Ana səhifə »  Xəbər lenti »  Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfəsini verir
A+   Yenilə  A-
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfəsini verir

Heydər Əliyev Fondunun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Artıq on ildən çoxdur ki, Fondun dəstəyi ilə Vatikanda mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə Vatikanda bu istiqamətdə əməkdaşlığın növbəti mərhələsinin icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin daxil olduğu nümayəndə heyəti Vatikanda səfərdə olub.

Səfər zamanı Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sədri kardinal Canfranko Ravazi imzalanma mərasimini Vatikanla Azərbaycan arasında münasibətlərdə əlamətdar hadisə kimi səciyyələndirib. Qeyd edilib ki, Heydər Əliyev Fondu və Vatikan arasında mövcud əməkdaşlıq artıq növbəti mərhələyə qədəm qoyur. Əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə nəzər salan kardinal üç mühüm mərhələ barədə məlumat verib və diqqətə çatdırıb ki, ilk mərhələdə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası həyata keçirilib və bərpadan sonra Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ictimaiyyət üçün açılış mərasimi olub. İndi artıq ictimaiyyət möhtəşəm freskaları restavrasiya olunmuş həmin katakombaları ziyarət edə bilir.

İkinci mərhələ Müqəddəs Sebastian Bazilikasında yaradılmış muzey olub və sarkofaqların restavrasiya edilərək qorunan muzeyin təşkilində Fondun prezidenti Mehriban Əliyeva yaxından dəstək göstərib. Hazırkı üçüncü mərhələdə isə məqsəd indiyədək ictimaiyyət üçün qapalı olan Komodilya katakombalarını bərpa edərək ziyarətçilərin istifadəsinə verməkdir.

Kardinal diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu və Vatikan tərəfindən əsası qoyulan bu uğurlu əməkdaşlıq mədəni irsin qorunmasına xidmət etməklə yanaşı, eyni zamanda, dinlərarası dialoqun inkişafına öz töhfəsini verir: “Əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanın xristian mədəni irsinə böyük qayğı ilə yanaşması çox diqqətəlayiq bir məqamdır,” - deyə kardinal bildirib. O, Azərbaycan nümayəndə heyətinin tərkibində ölkədəki bütün dini icmaların nümayəndələrinin də təmsil olunmasını dini müxtəlifliyə verilən yüksək qiymət kimi dəyərləndirib. Yeni əməkdaşlıq razılaşması Roma şəhərindəki katakombalardan birinin ictimaiyyət üçün açılması və bu yolla Roma şəhərinin mədəni zənginliyinə daha bir incinin əlavə olunması ilə nəticələnəcək. 2025-ci ildə Roma şəhərində Roma-katolik kilsəsi üçün xüsusi əhəmiyyət daşıyan və hər 25 ildən bir qeyd edilən “Müqəddəs il” yubiley tədbirləri keçiriləcək və “əbədi şəhər”ə dünyanın hər tərəfindən turist və zəvvarlar axışacaq. Bu isə bərpadan sonra açılacaq Komodilya katakombalarına çox sayda ziyarətçinin gəlməsinə imkan verəcəkdir: “Ona görə də biz Heydər Əliyev Fonduna dərin təşəkkürümüzü bildiririk və onu öz mədəni icmamızın tərkibində görürük, çünki Fond da bizim kimi həm mədəni, həm də dinlərarası dialoqun inkişaf məqsədlərini diqqət mərkəzində saxlayır”.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını tədbir iştirakçılarına çatdırıb. O, təxminən bir il bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Vatikana səfər etdiyini, burada görüşlər keçirildiyini qeyd edib. Bildirilib ki, Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tacla əməkdaşlığı sayəsində dünya mədəni irsinin qorunması üzrə layihələrin həyata keçirilməsinə nail olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu uğurlu münasibətləri daim diqqətdə saxladığı qeyd edilib. Görüş zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın məktubu kardinal C.Ravaziyə təqdim edilib.

