Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Rəfədinli kəndinin videogörüntülərini paylaşıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Yuxarı Rəfədinli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 22-də kəndi işğaldan azad edib.
- Oxunub: 1950 |
- Tarix: 05-03-2021 |
-
Çap et |