Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə davam etdirilir. Hazırda vaksinasiya aparılır.
Öz növbəsində həkim-terapevt Gülər Sadıqova deyib ki, peyvənd xilas yoludur, infeksiyaya yoluxma zamanı xəstəliyi yüngül keçirməyə kömək edir. Yaşamaq eşqi, həyat enerjisi olan heç kəs onu vurduqmaqdan qorxmamalıdır: “İndinin özündə də xəstəxanalarda COVID-19-a yoluxmuş ağır xəstələr müalicə alır, təəssüf ki, yoluxanların arasında həyatını itirənlər də olur. Bu bir həqiqətdir ki, pandemiyanın tamamilə aradan qalxması üçün kütləvi immunitetin formalaşması lazımdır. Bunun üçün də ən əlverişli yol vaksinasiyadır. Vaksin vurulması həkim göstərişi və nəzarəti ilə həyata keçirilir”.
Mütəxəssis vurğulayıb ki, vaksin vurduranlar da arxayınlaşmamalı, qoruyucu vasitələrdən, gigiyena qaydalarından imtina etməməlidirlər: “Peyvənd olunduqdan sonra da tibbi maska və sosial məsafə qaydaları öz qüvvəsində qalmağa davam edəcək. Yoluxmamaq və virusu yaymamaq üçün gigiyena qaydalarına bir müddət daha əməl etməliyik. Tam güvənli şəkildə normal həyatımıza qayıdış nə qədər insanın peyvənd olunub immunitet qazanacağına bağlıdır. Ümid edirəm ki, tezliklə peyvəndləmənin müsbət effektini hər birimiz öz həyatımızda hiss edəcəyik. Vaksinasiya prosesi tam başa çatandan sonra COVID-19 təhlükəsi sovuşacaq”.
MÜŞFİQƏ
- Oxunub: 5550 |
- Tarix: 13-03-2021 |
-
Çap et |