Məktubda bildirilir ki, birgə səylərimiz Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında ikitərəfli münasibətləri daha da möhkəmləndirir. Bu səylər qlobal səviyyədə daha çox ehtiyac duyulan mədəniyyətlərarası və dinlərarası dialoqa konkret və praktik töhfəmizi əks etdirir.

Qeyd edilir ki, Azərbaycan Heydər Əliyev Fondunun fəaliyyəti ilə ötən illər ərzində mədəni irsin bütün elementlərinin bizim üçün eyni dərəcədə əziz olduğunu nümayiş etdirib. Xristian katakombaları coğrafi, mədəni və dini məhdudiyyətlərə baxmayaraq, dünya irsinin nümunələri hesab edilir və buna görə də həmin abidələr qorunmalı və təbliğ olunmalıdır. Beləliklə, Azərbaycan Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası ilə səmərəli əməkdaşlığını davam etdirməyə hazırdır.

Məktubda bildirilir ki, Komodilla katakombalarının bərpası və mühafizəsi üzrə layihədə iştirak etməyimizə şərait yaradacaq digər bir müqavilənin imzalanması dünya mədəni irsinin qorunmasına möhkəm sadiqliyimizi bir daha təsdiqləyir. İki il ərzində həyata keçiriləcək layihənin tamamlanması bu əhəmiyyətli katakombaların ziyarətçilər üçün açılmasına şərait yaradacaq.

Daha sonra qeyd edilir ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və ətraf yeddi rayonuna otuz ilə yaxın davam edən hərbi təcavüzü və işğalı nəticəsində Azərbaycanın həmin ərazilərdəki misilsiz mədəni irsinə çox böyük ziyan dəyib. Ötən il Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları, nəhayət işğaldan azad edildikdə həmin ərazilərdəki dəhşətli dağıntıların miqyasını görmək son dərəcə ağrılı idi. Yüzlərlə tarixi abidənin – muzeylərin, incəsənət qalereyalarının, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan və talan edilməsi, təhqir olunması ilə bağlı gördüyümüz reallıq gözlədiyimizdən daha pis oldu. “İndi bizim qarşımızda azad edilmiş bu torpaqların bərpa edilməsi kimi böyük bir vəzifə durur. Əminəm ki, bunun öhdəsindən uğurla gələcəyik. Dağıdılmış şəhər və kəndləri bərpa edəcəyik. Mənşəyindən asılı olmayaraq məhv edilmiş mədəni irsin hamısını bərpa etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çünki bu irs ölkəmizin qürur duyduğumuz mədəni müxtəlifliyini təcəssüm etdirir”, - deyə məktubda bildirilir.

Görüş zamanı Azərbaycan nümayəndə heyəti Vatikanda icra olunan layihələr zamanı beynəlxalq ekspertlərin cəlb olunduğunu qeyd edərək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki tarixi-mədəni irsin bərpasında Vatikan mütəxəssislərini yaxından iştiraka, öz fikir və tövsiyələri ilə bu prosesə töhfə verməyə çağırıb.

Müqəddəs Arxeologiya Komissiyasının inspektoru, professor Fabrizio Biskonti Heydər Əliyev Fondu və Vatikan arasında əməkdaşlıq çərçivəsində görülmüş işlərin qısa məcmusu haqqında danışıb və üçüncü mərhələdə görüləcək bərpa işlərinə dair təqdimatla çıxış edib. F.Biskonti qeyd edib ki, ümumi uzunluğu yeddi kilometrə çatan Komodilla katakombalarının tarixi eramızın 4-cü əsrinə gedib çatsa da, onlar XV əsrdə yenidən aşkarlanıb və qazıntı işləri XX əsrdə aparıldı. Qəza vəziyyətində olan katakombaların tavan hissəsinin konservasiyası işlərində Heydər Əliyev Fondunun dəstəyi ilə müasir texnologiyalardan istifadə edilir.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli və Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycandakı dini tolerantlıq, multikultural mühit, eləcə də dini icmalar üçün yaradılmış şəraitdən danışıblar.

