Ana səhifə »  Xəbər lenti »  Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO
A+   Yenilə  A-
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO

Azərbaycanda qədim ənənələrə malik gəmiçiliyin inkişafının yeni dövrü ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Məhz, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) müasir dənizçilik şirkəti kimi formalaşmasının və inkişafının əsasında Ulu Öndərin hələ 1969-ci ilin iyulunda Azərbaycana rəhbər təyin ediləndən sonra həyata keçirdiyi məqsədyönlü siyasət dayanır. Bu siyasət günümüzdə də uğurla davam etdirilir.

Ölkəmizdə gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması da daim diqqət mərkəzində saxlanılır. Son illər bu istiqamətdə ASCO-da bir sıra layihələr həyata keçirilib. Yerli və xarici arxivlər araşdırılıb, əldə edilən qiymətli sənədlər və eksponatların qorunması, gələcək nəsillərə ötürülməsi üçün mühüm işlər görülüb.

2018-ci idə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edib. Ölkəmizin qocaman şirkətlərindən olan, şanlı keçmişə malik Gəmiçiliyin 160 illik yubileyi çərçivəsində tarixi araşdırmalar əsasında elmi kitablar yazılıb, sənədli filmlər çəkilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının dəstəyi ilə Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən dünyada ilk tanker-muzey olan “Suraxanı” gəmi-muzeyinin ərsəyə gəlməsi isə bu sahədə atılan növbəti mühüm addımlardan biridir.

Muzey qismində “Suraxanı” tankerinin seçilməsi heç də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Bir zamanlar Xəzərdə üzən “Suraxanı” gəmisi dünyanın ilk tankeri “Zoroastr”la əsası qoyulan Azərbaycanın dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123,5 metr, dedveyti isə 4696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmidən biridir.

Son dövrlər Gəmiçiliyin tərkibində neft təmizləyici stansiya qismində istismar edilən “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilib. Tankerin muzey kimi fəaliyyət göstərməsi üçün gəmidə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Bu məqsədlə ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodu, eləcə də “Xəzər” MMC-nin insan və texniki resursları səfərbər edilib. Gəminin gövdə və digər hissələrində təmir və yenidənqurma işlərinə ümumilikdə 2000-dən artıq yerli gəmi təmirçisi cəlb olunub.

“Suraxanı” tankerinin muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi gəmiçilik ənənələri olan ölkələrin bu sahədə böyük təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin beynəlxalq standartlara cavab verməsi məqsədilə 100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib. Layihənin konsepsiya və dizaynını bu sahədə 90 illik təcrübəyə malik və bir çox uğurlu layihələrə imza atan Böyük Britaniyanın “Freeman XP” şirkəti təqdim edib. Dizaynın layihələndirilməsi isə dünyaca məşhur muzey, elm mərkəzləri, müxtəlif mövzulu pavilyonların hazırlanmasında peşəkarlığı ilə seçilən Niderlandın “Hypsos” şirkətinə həvalə olunub.

Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yeniliklərə imza atılıb. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanışlıq imkanı qazanacaqlar.

Dünyada yeganə tanker-muzeyə səyahətə qarşılanma zalından başlayır. Burada ziyarətçiləri kapitan və baş köməkçi qarşılayaraq, heyət üzvləri, onların vəzifələri barədə məlumatlandırırlar. Bu zal gəmilərdə təhlükəsizlik texnikası və insan həyatının xilasetmə avadanlıqlarına dair eksponatlarla da zəngindir.

“Yanalma və lövbər əməliyyatları zalı” əsas göyərtədən aşağı qatda yerləşir. Bu zalda lövbərin və zəncir mexanizminin gəmidəki rolu, yanalmanın prinsipləri barədə məlumatlar təqdim edilir. Burada xüsusi oyun manipulyatorları vasitəsilə yanalma əməliyyatını müstəqil şəkildə yerinə yetirmək də mümkündür. Zalda müxtəlif dəniz düyünləri haqqında məlumat almaq, kəndirlərdən istifadə etməklə düyünləri bağlamaq imkanı da yaradılıb.

İki hissədən ibarət “Xəzərin ruhu” zalında isə Xəzər və bütün Xəzər regionunun milyon illər əvvəldən müasir dövrümüzə qədərki inkişaf tarixi əks olunub. Eyni zamanda, burada dünya tarixinin incisi Qobustana aid və ölkəmizdə qədim dənizçilik ənənələrinin mövcudluğunu sübuta yetirən bir çox maraqlı eksponatlarla da tanış olmaq imkanı var.

Azərbaycanda ilk olan unikal 360 dərəcəli ekranla ziyarətçilər nümayiş olunan videoda baş verənlərin birbaşa “iştirakçısı”na çevriləcəklər. Bununla da, qonaqlar Odlar yurdunun qədim və müasir tarixi ilə qeyri-adi formada tanış ola biləcəklər. Video zaldan çıxışda isə qonaqları XVIII-XX əsrlərə aid gəmiçiliklə bağlı unikal eksponatlara toxunmaq fürsəti gözləyir.

“Gəmilər və Gəmiçilik” zalında “Suraxanı” gəmisinin uzunluğu 5 metrə çatan ən xırda detallarına qədər dəqiq əks olunan modeli sərgilənir. Burada, həmçinin bu tip gəmilər haqqında məlumatlar yerləşdirilib. Zalda nümayiş olunan videoda isə gəmi-muzeyin yaradılmasını, yerinə yetirilən təmir və yenidənqurma işlərinin miqyasını anbaan əks etdirən qeyri-adi kadrları görmək mümkündür. Bu zalda müasir Azərbaycanın, həmçinin dünyanın ən böyük gəmilərinin modelləri də sərgilənir.

“Naviqasiya və kommunikasiya” zalında ziyarətçilər gəmiçilikdə istifadə edilən günümüzə çatmış qədim və orta əsrlərə aid müxtəlif eksponatlarla, dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı qazanacaqlar. Burada xüsusi interaktivdən istifadə etməklə Morze əlifbası vasitəsilə məlumat ötürmək də mümkün olacaq. “Suraxanı” gəmi-muzeyi üçün yaradılmış naviqasiya masasında isə qonaqlar Xəzərdə üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanışlıq fürsəti əldə edəcəklər. Eyni zamanda, zalda siqnal bayraqları və onların funksiyasının geniş auditoriya tərəfindən rahat mənimsənilməsi üçün xüsusi “bayraq interaktivi” yaradılıb.

“Yükdaşıma” zalında yük gəmilərinin təyinatı, konteyner daşınmasının xüsusiyyətləri barədə məlumat əldə etmək olar. Ziyarətçilər modeldən istifadə edərək konteynerin yükləmə-boşaltma əməliyyatını həyata keçirə, dünyanın ən böyük konteynerdaşıyan gəmilərindən sayılan “OOCL Hong Kong”la tanış ola bilərlər. Burada müasir Ələt limanı, Bakı Gəmiqayırma Zavodunun maketləri və onların potensialları da nümayiş etdirilir. “Oil Wall”-“Neft stendi” instalyasiyasında Xəzər neftinin tarixi, interaktiv oyun vasitəsilə isə neftin yüklənməsi-boşaldılması əməliyyatı müxtəlif üsullarla təqdim olunur.

“Dəyərlərdə həmrəylik, inkişafa sadiqlik” zalında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik şanlı və zəngin tarixinə səyahət imkanı olacaq. Burada, həmçinin Böyük Vətən müharibəsi illərində, eləcə də 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin yazdıqları qəhrəmanlıq salnaməsi yer alıb. Zalda ümummilli lider Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafında göstərdiyi misilsiz xidmətləri əks etdirən interaktiv kitab mövcuddur. Ziyarətçilər burada ölkəmizin milli sərvəti olan Gəmiçilik və dövlət arasında sarsılmaz bağları əks etdirən lövhə, “Qarabağ Azərbaycandır!” və Prezident İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi irimiqyaslı layihələri əks etdirən info-monitorla da tanış ola biləcəklər.

Maşın şöbəsində gəminin “ürəyi” sayılan baş mühərrik, köməkçi mühərriklər, nasoslar, bir sözlə gəmini hərəkətə gətirən qurğular illər öncəki formalarında nümayiş edilir. Burada VR (virtual reallıq) eynəkləri ilə ziyarətçilər ötən əsrin ortalarına səyahət edərək maşın şöbəsində çalışan heyətin gündəlik iş həyatı ilə yaxından tanış olacaqlar.

“Dənizçilər qalereyası”nda isə ziyarətçiləri əfsanəvi dənizçilərlə, “Suraxanı” gəmi heyətinin ötən əsrin 60-cı illərinə aid orijinal vəziyyətdə rekonstruksiya edilmiş kayutlar, kambuz kimi məişət otaqları ilə tanışlıq gözləyir. Burada, həmçinin on illər öncə “Suraxanı” tankerində istifadə olunan məişət avadanlıqları və əşyaları da görmək mümkündür.

“Suraxanı” gəmisinin idarə edilməsi üçün vacib postlardan olan kapitan körpüsü, naviqasiya və radio otaqları da illər öncəki orjinal vəziyyətinə uyğun rekonstruksiya edilib. Burada tankerin idarə olunması və XX əsrin ortalarına aid bütün avadanlıqları görmək mümkündür.

Tanker-muzeyin maraqlı ekspozisiyalarından biri isə malakofauna, mərcanların və digər flora və fauna nümunələrinin sərgiləndiyi guşədir. Okean və dənizlərdən yığılan kolleksiya ziyarətçilərin böyük marağına səbəb olacaq.

