Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / BMT-nin Baş katibi dünyada koronavirus əleyhinə vaksinin hazırkı istehsal gücünü iki dəfə artırmağa çağırıb

BMT-nin Baş katibi dünyada koronavirus əleyhinə vaksinin hazırkı istehsal gücünü iki dəfə artırmağa çağırıb

12.03.2021 [14:34]

BMT-nin Baş katibi Antonio Quterreş qlobal pandemıyanın kədərli ildönümü ilə əlaqədar bəyanatla çıxış edib. Pandemiyanı "bədbəxtliklər sunamisi" adlandıran Baş katib deyib ki, pandemiya xəstəlik, ölüm, iqtisadi çətinliklər, rifah səviyyəsinin aşağı düşməsi, həyatın kənarında olanların daha da yoxsullaşmasına səbəb olub.

“Artıq bir ildir ki, dünyanın bir çox yerində ofis binaları boş qalır, küçələrdə insanlar yoxdur, məktəblər isə bağlıdır. Lakin insanlar yeni yaşayış şəraitlərini qəbul edə bildilər və heç nəyə baxmayaraq, işləməyə və oxumağa davam etdilər”, - deyə bəyanatda bildirilir.

AZƏRTAC xəbər verir ki, BMT rəhbəri tibb işçilərinin fədakarlığına və özlərini qurban verməyə hazır olduqlarına heyran olduğunu vurğulayaraq, onların işinə xüsusi diqqət yetirib. O, başqa insanları normal yaşayış şəraiti ilə təmin etmək üçün ən sərt karantin rejiminin tətbiq olunduğu günlərdə belə çalışmalı olanların xidmətlərini də qeyd edib. O, yalan və dezinformasiya yolunu kəsməyə cəsarət edən, elmə hörmət edən və alimlərin tövsiyələrini yerinə yetirməyə hazır olan hər kəsin xidmətlərini xüsusilə qeyd edib. "Siz insanların həyatını xilas etməyə kömək etmisiniz", - deyə BMT-nin Baş katibi bu insanlara müraciət edərək, bildirib.

O, başlanan peyvənd kampaniyasının ümid verdiyini qeyd edib. Eyni zamanda, Quterreş, gəlirləri aşağı səviyyədə olan bir çox ölkədə COVID-19 əleyhinə hələ bir dənə də peyvənd edilmədiyini, daha yüksək gəliri olan bəzi dövlətlərin isə artıq əhalisinin tam vaksinasiyası, yəni onların ən çox həsrətində olduqları məqsədinə doğru çatmaq üzrə olduqlarını xatırladıb. "İstehsalçılardan vaksinlərin alınması ilə bağlı ikitərəfli sövdələşmələr peyvəndlərə universal çıxışı təmin etmək imkanını azaldır", - deyə Baş katib xəbərdarlıq edib.

O, qlobal vaksinasiya kampaniyasını "bütün zamanların ən böyük mənəvi sınağı" adlandırıb və xatırladıb ki, bəşəriyyət yalnız bundan keçərək dünya iqtisadiyyatını yenidən bərpa edə biləcək. “Yalnız bu şəkildə biz virusu təcrid edə bilərik. Özümüzü təcridetmə əvəzinə virusu təcrid edə biləcəyimiz yeganə yoldur”, – deyə Antonio Quterreş vurğulayıb.

O, COVID-19 əleyhinə yetərincə vaksin istehsal etməyə çağırıb. “Bu o deməkdir ki, dünyada mövcud istehsal gücü ən azı iki dəfə artırılmalıdır. Buna artıq indidən başlamaq lazımdır", - deyə o qeyd edib.

Paylaş:
Baxılıb: 216 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30