Yeni Azərbaycan Partiyasının VII qurultayında daha yeni bir ilkə imza atıldı. Belə ki, ölkəmizin siyasi tarixində partiyaların konsolidasiyası məsələsi gündəmə gəldi. Adətən daha çox xarici ölkələrdə baş verən partiyaların birləşməsi məsələsi Azərbaycanda da reallaşdı. YAP-ın VII qurultayında 6 siyasi partiya hakim partiyaya qoşulması haqqında müraciəti müsbət dəyərləndirildi və aşağıdakı partiyalar Yeni Azərbaycan Partiyasına birləşdi: Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası. Bu milli həmrəyliyin bir təzahür forması olamqla bərabər, həm də ölkəmizdə partiyalararası dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcəkdir. Partiyaların təmərküzləşməsi siyasi alət olaraq güclərin birləşməsinə və maraqların eyni müstəvidə fokuslanmasına cəbəb olacaqdır.
Ölkəmizdə milli həmrəylik və normal dialoq mühiti formalaşdırılır. Bu dövlətimizin milli prioritetlərindən biridir. Vətən Müharibəsində qazandığımız şərəfli qələbədən sonra Azərbaycan yeni mərhələyə qədəm qoymuşdur. Ölkədə milli maraqların qorunmasına xüsusi diqqət verilir. Məhz müharibənin gedişi zamanı əldə olunmuş iqtidar-müxalifət dialoqu artıq öz müsbət bəhrəsini verməyə başlamışdır. Belə ki, ümumdövlət və ümummillət müstəvisində vahid mövqe yaranmağa başlamışdır. Ölkədə milli həmrəylik və milli birlik dövlətimizin gücünü və qüdrətini daha da artırmışdır.
6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü də məhz milli həmrəylik müstəvisində qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapmaqdadır. Çünki bu birləşmə həm də siyasi inteqrasiya prosesinin əsasını qoydu. Gələcəkdə başqa siyasi partiyaların da hakim partiyaya birləşməsi gözlənilən bir hadisədir. Çünki məhdud resurslara malik olan partiyaların, kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaqdır.
Azərbaycanda resurslarına və imkanlarına görə kifayət qədər gücü olan YAP yeni siyasi inteqrasiya proseslərinin mərkəzində durur. Nisbətən zəif və imkanları kifayət qədər az olan partiyaların konslidasiyası prosesi qaçılmazdır. Bütün dünyada iki və üç siyasi güc mərkəzi olur. Bunlar hakim partiya, sağçılar və solçulardır. YAP-a qoşulan altı siyasi partiya, həm birləşdikləri partiyaya olan inamını təsdiqləyirlər, həm də milli həmrəyliyin nümunəsini sərgiləyirlər. Azərbaycanın yürütdüyü müsair siyasi ideologiya əksər siyasi partiyaların məramı və çatmaq istədiyi məqsədi özündə ehtiva etdiyinə görə, siyasi partiyaların hakim partiyaya inteqrasiya prosesinin güclənməsi gözləniləndir.
Nurlan ƏLIYEV
Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonunun fəal gənci
- Oxunub: 2790 |
- Tarix: 07-03-2021 |
-
Çap et |