Ana səhifə »  Xəbər lenti »  Cənubi Qafqazın ən qüdrətli və sabit ölkəsi - Azərbaycan!
A+   Yenilə  A-
Cənubi Qafqazın ən qüdrətli və sabit ölkəsi - Azərbaycan!

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin qorunmasında ölkənin zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi mühüm əhəmiyyət kəsb edir. Bu amillər Azərbaycanın milli dövlətçilik maraqlarına cavab verən səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi üçün ilkin əlverişli zəmin yaradır. Lakin mövcud ilkin potensialı və əlverişli zəmini reallaşdırmaq, onlardan maksimum bəhrələnmək beynəlxalq aləmdə cərəyan edən proseslərin ciddi araşdırılmasını, Azərbaycanın maraqlarına uyğun düşünülmüş, hərtərəfli əsaslandırılmış və bütün incəlikləri nəzərə alan addımların atılmasını tələb edir. Məlumdur ki, xarici siyasət daxili siyasətin beynəlxalq münasibətlər sistemində davamıdır. Bu mənada, xarici siyasəti dövlətin daxili inkişafının əsas vəzifələrindən irəli gələn, ölkənin milli mənafeləri ilə xarici aləmin maraqları arasında sivil birgəyaşayış qaydaları və normaları əsasında uyğunlaşdırılmış, uzlaşdırılmış münasibətlər sistemi yaratmağa xidmət edən məqsədyönlü fəaliyyət növü kimi nəzərdən keçirmək lazımdır. Azərbaycanın isə xarici siyasəti ilkin olaraq milli məafeyimizə hesablanmış və regionda balanslaşdırılmış siyasət üzrədir. Ölkəmiz hər zaman xarici münasibətlərində ədalət prinsipini əsas götürmüş, ölkələrin ərazi bütövlüyü və daxili işlərinə müdaxiləni pisləmiş və ölkələr arasında qarşılıqlı maraq və mənfəətlərin vəhdətini dəstəkləmişdir.

Qeyd etmək istərdim ki, dövlətimiz Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra müstəqil xarici siyasət həyata keçirməyə başlamışdır. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilmişdir. Xarici siyasətimizin prioritetlərindən biri də beynəlxalq qurum və təşkilatlarla birgə işləməkdən keçmişdir. Bu mənada BMT ilə əməkdaşlığın ilk günündən başlayaraq, Azərbaycan təşkilatın bütün prinsiplərinə hörmətlə yanaşmış və sadiq qalmışdır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı həmçinin digər beynəlxalq təşkilatlarla əməkdaşlığa müstəsna əhəmiyyət verməklə bütün platformalarda hər zaman ədalət prinsipini qorumuşdur.

Bu gün Cənubi Qafqaz regionunda güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Azərbaycan özünün "Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmək" kimi geosiyasi və geostrateji iddialarını heç vaxt gizlətməmişdir. Bu gün Azərbaycan öz iqtisadi inkişaf potensialına və milli resurslarına görə faktiki olaraq regionun lider ölkəsinə çevrilmişdir. Cənubi Qafqazın insan resurslarının təxminən 60%-i, yanacaq-enerji və maliyyə resurslarının 90%-i, iqtisadi potensialının isə 75-80%-i Azərbaycanın payına düşür. Hazırda həm qonşu dövlətlər, həm də dünyanın əksər geosiyasi aktyorları bütün ölçülər üzrə regionun "lider ölkəsi" statusunu daşımaq imkanını məhz Azərbaycana aid edirlər. Cənubi Qafqazda ən iri enerji, nəqliyyat-kommunikasiya layihələrinin təşəbbüskarı olması və onların fəaliyyətini təmin etməsi təkcə Azərbaycanın özünün deyil, həm də bütün Xəzər-Qara dəniz hövzəsi regionunun, Avropa və Amerikanın, bütün dünyanın strateji maraqlarını təmin edir. Avropa Birliyinin enerji təhlükəsizliyində həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı kimi tanınması XXI əsrdə Azərbaycanın geosiyasi dəyərini artırması üçün geniş perspektivlər yaradır. Azərbaycan Avropa və Asiyanın nəqliyyat-kommunikasiya dəhlizlərinin və neft-qaz ixracatı marşrutlarının üzərində yerləşir. Xəzər dənizinin Azərbaycan sektorundakı enerji resurslarının istehsalının getdikcə artırılması və ən əsası, bu məhsulların məhz Avropa bazarına ixrac edilməsi Azərbaycanın dünya miqyasına çıxması, əhəmiyyətli "dünya dövlətinə" çevrilməsini şərtləndirən əsas amillərdən birincisidir.