Nümayəndə heyəti daha sonra Roma şəhərinin VIII rayonu ərazisində yerləşən Komodilla katakombaları ilə tanış olub. Roma şəhərinin VIII rayonunun bələdiyyə sədri Amadeo Çiakkeri bu rayonun ərazisində yerləşən katakombanın tarixi əhəmiyyətini qeyd edib və bildirib ki, insanların gur hərəkət etdiyi ərazidə yerləşən katakombanın Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası layihəsi sakinlərin sevincinə səbəb olub. Qeyd olunub ki, bərpa işləri bu tarixi abidəyə ictimaiyyət və turistlərin marağını artıracaq, eləcə də bu abidənin gələcək nəsillər üçün qorunub saxlanmasını təmin edəcək.

Müqəddəs arxeologiyası üzrə Pontifik Komissiyasının arxeoloqu Barbara Matsei Komodilla katakombasının olduqca həssas bir hissəsində indiyədək restavrasiya işlərinin aparılmadığını diqqətə çatdıraraq qeyd edib ki, bərpa işləri, eyni zamanda, təsvirlərin yaxından tədqiqi və analizi üçün unikal fürsət yaradacaq. Abidələrin strukturu zərif olduğuna görə bu işlərdə müasir texniki avadanlıq və metodlardan istifadə ediləcək, həmçinin rəsmlərin çəkilmə texnikası, istifadə edilən boya və digər materiallar da diqqət mərkəzində olacaq.

Müqəddəs Arxeologiya Komissiyasının inspektoru, professor Fabrizio Biskonti ekskursiya zamanı Komodilla katakombasının tarixi barədə məlumat verib. Qeyd edilib ki, erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahına çevrilmişdi. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa peyğəmbərin həvari Pietroya Cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar dini və tarixi əhəmiyyət daşıyır. Eyni zamanda, qeyd edilib ki, ötən əsrin 50-ci illərində bu ərazidə yaşayış binalarının tikintisi katakombanın statikasına mənfi təsir göstərib və Heydər Əliyev Fondunun göstərdiyi dəstək olmasaydı, katakombanın böyük arxeoloji dəyərə malik bu hissəsi uça bilərdi.

Nümayəndə heyəti, həmçinin Müqəddəs Sebastian katakombasının Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış yeni muzey və restavrasiya edilmiş sarkofaqlarla da tanış olub. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Sebastian katakombalarının bərpası işlərinə 2016-cı ildə başlanılıb. 2018-ci il sentyabrın 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva katakombaların açılışı mərasimində iştirak edib. Hazırda muzeydə Heydər Əliyev Fondunun dəstəyi ilə restavrasiya olunmuş 150 sarkofaq və ya onların fraqmentlərindən ibarət eksponatlar nümayiş olunur. Yer altında dörd mərtəbədən ibarət katakombada isə Fondun dəstəyi ilə restavrasiya olunmuş, eramızın IV əsrinə aid sarkofaq və barelyeflər yerləşir. İncildən səhnələrin yer aldığı barelyef erkən xristianlıq dövrü üçün mühüm abidələrdən sayılır.

Eyni zamanda, qeyd edilib ki, Roma şəhərində 60-dan çox katakomba mövcud olmasına baxmayaraq, onlardan cəmi bir neçəsi ictimaiyyət üçün açıqdır. Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan işlər dini və mədəni irsin qorunub saxlanmasında mühüm əhəmiyyət daşıyır.

Sonra nümayəndə heyəti IV əsrdə katakombanın üzərində inşa edilmiş Müqəddəs Sebastian Bazilikası ilə də tanış olub.

