Ana səhifə »  Xəbər lenti »  Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib
A+   Yenilə  A-
Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib

Əminliklə deyə bilərik ki, gələcəkdə salnaməçilərimiz Azərbaycan tarixinin İlham Əliyev dövrünü tarix kitablarımıza köçürərkən, bu illər ərzində əldə olunan uğurları, o cümlədən inkişafı və tərəqqini, 44 günlük Vətən müharibəsində parlaq qələbəmizi sadalayarkən, hökmən Ümummilli Liderimiz Heydər Əliyevin 2003-cü ilin oktyabrında prezident seçkilərindən əvvəl Azərbaycan  xalqına müraciətində dediyi “...Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında  sıx birləşdirərək Azərbaycan dövlətinin inkşafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz  və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirlərinin tam olaraq özünü doğrultduğunu dönə-dönə təsdiq edəcəklər.

2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində Azərbaycan xalqı Ulu Öndərin müraciətinə böyük ruh yüksəkliyi ilə cavab verərək öz taleyini İlham Əliyevə etibar etdi. Əslində Azərbaycan xalqı seçkilərdə təkcə İlham Əliyevə yox, həm də Heydər Əliyev siyasətinə səs vermiş oldu. Yeni Azərbaycan Partiyasının 26 mart 2005-ci ildə keçirilən III qurultayında isə İlham Əliyev partiyanın Sədri seçildi. Cənab İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi Azərbaycan xalqının Heydər Əliyev şəxsiyyətinə, Onun siyasətinə və siyasi kursuna inamından irəli gəlirdi. Cənab İlham Əliyev bu siyasətə sadiq qaldığını bildirməklə, onun alternativi olmadığını həm Azərbaycan cəmiyyətinə, həm də bütün dünyaya bəyan etdi. Prezident İlham Əliyev partiyanın III qurultayındakı nitqində demişdi: “Mən əminəm ki, bundan sonra da Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq doğma vətənimizə, xalqımıza ləyaqətlə xidmət edəcəyəm”.

Ötən 17 il ərzində Prezident İlham Əliyev sübut etdi ki, bu siyasət qədər Azərbaycanı uğura, inkişafa, tərəqqiyə, firavanlığa aparan ikinci bir siyasət ola bilməz və həqiqətən onun alternativi yoxdur. Belə ki, bu illər ərzində Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, möhtəşəm uğurlara imza atıb. Bu müddət ərzində şəhər, qəsəbə və kəndlərimizin görkəmi tanınmaz dərəcədə dəyişib. Əhalinin rifah halı günbəgün yaxşılaşır. İqtisadiyyatımız 3 dəfədən çox artıb. Ölkəmizin beynəlxalq nüfuzu möhkəmlənib. Müstəqilliyimizin ən böyük uğurlarından biri kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini göstərmək olar. İndi ölkəmiz BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkatı ilə yanaşı, Türk Şurasına sədrlik edir. Azərbaycan indi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla Avropanın enerji xəritəsini yenidan cızırıq, regionun mühüm logistik mərkəzinə çevrilməkə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin təşəbbüskarı kimi çıxış edir.

Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021 ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair  Milli Prioritetlər”ə  və yeni reallıqlara uyğun olaraq dövlətin bütün strukturları və partiya qarşısında mühüm vəzifələr qoyulub. Bu vəzifələr – siyasi sistemimizin təkmilləşdirilməsi, şəhid ailələrinə və qazilərimizə diqqətin artırılması, Qarabağa Böyük Qayıdış proqramının icra olunması, gənc nəslin təlim-tərbiyəsinin diqqət mərkəzində saxlanması, milli-mənəvi dəyərlərimizin, çoxmillətli, çoxkonfessiyalı, multikultural dəyərlərin qorunub saxlanılması, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, regionda uzun müddətli sülhün təmin edilməsi və digər sahələri əhatə edir.

Təbii ki, son 17 ildə əldə etdiyimiz uğurları saymaqla qurtarmaz. 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra ölkəmiz yeni bir mərhələyə qədəm qoydu. Həyatımızın bütün sahələrini əhatə edən islahatlar başladı. Bu islahatlar Yeni Azərbaycan Partiyasından da yan keçə bilməzdi. Bu baxımdan, partiyanın 5 mart 2021-ci il tarixdə keçirilən VII qurultayının qərarları gələcəkdə istər partiyanın, istərsə də, ölkənin həyatında mühüm tarixi hadisə kimi yadda qalacaq.

Belə ki, Yeni Azərbaycan Partiyasının VII  qurultayı öz işini uğurla başa çatdırdı. Partiyanın yeni Nizamnaməsi və yeni Nizamnaməyə uyğun olaraq onun yeni idarəetmə aparatı – Mərkəzi Aparat və digər strukturları formalaşdı. Yeni yaradılmış Mərkəzi Aparat və digər strukturlar qarşısında yeni reallıqlara uyğun olaraq yeni yanaşma, çevik idarəetmə tələbləri qoyulub. Eyni zamanda, yeni dövrün tələblərinə uyğun olaraq partiyanın Sədri İlham Əliyev tərəfindən İdarə Heyətinə partiyanın yeni Proqramının hazırlanması barədə tapşırıq verilib.

Yeri gəlmişkən qeyd edim ki, partiyanın Nizamnamə və Proqramına son əlavə və dəyişikliklər 1999-cu ildə partiyanın I qurultayında qəbul edilmişdi. Ötən 12 ildə, eyni zamanda sonuncu prezident seçkilərindən sonra bəyan edilən proqramlar icra olunub. Bu illər ərzində qarşıya qoyulan birincidərəcəli vəzifə – ərazi bütövlüyümüzün bərpası təmin edilib. Bununla birlikdə siyasi, iqtisadi, sosial və digər sahələrdə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş hədəflərə çatmaqdayıq. Azərbaycan yeni reallıqlar yaradıb. Bu reallıqları Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Əsgəri, Azərbaycan Xalqı yaradıb.

Bir sözlə, Yeni Azərbaycan Partiyasının VII qrultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevrildi və hər bir partiya üzvü qarşısında mühüm vəzifələr qoydu. Yaxın gələcəkdə, həm də perspektivdə uğurlarımız bu vəzifələri necə yerinə yetirəcəyimizdən asılı olacaq.

Fikirlərimi Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin VII qurultaydakı ifadəsi ilə yekunlaşdırıram: “Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaqdır”.

Ramiz Göyüşov

YAP Binəqədi rayon təşkilatının sədri

 
  • Oxunub:  5520  |  
  • Tarix:  16-03-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

18 Aprel 20:23
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
18 Aprel 18:40
Nərgiz Hacıyeva: Artıq 200 hərbi qulluqçuya və şəhid ailələrinə psixoloji yardım göstərilib
18 Aprel 17:44
Bu gün koronavirus infeksiyasına qarşı 12 min 327 doza vaksin vurulub
18 Aprel 17:23
Azərbaycanda koronavirusa 2 min 144 yeni yoluxma faktı qeydə alınıb
18 Aprel 15:15
İstanbulun Taksim meydanında inşa edilən məscid Ramazan bayramınadək ibadətə açılacaq
18 Aprel 15:04
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin XIX toplantısı keçirilib
18 Aprel 13:25
Azərbaycanın Vətən müharibəsində hərbi-diplomatik və tarixi Qələbəsini reallaşdıran müdrik dövlət xadimi
18 Aprel 12:05
Yaxın gələcəkdə azərbaycanlı hemofiliyalı uşaqların sağlam böyümək şansları daha da artacaq
18 Aprel 12:00
Ağdamda qoyun otaran şəxs minaya düşüb, bir ayağı amputasiya edilib
18 Aprel 11:55
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
18 Aprel 11:49
Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Aprel 11:42
Uels milli komandasının nümayəndə heyəti Bakıda səfərdə olub
18 Aprel 11:38
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib
18 Aprel 11:35
Rəcəb Tayyib Ərdoğan: 2021-ci ili ölkəmiz və millətimiz üçün bir şahlanma ilinə çevirəcəyik
18 Aprel 11:31
Giləzi qəsəbəsinin yaxınlığında “Qrad” mərmisi aşkarlanıb
17 Aprel 18:13
Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində ədəbi-bədii kompozisiya hazırlayıb
17 Aprel 17:56
Azərbaycanda koronavirusa 2148 yeni yoluxma faktı qeydə alınıb
17 Aprel 17:51
Azərbaycanda ilk dəfə küvez içində (yataqbaşında) 600 qramlıq körpəyə qapalı ürək əməliyyatı uğurla icra olunub
17 Aprel 15:16
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
17 Aprel 15:01
Prezident İlham Əliyev kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında Fərman imzalayıb
17 Aprel 14:52
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yaz sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib
17 Aprel 14:35
ADMİU işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına qoşulub
17 Aprel 14:26
Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili ilə bağlı ölkəmizə gələcək əcnəbilər üçün viza prosedurları sadələşdirilir
17 Aprel 14:21
ÜST rəhbəri: Dünya vaksinlərə bərabər əlçatanlığın təminatında uğursuzluğa düçar olub
17 Aprel 14:15
BDU-nun 250-dək əməkdaşı peyvənd olunub
17 Aprel 14:03
ICESCO və Azərbaycan arasında elm-texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Aprel 13:56
Azərbaycanın parlament nümayəndə heyəti Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
17 Aprel 12:51
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
17 Aprel 12:49
Vüqar İskəndərov: Minsk qrupunun həmsədrləri postmünaqişə dövrü ilə bağlı təkliflər verməlidir
17 Aprel 12:46
Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür
17 Aprel 12:39
Anar Məmmədov: Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
17 Aprel 12:37
Fəqət Şadlinskaya: Azərbaycanın qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasıdır
17 Aprel 12:27
Kamilə Əliyeva: Ermənistan beynəlxalq humanitar hüququn qaydalarını kobud şəkildə pozur
17 Aprel 09:23
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
17 Aprel 09:17
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib
17 Aprel 09:06
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+18 +22
gecə+9 +13