Ana səhifə »  Xəbər lenti »  YAP-ın həm struktur, həm də proqram baxımından özünü yeniləməsi ölkənin siyasi həyatına dinamizm gətirəcək
A+   Yenilə  A-
YAP-ın həm struktur, həm də proqram baxımından özünü yeniləməsi ölkənin siyasi həyatına dinamizm gətirəcək

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilmiş VII qurultayı çox əlamətdar bir dövrə təsadüf etdi. Ölkəmizin həyatında keyfiyyətcə yeni bir mərhələ yaşanmaqdadır. 2018-ci il prezident seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə başladılan və bütün sahələri əhatə edən sistemli islahatlar, o cümlədən Vətən müharibəsində qazandığımız şanlı Zəfər qarşımızda yeni reallıqların yaranmasını şərtləndirib. Əlbəttə, hadisələrin sürətli inkişafı hədəf və məqsədlərimizə də yenidən baxmağı, bu xüsusda daha çevik addımlar atmağı tələb edir. Bu mənada, Yeni Azərbaycan Partiyasının VII qurultayı həm partiyamızın, həm də dövlətimizin qarşısında duran vəzifələrin müəyyən olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu bildirib.

YAP-ın İdarə Heyətinin üzvü diqqətə çatdırıb ki, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən ümumi inkişaf tendensiyalarından kənarda qala bilməzdi. Nəzərə alaq ki, islahatların mühüm istiqamətlərindən birini də məhz siyasi islahatlar təşkil edir. YAP isə öz təcrübəsinə və zəngin dövlətçilik ənənələrinə görə bu prosesin önündə dayanmalıdır. Bir sıra partiyaların YAP-a qoşulması da bu mənada, əlamətdar hadisə olmaqla ölkəmizin siyasi palitrasında hakim partiyaya olan inam və etimada dəlalət edir. Bu, onu göstərir ki, Yeni Azərbaycan Partiyasının təbliğ etdiyi ideya və dəyərlər universaldır, cəmiyyətin bütün təbəqələrinin maraqlarını əhatə edir və Azərbaycan güclənməsini istəyən bütün siyasi qüvvələr onun ətrafında birləşərək öz məqsədlərini realizə edə bilərlər. Beləliklə, partiyamızın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.

Deputatın sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın partiyamızın sədr müavini təyin olunması YAP-ın tarixində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. İndiyə qədər qazandığımız bütün zəfər və nailiyyətlərdə Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi əvəzsiz xidmətləri olan Mehriban Əliyevanın YAP sədrinin müavini vəzifəsinə təyin olunması partiyanın yeni dövrün çağırışlarına daha səmərəli və çevik şəkildə cavab verməsinə zəmin yaradacaq. Məlum olduğu kimi, Birinci vitse-prezident Mehriban Əliyeva müharibə dövründə və sonra hərbçilərimizin sosial-məişət şəraitinin yaxşılaşdırılması, yaralı hərbçilərimizin müalicəsi və reabilitasiyası, şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunmasını fədakarcasına öz üzərinə götürmüş və bu istiqamətlərdə yorulmaz fəaliyyəti ilə həssas kontingentin tam etimadını qazanmağa nail olub.

“Bildiyiniz kimi, bu gün xalq olaraq qarşımızda dayanan əsas hədəf Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasına nail olmaqdır. Yeni Azərbaycan Partiyası isə ölkənin aparıcı siyasi təşkilatı olaraq bu prosesin də önündə dayanaraq öz rolunu oynamalıdır. YAP təşkilatı təcrübəsi və ətrafında birləşdirdiyi böyük insan resursunun sayəsində bu ali məqsədimizin reallaşmasında önəmli töhfələr verə bilər”, - deyən Elşad Mirbəşiroğlu vurğulayıb ki, qurultayda YAP-ın Sədri, Prezident İlham Əliyev partiyaya 3 aya yeni proqram hazırlamağı tapşırdı. Bu da ondan irəli gəlir ki, artıq reallıqlar dəyişib. Vətən müharibəsindəki qələbədən sonra qarşıda yeni hədəflər, yeni missiyalar var. Yaşadığımız hibrid müharibə çağının reallıqlarına uyğun olaraq, YAP Azərbaycana qarşı aparılan informasiya hücumlarına qarşı mübarizədə ön sıralarda dayanmalı, bir sipər funksiyasını yerinə yetirərək dövlətimizə yönəlmiş hibrid təhdidlərin zərərsizləşməsində önəmli rol sahibi olmalıdı.