Həmçinin restavrasiya işləri 2020-ci ildə başa çatan Müqəddəs Pyotr kilsəsinin bazilikasındakı “Roma Papası I Leon və Hun imperatoru Atillanın görüşü” barelyefinə baxış olub.

Beləliklə, Heydər Əliyev Fondu dünya mədəni, tarixi və dini irsinin qorunması, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edən növbəti layihəsinə imza atdı.

 
  • Oxunub:  2160  |  
  • Tarix:  05-03-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

18 Aprel 20:23
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
18 Aprel 18:40
Nərgiz Hacıyeva: Artıq 200 hərbi qulluqçuya və şəhid ailələrinə psixoloji yardım göstərilib
18 Aprel 17:44
Bu gün koronavirus infeksiyasına qarşı 12 min 327 doza vaksin vurulub
18 Aprel 17:23
Azərbaycanda koronavirusa 2 min 144 yeni yoluxma faktı qeydə alınıb
18 Aprel 15:15
İstanbulun Taksim meydanında inşa edilən məscid Ramazan bayramınadək ibadətə açılacaq
18 Aprel 15:04
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin XIX toplantısı keçirilib
18 Aprel 13:25
Azərbaycanın Vətən müharibəsində hərbi-diplomatik və tarixi Qələbəsini reallaşdıran müdrik dövlət xadimi
18 Aprel 12:05
Yaxın gələcəkdə azərbaycanlı hemofiliyalı uşaqların sağlam böyümək şansları daha da artacaq
18 Aprel 12:00
Ağdamda qoyun otaran şəxs minaya düşüb, bir ayağı amputasiya edilib
18 Aprel 11:55
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
18 Aprel 11:49
Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Aprel 11:42
Uels milli komandasının nümayəndə heyəti Bakıda səfərdə olub
18 Aprel 11:38
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib
18 Aprel 11:35
Rəcəb Tayyib Ərdoğan: 2021-ci ili ölkəmiz və millətimiz üçün bir şahlanma ilinə çevirəcəyik
18 Aprel 11:31
Giləzi qəsəbəsinin yaxınlığında “Qrad” mərmisi aşkarlanıb
17 Aprel 18:13
Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində ədəbi-bədii kompozisiya hazırlayıb
17 Aprel 17:56
Azərbaycanda koronavirusa 2148 yeni yoluxma faktı qeydə alınıb
17 Aprel 17:51
Azərbaycanda ilk dəfə küvez içində (yataqbaşında) 600 qramlıq körpəyə qapalı ürək əməliyyatı uğurla icra olunub
17 Aprel 15:16
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
17 Aprel 15:01
Prezident İlham Əliyev kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında Fərman imzalayıb
17 Aprel 14:52
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yaz sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib
17 Aprel 14:35
ADMİU işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına qoşulub
17 Aprel 14:26
Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili ilə bağlı ölkəmizə gələcək əcnəbilər üçün viza prosedurları sadələşdirilir
17 Aprel 14:21
ÜST rəhbəri: Dünya vaksinlərə bərabər əlçatanlığın təminatında uğursuzluğa düçar olub
17 Aprel 14:15
BDU-nun 250-dək əməkdaşı peyvənd olunub
17 Aprel 14:03
ICESCO və Azərbaycan arasında elm-texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Aprel 13:56
Azərbaycanın parlament nümayəndə heyəti Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
17 Aprel 12:51
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
17 Aprel 12:49
Vüqar İskəndərov: Minsk qrupunun həmsədrləri postmünaqişə dövrü ilə bağlı təkliflər verməlidir
17 Aprel 12:46
Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür
17 Aprel 12:39
Anar Məmmədov: Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
17 Aprel 12:37
Fəqət Şadlinskaya: Azərbaycanın qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasıdır
17 Aprel 12:27
Kamilə Əliyeva: Ermənistan beynəlxalq humanitar hüququn qaydalarını kobud şəkildə pozur
17 Aprel 09:23
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
17 Aprel 09:17
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib
17 Aprel 09:06
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA