Müdafiə nazirinin tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Novruz bayramı ərəfəsində, Torpaq çərşənbəsi ilə əlaqədar daimi dislokasiya məntəqələrinə yaxın ərazilərdə yerləşən Şəhidlər xiyabanlarını ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
- Oxunub: 2160 |
- Tarix: 16-03-2021 |
-
Çap et |