Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Zəngilan rayonunun
Qaradərə kəndinin videogörüntülərini paylaşıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Dağətəyi ərazidə yerləşən Qaradərə kəndi 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 22-də kəndi işğaldan azad edib.
- Oxunub: 2490 |
- Tarix: 06-03-2021 |
-
Çap et |