Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Zəngilan rayon Təşkilatı Gənclər Birliyi milli adətlərimiz mövzusunda konfrans keçirib

YAP Zəngilan rayon Təşkilatı Gənclər Birliyi milli adətlərimiz mövzusunda konfrans keçirib

15.03.2021 [16:38]

Yeni Azərbaycan Partiyasının (YAP) Zəngilan rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə "milli adət-ənənələrimiz milli dəyərlərimiz xalqımızın sərvətidir" mövzusunda konfrans keçirilib.

Birlikdən Trend-ə bildirilib ki, tədbirdə millət vəkilləri Ramin Məmmədov və Cavid Osmanov, YAP Zəngilan rayon təşkilatının fəal üzvləri, məktəb müəllimləri, idarə müəssisələri rəhbərləri, müxtəlif rayonlarımızı təmsil edən fəal könüllü gənclər, Azərbaycan Mədəniyyat Platformasının təşkilati məsələlər üzrə rəhbəri Ümidə Kəngərli, həmin platformada ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuat rəhbəri Fidan Orucəliyeva, "Gənc Sahibkarlar" klubunun koordinatoru Anar Sarıyev, "Palıd Group" şirkətinin rəhbəri Əjdər Məmmədov, Milli Konservatoriyanın tələbəsi Ülkər Orucova iştirak ediblər.

Millət vəkilləri bayram münasibətilə hər kəsi təbrik etdikdən sonra Prezident İlham Əliyevin Vətən müharibəsindən əvvəl və sonrakı addımlarının müvəffəqiyyətli olmasından söhbət açıblar. Bu böyük qələbəmizdə ordumuz, əsgərimizlə birlikdə Prezidentimizin əzmi və siyasi iradəsinin də müstəsna rolunun olmasını qeyd ediblər. Daha sonra digər konfrans iştirakçıları bu müharibədə ən böyük milli adət və ənənələrimizdən sayılan dar gündə birləşmək, çətin anda bir-birimizə dayaq olmaq kimi məziyyətlərin önəmini vurğulayıblar və Vətən müharibəsində bunun əyani şahidi olduğumuzu bildiriblər.

İştirakçılar öz fikir və düşüncələrini bildirdikdən sonra, Milli Konservatoriyanın tələbəsi Ülkər Orucova "Xudayar Təsnifi"ni ifa edərək, həm qəlbləri oxşayıb, həm də şəhidimiz Xudayarın timsalında bütün şəhidlərimizi bir daha yad edib.

Tədbir təşkilatçıları olaraq bütün qonaqlarımıza iştirak etdikləri üçün dərin minnətdarlığımızı bildiririk.

Paylaş:
Baxılıb: 296 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31