Onun sözlərinə görə, struktur dəyişikliyi edilərək YAP-ın Mərkəzi Aparatının formalaşdırılması yeni hədəflər uğrunda çevik qərarların qəbulu və innovativ həll mexanizmlərinin tətbiqinə şərait yaradacaq. Bir sözlə, YAP-ın həm struktur, həm də proqram baxımından özünü yeniləməsi, habelə rəhbər vəzifələrə edilmiş uğurlu kadr təyinatları, bütövlükdə ölkənin siyasi həyatına dinamizm gətirəcək.

 
  • Oxunub:  2910  |  
  • Tarix:  09-03-2021  |  
  •    Çap et   |  
“Yeni Azərbaycan” qəzeti 28 yaşında

10 Aprel 18:24
Ramin Məmmədov: Azərbaycanda sosial islahatların əsas istiqamətlərindən biri həssas kateqoriyadan olan insanlara münasibətdə sosial ədalət prinsipinin gözlənilməsidir
10 Aprel 18:15
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı keçirilib
10 Aprel 18:11
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib
10 Aprel 17:52
Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
10 Aprel 17:51
Türkiyə Prezidenti: Pandemiya yalnız sağlamlığın deyil, həmrəyliyin və milli dəyərlərin də qiymətini artırdı
10 Aprel 17:48
Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib
10 Aprel 17:36
İstanbulda Türkiyədə və Ukrayna prezidentlərinin təkbətək görüşü olub
10 Aprel 17:35
Hikmət Hacıyev: Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır
10 Aprel 17:31
Aerobika gimnastlarımız “Egyptian Pharaohs Cup”da ikinci olublar
10 Aprel 17:28
Azərbaycanda koronavirusa 2192 yeni yoluxma faktı qeydə alınıb
10 Aprel 17:27
Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir
10 Aprel 16:26
Hikmət Hacıyev: Azərbaycan türkdilli dövlətlərlə əməkdaşlığı inkişaf etdirmək məqsədilə yol xəritəsi hazırlayır
10 Aprel 16:24
Fahrettin Altun: Türk Şurası dünyada önəmli platformaya çevrilib
10 Aprel 15:56
Prezidentin köməkçisi: “Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək
10 Aprel 15:54
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
10 Aprel 15:53
Bağdad Amreyev: Üzv dövlətlər arasında media sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır
10 Aprel 15:52
Türkiyəli iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
10 Aprel 15:48
Hikmət Hacıyev: Sosial şəbəkələrdə feyk xəbərlərin tirajlanmasına qarşı Türk Şurası çərçivəsində birgə fəaliyyət vacib məsələdir
10 Aprel 15:47
Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasının ildönümünə həsr olunmuş vebinar keçirilib
10 Aprel 15:42
“Buta Airways” Rusiyanın “Jukovski” hava limanına reyslərə başlayacaq
10 Aprel 15:37
Ramin Məmmədov: “YAŞAT” Fondunun yaradılması Azərbaycanda milli birliyin və həmrəyliyin göstəricisidir
10 Aprel 15:36
Paytaxtda yeni nəqliyyat mübadilə məntəqəsi və marşrut xətti təşkil edilib
10 Aprel 15:28
Hikmət Hacıyev: Azərbaycan ilə Türk Şurası arasında sıx münasibətlər var
10 Aprel 15:21
Deputat: Azərbaycan qalib ölkə kimi xarici siyasət kursunun yeni inkişaf istiqamətlərini müəyyənləşdirir
10 Aprel 15:12
Azərbaycan Prezidentinin köməkçisi Macarıstanın Təhlükəsizlik siyasəti üzrə dövlət katibi ilə görüşüb
10 Aprel 15:06
Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmalar 2 dəfəyədək artıb
10 Aprel 14:56
Prezidentin köməkçisi: Türk Şurasının üzv ölkələrinə edilən təxribat xarakterli informasiya hücumlarına qarşı birgə fəaliyyət göstərməliyik
10 Aprel 14:38
Elxan Məmmədov: Mayın 15-dən "Avro-2020"yə bilet satışı bərpa olunacaq
10 Aprel 14:01
Qırğızıstanlı nazir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib
10 Aprel 13:32
Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir
10 Aprel 13:24
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət ediblər
10 Aprel 13:18
Azərbaycan və Türkiyənin UNESCO üzrə milli komissiyalarının təşkilatçılığı ilə UNESCO kafedralarının əməkdaşlıq məsələləri müzakirə edilib
10 Aprel 13:14
Erkan Özoral: Mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım
10 Aprel 13:12
Bu gün Azərbaycan beynəlxalq məsələlərdə əhəmiyyətli rol oynayır
10 Aprel 12:05
Aprelin 10-u İnşaatçılar Günüdür
10 Aprel 11:48
Sevinc Fətəliyeva: Ermənistan İslam dəyərlərinə düşməncəsinə yanaşır
10 Aprel 11:45
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
10 Aprel 11:34
Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
10 Aprel 09:34
“Yeni Azərbaycan” qəzeti 28 yaşında
10 Aprel 09:29
“Yeni Azərbaycan” 28 il əvvəl sözün əsl mənasında yeni Azərbaycan qurmaq naminə mübarizə ruhuna köklənmiş qəzet kimi meydana atıldı
10 Aprel 09:27
Ulu Öndər Heydər Əliyev “Yeni Azərbaycan”a həmişə böyük qayğı ilə yanaşırdı
10 Aprel 09:25
“Yeni Azərbaycan” qəzeti 28 ildir ölkəmizin media məkanında öz layiqli yerini qoruyub saxlaya bilib
10 Aprel 09:23
“Yeni Azərbaycan” qəzeti Azərbaycanın informasiya məkanında öz sözünü demiş bir mətbu orqandır
10 Aprel 09:22
Şəmsəddin Xanbabayev: Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbə ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı
10 Aprel 09:19
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Teymur Mahal oğlu Həsənovun məzarını ziyarət ediblər
10 Aprel 09:17
Arif Fərzəliyev: Bütün bərpa işləri dövlətimizin xüsusi nəzarəti altında həyata keçirilir
10 Aprel 09:15
YAP Tərtər rayon təşkilatı şəhid ailələri ilə görüşləri davam etdirir
10 Aprel 09:14
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini və qaziləri ziyarət ediblər
10 Aprel 09:09
Tahir Kərimli: Ermənilərin sülhdən başqa yolu yoxdur
10 Aprel 08:47
Elşad Musayev: “İsgəndər-M” raketinin qalıqlarının tapılması faktı Ermənistanın növbəti hərbi cinayətinin sübutudur
10 Aprel 08:45
Elçin Mirzəbəyli: Bu dağıdıcı silahdan Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə olunduğu faktlarla sübuta yetirilib
10 Aprel 08:44
Abutalıb Səmədov: Azərbaycan peyvənd olunmuş əhalinin sayına görə regionun lideridir
10 Aprel 08:42
Əli Kərimli sosial şəbəkələr vasitəsilə ictimai rəyi yanıltmağa çalışır
10 Aprel 08:41
Ermənistan siyasi böhrandan xilas ola bilmir
10 Aprel 08:39
Azərbaycançılıq ölkəmizin inkişafının ideoloji əsaslarını təşkil edən milli məfkurədir
10 Aprel 08:36
“Peyvənddən gözləntimiz ondan ibarət olmalıdır ki, virusa yoluxsaq da, ağırlaşma halları ilə üzləşməyək”
09 Aprel 21:57
Türk Mədəniyyəti və İrsi Fondunda “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib
09 Aprel 21:47
Bakı Dövlət Universiteti Azərbaycan Notariat Palatası ilə əməkdaşlığa başlayıb
09 Aprel 20:57
Azərbaycanın Xarici işlər naziri Türk Şurasının Baş katibi ilə görüşüb
09 Aprel 20:26
Prezident İlham Əliyev Ülyahəzrət II Elizabetə və Baş nazir Boris Consona başsağlığı verib
09 Aprel 20:22
Ordubad Rayon Uşaq Xəstəxanası fəaliyyətə başlayıb
09 Aprel 19:43
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
09 Aprel 19:24
Milli Məclisin sədri Sahibə Qafarova BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti ilə görüşüb
09 Aprel 19:16
Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
09 Aprel 19:15
Güləşçilərimiz Avropa çempionatına Göygöldə hazırlaşırlar
09 Aprel 19:11
Venesuela ilə sosial sahədə əməkdaşlıq imkanları müzakirə olunub
09 Aprel 19:09
DİM: Müxtəlif imtahanların məzmun və qaydalarında təkmilləşdirmələr aparılıb
09 Aprel 19:07
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başa çatıb
09 Aprel 19:04
“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib
09 Aprel 18:49
“Azərsu” ASC-də qanvermə aksiyası keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA