİ nazirlər soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılandan sonra bu proses daha da sürətləndi. 1987-ci ilin sonu – 1988-ci ilin əvvəlində azərbaycanlı əhalinin Ermənistandan qovulması geniş miqyas aldı: Azərbaycan dilində məktəblər bağlanır, azərbaycanlılar kütləvi şəkildə işdən qovulur, xəstəxanalarda onları müalicə olunmaq üçün qəbul etmirdilər, küçələrdə və ictimai yerlərdə onların ünvanına daim hədələr səslənirdi.

1988-ci ilin yanvarında Ermənistandan olan minlərlə yaralı, əzab verilmiş, qorxudulmuş azərbaycanlı qaçqınlar Bakıya gəlməyə başladılar. Ermənistan ərazisindən bütövlükdə 200 mindən çox azərbaycanlı qovulub. Bircə anda öz əmlakını itirmiş bu insanlar Bakıda və Sumqayıtda cəmləşirdi. Azərbaycan tərəfi sosial gərginliyi aradan qaldırmağa çalışırdı, lakin doğmalarını və yaxınlarını itirmiş bu insanların keçirdiyi ağrı, qəzəb, inciklik hisslərini unutmaq mümkün deyildi. 1988-ci il fevralın 22-də Azərbaycanın Əsgəran rayonunda baş vermiş bir fakta xüsusi diqqət yetirmək istərdim: orada ermənilər iki azərbaycanlı gənci öldürmüşdü. Azərbaycanda geniş ictimai əks-səda doğurmuş bu hadisə ciddi iğtişaşlara səbəb oldu. Faciəli Sumqayıt hadisələri yalnız bundan sonra, fevralın 27-28-də baş verdi. Sonradan məlum oldu ki, bu hadisələr etnik erməni, əvvəllər üç dəfə məhkum olmuş Eduard Qriqoryan və onun iki qardaşı tərəfindən təşkil edilib. Qriqoryan ermənilərin qarət edilməsində, erməni qadınların zorlanmasında fəal iştirak edib, 6 nəfər ermənini şəxsən özü öldürüb. İstintaqın gedişində Qriqoryanın təqsiri tamamilə sübut edildi, o, həbs cəzasına məhkum olundu.

Bütün bu faktlar belə güman etməyə əsas verir ki, Sumqayıt hadisələrinin ssenarisi Qarabağda hərbi əməliyyatlar törətmək və orada baş verən qəddarlıqlara haqq qazandırmaq üçün açıq təxribat imiş. Azərbaycanlıların Ermənistan ərazisindən qovulması erməni separatçılarının böyük planının başlanğıcı idi. İkinci mərhələdə Dağlıq Qarabağda, sonra isə ta qədimdən azərbaycanlıların məskunlaşdığı 7 rayonda etnik təmizləmə aparıldı.

-Bu məqamda erməni tərəfin hərbi əsirlər, Azərbaycan tərəfin isə terrorçular hesab etdiyi 62 vətəndaş barədə sual verməyə bilmirəm. Sizin ölkənizin bu məsələ ilə əlaqədar ətraflı mövqeyini bilmək istərdim.

-İlk növbədə demək istərdim ki, Azərbaycan tərəfi bu məsələyə öz münasibətini rəsmi səviyyədə dəfələrlə bildirib. Rusiya Federasiyasının xarici işlər naziri də bu il yanvarın 18-də onlayn mətbuat konfransında eyni fikri söyləyib. Lakin qarşı tərəf bizim arqumentlərimizi eşitmək istəmir və ölkəmizə beynəlxalq miqyasda təzyiq göstərməyə çalışır.

