Ana səhifə »  Xəbər lenti »  Regional və qlobal layihələr İƏT üzvləri başda olmaqla Azərbaycanı bölgənin cazibədar iqtisadi imkanlar məkanına çevirib
A+   Yenilə  A-
Regional və qlobal layihələr İƏT üzvləri başda olmaqla Azərbaycanı bölgənin cazibədar iqtisadi imkanlar məkanına çevirib

Bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin ümdə hədəflərindəndir və bu mənada dövlətimiz 1992-ci ildən üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli birgə fəaliyyətdə maraqlıdır. Yaxın tarixdən məlumdur ki, 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına Bakı ev sahibliyi edib və təşkilatın sonrakı fəaliyyətində Azərbaycanın prinsipial mövqeyi həmişə yekdil olaraq dəstəklənib. Xüsusilə, Prezident İlham Əliyev nüfuzlu lider, təcrübəli diplomat və siyasi xadim kimi Qarabağ həqiqətləri, Ermənistanın təcavüzü və Azərbaycanın bəzi hallarda məruz qaldığı ikili standartların darmadağın edilməsində İƏT platformasından məharətlə istifadə etmiş, ciddi nəticələr əldə olunub. Təsadüfi deyil ki, Vətən müharibəsində İƏT-in qurucu üzvləri Türkiyə və Pakistan, daha sonra isə Əfqanıstan birmənalı və kəskin mövqe ortaya qoyub, Azərbaycanın haqq işinə açıq dəstək nümayiş etdiriblər. Elə İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında da Türkiyə Cümhuriyyətinin Prezidenti və Pakistanın Baş nazirinin analoji məzmunda çıxışlarında Azərbaycan xalqının zəfərinə xüsusi önəm verməsi prosesin davamı kimi qiymətləndirilməlidir. Təbii ki, Azərbaycan ümumbəşəri dəyərlərə sadiq qalaraq, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsipləri rəhbər tutaraq belə bir platformadan yararlanmaqda maraqlıdır. Lakin, unutmaq olmaz ki, 44 günlük müharibədən sonra Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsi, Ermənistanın 30 il davam edən işğal siyasətinə son qoyulması ilə artıq bölgədə yeni bir reallıq hökm sürür. Azərbaycan bölgədə nüfuzunun və güc əmsalının artması dövlətin hədəflərini genişləndirib. Heç şübhəsiz ki, zamanında Prezident İlham Əliyevin uğurlu siyasi gedişləri, ikitərəfli və çoxtərəfli formatda münasibətlərin yüksək səviyyəyə qaldırılması növbəti mərhələdə də İƏT-in Azərbaycana yekdil dəstəyini təmin edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, dövlət başçısının çıxışından da aydındır ki, mənəvi dəyərlər, tolerantlıq və islam amili birlik və əməkdaşlıq istiqamətində fəaliyyətin mühüm meyarlardan biri olacaq. Azərbaycan yalnız sözdə deyil, əməldə də müsəlman ölkələri arasında həmrəyliyin güclənməsinə dəyərli töhfələr verməsi, dünyada islamofobiyaya qarşı mübarizənin ön cərgəsində yer tutması, habelə multikultural dəyərlərin təbliği istiqamətində real addımları heç şübhəsiz ölkəmizi Qərb və Şərq arasındakı dialoq məkanına, rəsmi Bakını isə qlobal moderatora çevirəcək, Azərbaycanın sivilizasiyalararası mənəvi-siyasi körpü rolunu artıracaq.

Deputat söyləyib: “Ermənistanın 30 il işğalda saxladığı ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtması, məscidlərin, mədəni və dini abidələrinə münasibətdə hörmətsizlik və vandalizm aktlarının törədilməsinin bütövlükdə İslam dünyasına hörmətsizlik və düşmən münasibətin təzahürü olması barədə Prezident İlham Əliyevin tezisləri təbii ki, yeni reallıqda xüsusən aktuallaşacaq, Ermənistanı eləcə də onun bölgədəki havadarlarını fakt qarşısında qoyacaq. Yəni, Ermənistana və dolayısı ilə təcavüzə dəstək verən müsəlman dövlətləri və ya gücləri bütövlükdə İslam dünyasına hesabat verməli olacaq.

Əlbəttə, yeni reallıq və imkanlar yalnız siyasi əlaqələrə əsaslanmır, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan regional və qlobal layihələr İƏT üzvləri başda olmaqla Azərbaycanı bölgənin cazibədar iqtisadi imkanlar məkanına çevirib. Azərbaycanı Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində aparıcı həlqələrdən, habelə Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevirməklə prezident İlham Əliyev beynəlxalq mövqeyimizi əsaslı formada möhkəmləndirib”.

Bəhruz Məhərrəmov vurğulayıb ki, artıq regionda marağı olan, yaxud regionla əlaqəli olmasa da, iqtisadi imkanlarını artırmaq istəyən dövlətlər üçün deyil, Azərbaycanın qarşısında və Ermənistanın yanında, hətta, Azərbaycana neytral münasibətdə qalmaq belə həmin dövlətin milli maraqları üçün çıxarlı olmayacaq. Artıq Azərbaycanla bərabər yürümək Azərbaycanın həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələrindən və imkanlardan faydalanmaq deməkdir. Xüsusən, Vətən müharibəsində Zəfərdən sonra Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi ilə Zəngəzur dəhlizi kimi beynəlxalq nəqliyyat dəhlizinin açılmasına şərait yaratması, bu layihəni realizə etmək yeni üçün Azərbaycanın güclü təsir imkanlarının olması təqdirəlayiqdir. Həmçinin, layihə iştirakçılarının milli maraqları Ermənistan üzərində əlavə təzyiqləri artıraraq revanşist meyllərin kök atmaması üçün zəmin yaratmaqla Ermənistanın özünün də Azərbaycanın təzminat tələblərini yerinə yetirmək şərti ilə bu prosesdən faydalanmasına şərait yaradır. Bütün bunlar isə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlənməsinə, prosesə regional oyunçuların qatılması, quruculuq bərpa işlərinə xarici investorların cəlb olunması perspektivlərinə töhfəsini verəcək. Azərbaycan isə artıq beynəlxalq reytinqlərə əsasən, xarici investisiya üçün münbit məkandır.

“Eyni zamanda, investorlar üçün Azərbaycanın etibarlı tərəfdaş olmasına şübhə yoxdur. Azərbaycan 1993-cü ildən etibarən bütün münasibətlər üzrə özünü öhdəliklərə sadiq tərəf kimi dəfələrlə sübut edib. Eyni zamanda, pandemiya ilə mübarizədə qlobal səyləri, Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantıları, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olması, humanitar və maliyyə yardımları göstərməsi, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında ədalətsiz bölünməsini aşkar şəkildə pisləməsi, bu istiqamətdə BMT-nin aidiyyəti təsisatında qətnamə layihəsi təklif etməsi qlobal lider rolunu da ortaya çıxardığı üçün Azərbaycanın mövqeyini tarixin heç bir dövründə olmadığı qədər gücləndirib”,- deyə deputat fikirlərini yekunlaşdırıb.

 
  • Oxunub:  3120  |  
  • Tarix:  06-03-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda həm sənaye, həm kənd təsərrüfatı müasir üsullarla inkişaf edir

21 Aprel 21:07
Dunya Miyatoviş: Müharibə dayanıb, indi gələcəyə baxmalı və barışıq haqqında düşünməliyik
21 Aprel 20:56
İndoneziya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində aparılan işlərdə iştirak etmək arzusundadırlar
21 Aprel 18:53
Yevlaxda “Hər bir canlının yuvaya ehtiyacı var” adlı ekoloji aksiya keçirilir
21 Aprel 18:38
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələsi icra olunub
21 Aprel 18:33
Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələrinin onlayn təqdimatı olub
21 Aprel 18:25
MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclası keçirilib
21 Aprel 18:06
Anar Məmmədov: Yeni reallıqlar Azərbaycanın geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirir
21 Aprel 17:55
Milli Məclisin deputatı Hikmət Babaoğlu seçicilərinin növbəti qəbulunu keçirib
21 Aprel 17:50
Sahibkar xanımlar Ağdamda səfərdə olublar
21 Aprel 17:38
YAP Cəbrayıl rayon təşkilatının üzvləri şəhid Zamin Rəhimovun məzarını ziyarət ediblər
21 Aprel 17:28
Milli Məclisin sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
21 Aprel 17:24
Bakı və İzmir təhsil idarələri arasında onlayn görüş
21 Aprel 17:12
Türkiyənin Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb
21 Aprel 17:09
Avronest PA-nın 9-cu sessiyası başa çatıb
21 Aprel 16:59
Gün ərzində Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı 14 min 680 doza vaksin vurulub
21 Aprel 16:57
Pərvin Kərimzadə: İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir
21 Aprel 16:54
Azərbaycan ilə Meksika arasında turizm sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsi müzakirə edilib
21 Aprel 16:52
SOCAR-ın mədən ərazilərində 135 mindən çox ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir
21 Aprel 16:44
YAP Suraxanı rayon təşkilatı şəhid anaları ilə görüş keçirib
21 Aprel 16:42
Azərbaycanda koronavirusa 2075 yeni yoluxma faktı qeydə alınıb
21 Aprel 16:35
Əliabbas Salahzadə: Regionlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət yetirilir
21 Aprel 16:28
Deputat: Ölkəmizdə regionların sosial-inkişafı istiqamətində formalaşdırılan strategiya özünü tam doğrultmaqdadır
21 Aprel 16:27
Brest və Minsk şəhərlərinin faşist işğalından azad edilməsində azərbaycanlılar yaxından iştirak edib
21 Aprel 16:19
AŞPA-nın komitə iclasında ətraf mühitin qorunması ilə bağlı Azərbaycanın təcrübəsindən bəhs olunub
21 Aprel 16:16
Yeniyetmələrin XV Avropa Gənclər Qış Olimpiya Festivalı yenidən təxirə salınıb
21 Aprel 16:14
Yuxarı ətrafları amputasiya olunmuş qazilərin yüksək texnologiyalı protezlərlə təminatına başlanır
21 Aprel 15:58
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunacaq
21 Aprel 15:57
Avropa Olimpiya Komitəsinin saytında azərbaycanlı gimnastın qələbə əzmindən bəhs edən məqalə yer alıb
21 Aprel 15:39
“Qadınlar və texnoloji inkişaf” mövzusunda onlayn vebinar keçiriləcək
21 Aprel 15:23
Fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,4 faizi kommersiya qurumlarıdır
21 Aprel 15:17
Rəcəb Tayyib Ərdoğan: AKP-nin hakimiyyəti dövründə Türkiyənin valyuta ehtiyatları dəfələrlə artıb
21 Aprel 15:11
YAP Sədrinin müavini Əli Əhmədov İCAPP-ın tədbirində iştirak edib
21 Aprel 15:07
Ramanıda 40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olunub
21 Aprel 15:00
Deputat: Hacıqabulda sənaye məhəlləsinin yaradılması sənayeləşməyə dövlət dəstəyinin təzahürü kimi xarakterizə olunmalıdır
21 Aprel 14:58
Qubadakı Qırmızı Qəsəbədə yeni turizm məlumat nişanları quraşdırılıb
21 Aprel 14:49
Deputat: Azərbaycan döyüş meydanında olduğu kimi, bütün siyasi arenalarda da Ermənistan üzərində qələbə əldə edib
21 Aprel 14:38