Qeyd edək ki, ölkəmizdə bütün sahələrdə, o cümlədən siyasi və hərbi-təhlükəsizlik sahəsində uğurlu dövlət siyasəti həyata keçirilməkdədir. Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Dövlətimizin hərbi təhlükəsizliyinin təmini dövlət siyasətinin ən vacib istiqamətlərindən birini təşkil edir. Azərbaycan regionda və region xaricindəki strateji tərəfdaş ölkələrlə regional təhlükəsizliyin təmin olunması, beynəlxalq strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi və beynəlxalq təhlükəsizliyə töhfə vermək məqsədilə çoxtərəfli əməkdaşlıq həyata keçirməkdədir.

Bir sözlə, Azərbaycan hazırda beynəlxalq aləmlə iqtisadi, siyasi, enerji, nəqliyyat və s. əlaqələrini müstəqil şəkildə reallaşdırır və yeni uğurlar qazanır. Biz gənclər əminik ki, Azərbaycan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha da böyük nailiyyətlər əldə edəcək, uğurlar qazanacaqdır.

Xumarə Familli

YAP Pirallahı rayon təşkilatının fəalı

 
  • Oxunub:  3540  |  
  • Tarix:  09-03-2021  |  
  •    Çap et   |  
“Yeni Azərbaycan” qəzeti 28 yaşında

10 Aprel 18:24
Ramin Məmmədov: Azərbaycanda sosial islahatların əsas istiqamətlərindən biri həssas kateqoriyadan olan insanlara münasibətdə sosial ədalət prinsipinin gözlənilməsidir
10 Aprel 18:15
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı keçirilib
10 Aprel 18:11
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib
10 Aprel 17:52
Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
10 Aprel 17:51
Türkiyə Prezidenti: Pandemiya yalnız sağlamlığın deyil, həmrəyliyin və milli dəyərlərin də qiymətini artırdı
10 Aprel 17:48
Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib
10 Aprel 17:36
İstanbulda Türkiyədə və Ukrayna prezidentlərinin təkbətək görüşü olub
10 Aprel 17:35
Hikmət Hacıyev: Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır
10 Aprel 17:31
Aerobika gimnastlarımız “Egyptian Pharaohs Cup”da ikinci olublar
10 Aprel 17:28
Azərbaycanda koronavirusa 2192 yeni yoluxma faktı qeydə alınıb
10 Aprel 17:27
Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir
10 Aprel 16:26
Hikmət Hacıyev: Azərbaycan türkdilli dövlətlərlə əməkdaşlığı inkişaf etdirmək məqsədilə yol xəritəsi hazırlayır
10 Aprel 16:24
Fahrettin Altun: Türk Şurası dünyada önəmli platformaya çevrilib
10 Aprel 15:56
Prezidentin köməkçisi: “Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək
10 Aprel 15:54
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
10 Aprel 15:53
Bağdad Amreyev: Üzv dövlətlər arasında media sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır
10 Aprel 15:52
Türkiyəli iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
10 Aprel 15:48
Hikmət Hacıyev: Sosial şəbəkələrdə feyk xəbərlərin tirajlanmasına qarşı Türk Şurası çərçivəsində birgə fəaliyyət vacib məsələdir
10 Aprel 15:47
Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasının ildönümünə həsr olunmuş vebinar keçirilib
10 Aprel 15:42
“Buta Airways” Rusiyanın “Jukovski” hava limanına reyslərə başlayacaq
10 Aprel 15:37
Ramin Məmmədov: “YAŞAT” Fondunun yaradılması Azərbaycanda milli birliyin və həmrəyliyin göstəricisidir
10 Aprel 15:36
Paytaxtda yeni nəqliyyat mübadilə məntəqəsi və marşrut xətti təşkil edilib
10 Aprel 15:28
Hikmət Hacıyev: Azərbaycan ilə Türk Şurası arasında sıx münasibətlər var
10 Aprel 15:21
Deputat: Azərbaycan qalib ölkə kimi xarici siyasət kursunun yeni inkişaf istiqamətlərini müəyyənləşdirir
10 Aprel 15:12
Azərbaycan Prezidentinin köməkçisi Macarıstanın Təhlükəsizlik siyasəti üzrə dövlət katibi ilə görüşüb
10 Aprel 15:06
Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmalar 2 dəfəyədək artıb
10 Aprel 14:56
Prezidentin köməkçisi: Türk Şurasının üzv ölkələrinə edilən təxribat xarakterli informasiya hücumlarına qarşı birgə fəaliyyət göstərməliyik
10 Aprel 14:38
Elxan Məmmədov: Mayın 15-dən "Avro-2020"yə bilet satışı bərpa olunacaq
10 Aprel 14:01
Qırğızıstanlı nazir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib
10 Aprel 13:32
Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir
10 Aprel 13:24
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət ediblər
10 Aprel 13:18
Azərbaycan və Türkiyənin UNESCO üzrə milli komissiyalarının təşkilatçılığı ilə UNESCO kafedralarının əməkdaşlıq məsələləri müzakirə edilib
10 Aprel 13:14
Erkan Özoral: Mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım
10 Aprel 13:12
Bu gün Azərbaycan beynəlxalq məsələlərdə əhəmiyyətli rol oynayır
10 Aprel 12:05
Aprelin 10-u İnşaatçılar Günüdür
10 Aprel 11:48
Sevinc Fətəliyeva: Ermənistan İslam dəyərlərinə düşməncəsinə yanaşır
10 Aprel 11:45
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
10 Aprel 11:34
Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
10 Aprel 09:34
“Yeni Azərbaycan” qəzeti 28 yaşında
10 Aprel 09:29
“Yeni Azərbaycan” 28 il əvvəl sözün əsl mənasında yeni Azərbaycan qurmaq naminə mübarizə ruhuna köklənmiş qəzet kimi meydana atıldı
10 Aprel 09:27
Ulu Öndər Heydər Əliyev “Yeni Azərbaycan”a həmişə böyük qayğı ilə yanaşırdı
10 Aprel 09:25
“Yeni Azərbaycan” qəzeti 28 ildir ölkəmizin media məkanında öz layiqli yerini qoruyub saxlaya bilib
10 Aprel 09:23
“Yeni Azərbaycan” qəzeti Azərbaycanın informasiya məkanında öz sözünü demiş bir mətbu orqandır
10 Aprel 09:22
Şəmsəddin Xanbabayev: Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbə ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı
10 Aprel 09:19
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Teymur Mahal oğlu Həsənovun məzarını ziyarət ediblər
10 Aprel 09:17
Arif Fərzəliyev: Bütün bərpa işləri dövlətimizin xüsusi nəzarəti altında həyata keçirilir
10 Aprel 09:15
YAP Tərtər rayon təşkilatı şəhid ailələri ilə görüşləri davam etdirir
10 Aprel 09:14
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini və qaziləri ziyarət ediblər
10 Aprel 09:09
Tahir Kərimli: Ermənilərin sülhdən başqa yolu yoxdur
10 Aprel 08:47
Elşad Musayev: “İsgəndər-M” raketinin qalıqlarının tapılması faktı Ermənistanın növbəti hərbi cinayətinin sübutudur
10 Aprel 08:45
Elçin Mirzəbəyli: Bu dağıdıcı silahdan Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə olunduğu faktlarla sübuta yetirilib
10 Aprel 08:44
Abutalıb Səmədov: Azərbaycan peyvənd olunmuş əhalinin sayına görə regionun lideridir
10 Aprel 08:42
Əli Kərimli sosial şəbəkələr vasitəsilə ictimai rəyi yanıltmağa çalışır
10 Aprel 08:41
Ermənistan siyasi böhrandan xilas ola bilmir
10 Aprel 08:39
Azərbaycançılıq ölkəmizin inkişafının ideoloji əsaslarını təşkil edən milli məfkurədir
10 Aprel 08:36
“Peyvənddən gözləntimiz ondan ibarət olmalıdır ki, virusa yoluxsaq da, ağırlaşma halları ilə üzləşməyək”
09 Aprel 21:57
Türk Mədəniyyəti və İrsi Fondunda “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib
09 Aprel 21:47
Bakı Dövlət Universiteti Azərbaycan Notariat Palatası ilə əməkdaşlığa başlayıb
09 Aprel 20:57
Azərbaycanın Xarici işlər naziri Türk Şurasının Baş katibi ilə görüşüb
09 Aprel 20:26
Prezident İlham Əliyev Ülyahəzrət II Elizabetə və Baş nazir Boris Consona başsağlığı verib
09 Aprel 20:22
Ordubad Rayon Uşaq Xəstəxanası fəaliyyətə başlayıb
09 Aprel 19:43
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
09 Aprel 19:24
Milli Məclisin sədri Sahibə Qafarova BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti ilə görüşüb
09 Aprel 19:16
Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
09 Aprel 19:15
Güləşçilərimiz Avropa çempionatına Göygöldə hazırlaşırlar
09 Aprel 19:11
Venesuela ilə sosial sahədə əməkdaşlıq imkanları müzakirə olunub
09 Aprel 19:09
DİM: Müxtəlif imtahanların məzmun və qaydalarında təkmilləşdirmələr aparılıb
09 Aprel 19:07
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başa çatıb
09 Aprel 19:04
“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib
09 Aprel 18:49
“Azərsu” ASC-də qanvermə aksiyası keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA