Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə keçirilən “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Tərtər rayon təşkilatı şəhid ailələri ilə görüşləri davam etdirir. Bu silsilədən olan növbəti görüş Seydimli kəndində keçirilib.
Belə ki, rayon təşkilatının sədri Ramiz Şabanov, rayon təşkilatının Şura üzvü Məhəbbət Məmmədov və rayon təşkilatının bir qrup fəalı Seydimli kəndindən şəhid Abbasov Aysənan Əsgər oğlunun ailəsini ziyarət ediblər.
Qeyd edək ki, Abbasov Aysənan Əsgər oğlu Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. Şəhidin valideynləri övladlarının 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalması ilə fəxr etdiklərini deyib, şəhid ailələrinə dövlət başçısının göstərdiyi diqqət və qayğıdan razılıqla danışıblar.
Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov şəhid valideynlərinin problemləri ilə maraqlanıb, şəhid ailəsinə bəzi problemlərinin həlli məqsədilə köməklik göstərilib.
- Oxunub: 2010 |
- Tarix: 05-03-2021 |
-
Çap et |