Kamal Cəfərov: Ermənilər Hərbi Qənimətlər Pakını həzm edə bilmirlər
21 Aprel 14:31
Vladimir Putin: Dünya səhiyyəsi inqilab ərəfəsindədir
21 Aprel 14:03
Sevinc Fətəliyeva: Ermənistanda və xaricdə bu ölkəni üçtərəfli Bəyanatı yerinə yetirməkdən yayındırmaq üçün süni maneələr yaratmaqda maraqlı dairələr var
21 Aprel 13:56
Türkiyə Silahlı Qüvvələri tərəfindən bu il 836 terrorçu zərərsizləşdirilib
21 Aprel 13:53
Aqroparkların yaradılması kəndlərdə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına və məşğulluğunun artmasına xidmət edir
21 Aprel 13:47
Bakının və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir
21 Aprel 13:45
Deputat: Hacıqabuldakı Sənaye Məhəlləsi, aqroparklar Azərbaycanın postpandemiya dövrü üçün yeni inkişaf mərhələsinin mənzərəsidir
21 Aprel 13:43
Rafael Hüseynov: Əsassız arqumentlərlə Ermənistanı müdafiə etməyə çalışanlar yaxşı olardı ki, dostlarını düz yola dəvət etsinlər
21 Aprel 13:24
YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Türkiyəli qonaqlar Şəhid ailələrini ziyarət ediblər
21 Aprel 13:15
Hacıqabulda yeni məktəb binasının tikintisinə ilkin olaraq 1,5 milyon manat ayrıldı -SƏRƏNCAM
21 Aprel 13:09
Prezident İlham Əliyev Hacıqabulda yol tikintisinə ilkin olaraq 5 milyon manat ayırıb
21 Aprel 13:08
DİN: Gün ərzində törədilmiş 45 cinayətin üstü “isti izlər”lə açılıb
21 Aprel 12:57
Milli Məclisin deputatı: AŞPA Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilmiş faciələrə göz yumdu
21 Aprel 12:53
Dmitri Savelyev: Prezident İlham Əliyevin göstərdiyi nümunələr Azərbaycanın sülhsevərliyinə dəlalət edir
21 Aprel 12:40
Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulur
21 Aprel 12:33
Nikol Paşinyan etiraz aksiyası səbəbindən Mehri şəhərini tərk edib
21 Aprel 12:30
Sevinc Hüseynova: Bakıdakı Hərbi Qənimətlər Parkı möhtəşəm Qələbəmizi tərənnüm edir
21 Aprel 12:22
Çin-Azərbaycan istiqamətində ikinci konteyner blok qatarı Bakıya çatıb
21 Aprel 12:12
Deputat: Sənaye məhəllələrinin yaradılması ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılmasına xidmət edir
21 Aprel 11:54
Hacıqabulda yaradılan aqroparklar ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir
21 Aprel 11:37
Leyla Abdullayeva: Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir
21 Aprel 11:24
Daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib
21 Aprel 11:12
Müdafiə Nazirliyi Qubadlı rayonunun Ulaşlı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
21 Aprel 10:56
Aprelin 5-dən 11-dək Azərbaycanda COVID-19-a 15 min 258 yoluxma faktı qeydə alınıb
21 Aprel 10:52
Sabah 9 minə yaxın şagird buraxılış imtahanı verəcək
21 Aprel 09:09
Müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev ideyaları əsasında inkişaf edir
21 Aprel 09:06
Akademik Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafına böyük töhfələr verib
21 Aprel 09:03
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
21 Aprel 09:02
Məzahir Bayramov: Azərbaycan regionda yeni əməkdaşlıq imkanları yaradıb
21 Aprel 09:01
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini və qaziləri ziyarət ediblər
21 Aprel 08:58
Tahir Kərimli: Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə BMT-nin müvafiq qətnamələrinin icrasına nail oldu
21 Aprel 08:57
Abutalıb Səmədov: Münaqişə həll olunduqdan sonra Minsk qrupunun fəallaşmaq cəhdi bir çox suallar doğurur
21 Aprel 08:56
Elşad Musayev: Hərbi Qənimətlər Parkı gələcək nəsillər üçün Azərbaycanın hərb tarixi muzeyi rolunu oynayacaq
21 Aprel 08:55
Əlisahib Hüseynov: Azərbaycan yeni əməkdaşlığa tam hazırdır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+18 +23
gecə+12 +14