Məsələnin mahiyyəti belədir. Ermənistandan olan hərbi qulluqçular Azərbaycanın xüsusi xidmət orqanlarının keçirdiyi antiterror əməliyyatı nəticəsində saxlanılıb. Bu təxribat qrupu ölkəmizin ərazisinə 2020-ci il noyabrın axırlarında Azərbaycan Silahlı qüvvələrinə və mülki şəxslərə qarşı terror aktları törətmək məqsədilə atılıb. Onlar Azərbaycan Ordusunun 4 hərbi qulluqçusunu və 1 mülki şəxsi qətlə yetiriblər. Bu təxribat qrupunun üzvləri ötən il dekabr ayında, yəni müharibə başa çatandan və Bəyanat imzalanandan bir ay sonra Azərbaycanın Xocavənd rayonunda zərərsizləşdirilib. Onlar hamısı cinayət məsuliyyətinə cəlb edilib və hazırda təhqiqat davam edir. Tamamilə aşkardır ki, bu şəxslər heç bir beynəlxalq konvensiyaya əsasən hərbi əsir hesab edilə bilməz və yuxarıda qeyd etdiyim 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəaları onlara şamil edilmir.

Azərbaycan tərəfi beynəlxalq humanitar hüquq normalarına sadiq qalaraq və öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipini əsas tutaraq 10 noyabr tarixli Sazişi tamamilə yerinə yetirib, hərbi əsir düşmüş dəfələrlə artıq sayda erməni əsgər və zabitlərini Ermənistana təhvil verib, çünki bizim Ordu daha çox hərbi əsir götürmüşdü. Bundan əlavə, Ermənistan ordusunun öldürülmüş hərbi qulluqçularının tapılmış cəsədlərinin demək olar ki, hamısı təhvil verilib.

Azərbaycan ərazilərində erməni hərbçilərinin cəsədlərinin tapılması üçün Rusiya sülh məramlı qüvvələrinin və Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin iştirakı ilə bütün tədbirlər görülür və biz bu məsələdə misli görünməmiş konstruktivizm və əməkdaşlıq üçün açıqlıq nümayiş etdiririk.

Beləliklə, Ermənistan tərəfin guya birgə Bəyanatın 8-ci bəndinin Azərbaycan tərəfindən pozulması barədə iddiaları əsassızdır. Məndə olan məlumata görə, Rusiya tərəfinin xahişi ilə xoş məram əlaməti kimi indiyə qədər iki dəfə, hərəsində bir neçə nəfər artıq Ermənistana qaytarılıb, yeganə əsir qadın 8 mart ərəfəsində buraxılıb və öz vətəni Livana göndərilib. Yeri gəlmişkən, həmin qadın Ermənistana qayıtmaqdan imtina edib.

-Gəlin Xocalı məsələsinə qayıdaq... Mənim bildiyimə görə, bu günə qədər yetərli sayda material, şahid ifadələri toplanıb, faciənin miqyasını təsdiq edən kino- və fotosənədlər var, bir sıra ölkələr bu faciəni rəsmi səviyyədə kəskin pisləyiblər. Lakin təqsirkarlar hələ də tapılmayıb?

-Onları axtarmağa ehtiyac yoxdur. Bu cinayətlərin sifarişçiləri də, icraçıları da məlumdur, onların bəziləri inanılmaz dərəcədə həyasızlıq edir, üstəlik öz “qəhrəmanlıqlarını” kitablarda, memuar və müsahibələrdə təsvir edirlər. Təəssüf ki, onların əməllərinə indiyə qədər hüquqi qiymət verilməyib.

Xüsusi vurğulamaq istəyirəm ki, Xocalı qırğını Birinci Qarabağ müharibəsi illərində baş vermiş ən qanlı, ən genişmiqyaslı, lakin heç də yeganə olmayan faciədir. Əsgəran, Qafan, Gümrü, Zəngibasar, Quqark, Qaradağlı, Ağdaban, Xocalı – bu adların hər birinin arxasında onlarca, yüzlərlə günahsız halda qətlə yetirilmiş dinc sakinin taleyi var... Cinayət məsuliyyətinin əsas prinsipi cəzanın labüdlüyü prinsipidir. Məhz bu prinsip gələcəkdə belə cinayətlərin heç yerdə təkrarlanmamasının rəhnidir. Biz maksimum səy göstərməliyik ki, Qarabağ münaqişəsi dövründə bizim torpağımızda insanlıq əleyhinə törədilmiş vəhşicəsinə cinayətləri bütün dünya bilsin və pisləsin. Fikrimcə, dünyanın hər hansı bir yerində belə hadisələrin təkrarlanması istisna edilməlidir. Bu təkcə bizim üçün deyil, dünyanın bütün ölkələri üçün vacibdir.

 
  • Oxunub:  2490  |  
  • Tarix:  17-03-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

17 Aprel 09:06
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?
16 Aprel 16:32
Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
16 Aprel 16:24
Azərbaycan üçün regionun inkişafı strateji prioritetdir
16 Aprel 16:10
Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
16 Aprel 16:10
Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub
16 Aprel 16:03
Televizora çox baxmaq ürək çatışmazlığı xəstəliyi yaradır?
16 Aprel 16:01
Amerikalı həkimlər koronavirus infeksiyasına yenidən yoluxmanın səbəbini açıqlayıblar
16 Aprel 15:56
Sankt-Peterburqda Azərbaycan və Moldova parlament sədrlərinin görüşü olub
16 Aprel 15:50
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
16 Aprel 15:38
SOCAR bu il hasil etdiyi neft və təbii qazın həcmini açıqlayıb
16 Aprel 15:33
Sahur qidalarından alınan enerji orqanizmin gücdən düşməməsinə kömək edir
16 Aprel 15:24
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
16 Aprel 15:06
Statistika Komitəsi ilə İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu təsdiqlənib – Fərman
16 Aprel 15:02
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilib – Sərəncam
16 Aprel 14:51
YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər
16 Aprel 14:48
ATƏT-in Minsk qrupunun indiki fəaliyyəti yeni reallıqları əks etdirə bilməz
16 Aprel 14:37
Xaricə göndərilən bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb
16 Aprel 14:29
Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa edilir
16 Aprel 14:23
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir
16 Aprel 14:17
Hərbi Qənimətlər Parkı Azərbaycanın 44 günlük Vətən müharibəsinin gedişatı ilə bağlı bir çox detalları özündə əks etdirir
16 Aprel 14:05
Milli Məclisin deputatları AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər
16 Aprel 13:53
Beşinci İslam Həmrəylik Oyunları təxirə salına bilər
16 Aprel 13:42
Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı təsdiq edilib
16 Aprel 13:36
Aprelin 17-də bəzi bölgələrdə havanın temperaturu 28°-yə yüksələcək
16 Aprel 13:25
Özbəkistan portalı ADA Universitetində keçirilən beynəlxalq konfrans haqqında məqalə yayıb
16 Aprel 13:18
Cavanşir Paşazadə: Hərbi Qənimətlər Parkında təqdim olunan hər bir nümunə Azərbaycan əsgərinin qəhrəmanlığını və rəşadətini tərənnüm edir
16 Aprel 13:15
Məlahət İbrahimqızı: Cənubi Qafqaz regionu ilə bağlı beynəlxalq medianın gündəmi Prezident İlham Əliyevin fikirləri və çıxışları əsasında müəyyənləşdirilir
16 Aprel 13:08
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,5 milyard kubmetr təbii qaz ötürülüb
16 Aprel 12:44
Rauf Əliyev: Qələbə ölkəmizin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb
16 Aprel 12:31
Azərbaycan könüllüləri akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər
16 Aprel 12:28
“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək” platforması arasında Niyyət Protokolu imzalanıb
16 Aprel 12:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Yaşıl Marafon” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına qoşuldu
16 Aprel 12:17
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının fəxarət məkanıdır
16 Aprel 12:11
Kross qaçışı üzrə Bakı çempionatına start verilib
16 Aprel 12:05
Səbinə Xasayeva: “Cənubi Qafqaza yeni baxış: müharibədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda regionun gələcək perspektivi diqqət mərkəzində oldu
16 Aprel 11:58
“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +22
gecə+10 +13