Muzeyin ərazisində restoran da fəaliyyət göstərir. Restoranda milli mətbəx və dəniz məhsullarından hazırlanmış təamlardan dadmaq mümkündür.

Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandıracaq. “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayacaq. Eyni zamanda, bu muzey tarixilik və müasirliyi özündə sintez edən paytaxt Bakımızın yeni simvollarından birinə çevriləcək.

Muzey yaxın günlərdə ziyarətçilərin üzünə açılacaq və bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Onu da qeyd edək ki, şəhid ailələri, Vətən müharibəsi iştirakçılarının ailələrinə giriş ödənişsiz olacaq.

 
  • Oxunub:  2790  |  
  • Tarix:  05-03-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda həm sənaye, həm kənd təsərrüfatı müasir üsullarla inkişaf edir

21 Aprel 21:07
Dunya Miyatoviş: Müharibə dayanıb, indi gələcəyə baxmalı və barışıq haqqında düşünməliyik
21 Aprel 20:56
İndoneziya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində aparılan işlərdə iştirak etmək arzusundadırlar
21 Aprel 18:53
Yevlaxda “Hər bir canlının yuvaya ehtiyacı var” adlı ekoloji aksiya keçirilir
21 Aprel 18:38
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələsi icra olunub
21 Aprel 18:33
Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələrinin onlayn təqdimatı olub
21 Aprel 18:25
MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclası keçirilib
21 Aprel 18:06
Anar Məmmədov: Yeni reallıqlar Azərbaycanın geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirir
21 Aprel 17:55
Milli Məclisin deputatı Hikmət Babaoğlu seçicilərinin növbəti qəbulunu keçirib
21 Aprel 17:50
Sahibkar xanımlar Ağdamda səfərdə olublar
21 Aprel 17:38
YAP Cəbrayıl rayon təşkilatının üzvləri şəhid Zamin Rəhimovun məzarını ziyarət ediblər
21 Aprel 17:28
Milli Məclisin sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
21 Aprel 17:24
Bakı və İzmir təhsil idarələri arasında onlayn görüş
21 Aprel 17:12
Türkiyənin Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb
21 Aprel 17:09
Avronest PA-nın 9-cu sessiyası başa çatıb
21 Aprel 16:59
Gün ərzində Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı 14 min 680 doza vaksin vurulub
21 Aprel 16:57
Pərvin Kərimzadə: İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir
21 Aprel 16:54
Azərbaycan ilə Meksika arasında turizm sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsi müzakirə edilib
21 Aprel 16:52
SOCAR-ın mədən ərazilərində 135 mindən çox ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir
21 Aprel 16:44
YAP Suraxanı rayon təşkilatı şəhid anaları ilə görüş keçirib
21 Aprel 16:42
Azərbaycanda koronavirusa 2075 yeni yoluxma faktı qeydə alınıb
21 Aprel 16:35
Əliabbas Salahzadə: Regionlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət yetirilir
21 Aprel 16:28
Deputat: Ölkəmizdə regionların sosial-inkişafı istiqamətində formalaşdırılan strategiya özünü tam doğrultmaqdadır
21 Aprel 16:27
Brest və Minsk şəhərlərinin faşist işğalından azad edilməsində azərbaycanlılar yaxından iştirak edib
21 Aprel 16:19
AŞPA-nın komitə iclasında ətraf mühitin qorunması ilə bağlı Azərbaycanın təcrübəsindən bəhs olunub
21 Aprel 16:16
Yeniyetmələrin XV Avropa Gənclər Qış Olimpiya Festivalı yenidən təxirə salınıb
21 Aprel 16:14
Yuxarı ətrafları amputasiya olunmuş qazilərin yüksək texnologiyalı protezlərlə təminatına başlanır
21 Aprel 15:58
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunacaq
21 Aprel 15:57
Avropa Olimpiya Komitəsinin saytında azərbaycanlı gimnastın qələbə əzmindən bəhs edən məqalə yer alıb
21 Aprel 15:39
“Qadınlar və texnoloji inkişaf” mövzusunda onlayn vebinar keçiriləcək
21 Aprel 15:23
Fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,4 faizi kommersiya qurumlarıdır
21 Aprel 15:17
Rəcəb Tayyib Ərdoğan: AKP-nin hakimiyyəti dövründə Türkiyənin valyuta ehtiyatları dəfələrlə artıb
21 Aprel 15:11
YAP Sədrinin müavini Əli Əhmədov İCAPP-ın tədbirində iştirak edib
21 Aprel 15:07
Ramanıda 40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olunub
21 Aprel 15:00
Deputat: Hacıqabulda sənaye məhəlləsinin yaradılması sənayeləşməyə dövlət dəstəyinin təzahürü kimi xarakterizə olunmalıdır
21 Aprel 14:58
Qubadakı Qırmızı Qəsəbədə yeni turizm məlumat nişanları quraşdırılıb
21 Aprel 14:49
Deputat: Azərbaycan döyüş meydanında olduğu kimi, bütün siyasi arenalarda da Ermənistan üzərində qələbə əldə edib
21 Aprel 14:38
Kamal Cəfərov: Ermənilər Hərbi Qənimətlər Pakını həzm edə bilmirlər
21 Aprel 14:31
Vladimir Putin: Dünya səhiyyəsi inqilab ərəfəsindədir
21 Aprel 14:03
Sevinc Fətəliyeva: Ermənistanda və xaricdə bu ölkəni üçtərəfli Bəyanatı yerinə yetirməkdən yayındırmaq üçün süni maneələr yaratmaqda maraqlı dairələr var
21 Aprel 13:56
Türkiyə Silahlı Qüvvələri tərəfindən bu il 836 terrorçu zərərsizləşdirilib
21 Aprel 13:53
Aqroparkların yaradılması kəndlərdə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına və məşğulluğunun artmasına xidmət edir
21 Aprel 13:47
Bakının və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir
21 Aprel 13:45
Deputat: Hacıqabuldakı Sənaye Məhəlləsi, aqroparklar Azərbaycanın postpandemiya dövrü üçün yeni inkişaf mərhələsinin mənzərəsidir
21 Aprel 13:43
Rafael Hüseynov: Əsassız arqumentlərlə Ermənistanı müdafiə etməyə çalışanlar yaxşı olardı ki, dostlarını düz yola dəvət etsinlər
21 Aprel 13:24
YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Türkiyəli qonaqlar Şəhid ailələrini ziyarət ediblər
21 Aprel 13:15
Hacıqabulda yeni məktəb binasının tikintisinə ilkin olaraq 1,5 milyon manat ayrıldı -SƏRƏNCAM
21 Aprel 13:09
Prezident İlham Əliyev Hacıqabulda yol tikintisinə ilkin olaraq 5 milyon manat ayırıb
21 Aprel 13:08
DİN: Gün ərzində törədilmiş 45 cinayətin üstü “isti izlər”lə açılıb
21 Aprel 12:57
Milli Məclisin deputatı: AŞPA Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilmiş faciələrə göz yumdu
21 Aprel 12:53
Dmitri Savelyev: Prezident İlham Əliyevin göstərdiyi nümunələr Azərbaycanın sülhsevərliyinə dəlalət edir
21 Aprel 12:40
Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulur
21 Aprel 12:33
Nikol Paşinyan etiraz aksiyası səbəbindən Mehri şəhərini tərk edib
21 Aprel 12:30
Sevinc Hüseynova: Bakıdakı Hərbi Qənimətlər Parkı möhtəşəm Qələbəmizi tərənnüm edir
21 Aprel 12:22
Çin-Azərbaycan istiqamətində ikinci konteyner blok qatarı Bakıya çatıb
21 Aprel 12:12
Deputat: Sənaye məhəllələrinin yaradılması ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılmasına xidmət edir
21 Aprel 11:54
Hacıqabulda yaradılan aqroparklar ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir
21 Aprel 11:37
Leyla Abdullayeva: Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir
21 Aprel 11:24
Daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib
21 Aprel 11:12
Müdafiə Nazirliyi Qubadlı rayonunun Ulaşlı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
21 Aprel 10:56
Aprelin 5-dən 11-dək Azərbaycanda COVID-19-a 15 min 258 yoluxma faktı qeydə alınıb
21 Aprel 10:52
Sabah 9 minə yaxın şagird buraxılış imtahanı verəcək
21 Aprel 09:09
Müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev ideyaları əsasında inkişaf edir
21 Aprel 09:06
Akademik Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafına böyük töhfələr verib
21 Aprel 09:03
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
21 Aprel 09:02
Məzahir Bayramov: Azərbaycan regionda yeni əməkdaşlıq imkanları yaradıb
21 Aprel 09:01
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini və qaziləri ziyarət ediblər
21 Aprel 08:58
Tahir Kərimli: Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə BMT-nin müvafiq qətnamələrinin icrasına nail oldu
21 Aprel 08:57
Abutalıb Səmədov: Münaqişə həll olunduqdan sonra Minsk qrupunun fəallaşmaq cəhdi bir çox suallar doğurur
21 Aprel 08:56
Elşad Musayev: Hərbi Qənimətlər Parkı gələcək nəsillər üçün Azərbaycanın hərb tarixi muzeyi rolunu oynayacaq
21 Aprel 08:55
Əlisahib Hüseynov: Azərbaycan yeni əməkdaşlığa tam hazırdır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+18 +23
gecə+12 +14