Ana səhifə »  Xəbər lenti »  İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib
A+   Yenilə  A-
İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev toplantıda videoformatda çıxış edib

Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda videoformatda çıxış edib.

Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri İmran Xan əvvəlcə sammit iştirakçılarını salamladı və Azərbaycanın Qələbəsi münasibətilə təbriklərini çatdıraraq dedi:

-Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm.

Pakistanın Baş naziri belə çətin bir zamanda Zirvə toplantısının təşkilinin birgə səylər sayəsində mümkün olduğunu qeyd etdi. Təşkilata sədrliyin Türkiyəyə keçdiyini deyən Pakistan hökumətinin başçısı çıxışında təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinin inkişafının vacibliyini vurğuladı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyin Türkiyəyə keçməsindən məmnun olduğunu dedi. O, bir çox sahələrdə tənəzzülə səbəb olan pandemiyaya yalnız həmrəylik, regional əməkdaşlıq sayəsində qalib gəlməyin mümkün olduğunu qeyd etdi. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğal altında qalan torpaqlarını uğurla azad etdiyini bildirərək dedi:

-Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını şanlı bir Zəfərlə azad etmiş, bölgədə yeni bir dövrün qapılarını açmışdır. Bundan sonra hədəfimiz Qarabağda təhlükəsizlik və sabitliyin formalaşmasına yardım etmək, 30 illik işğalın fəsadlarını birlikdə aradan qaldırmaqdır. Bu prosesdə də təşkilat olaraq Azərbaycan ilə tam həmrəylik içində olacağımıza inanıram. Ermənistanın da atacağı sülhsevər addımlarla regional sabitliyin bir hissəsi olacağına ümid edirik. Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Suleymanpur qarşıda duran vəzifələrdən danışaraq təşkilat çərçivəsində iqtisadi-ticari əlaqələrin inkişafının prioritet olduğunu vurğuladı. Baş katib investisiyaların stimullaşdırılması zərurətindən danışdı, pandemiya ilə mübarizədə kollektiv səylərin əhəmiyyətini vurğuladı. Hadi Suleymanpur Azərbaycanı parlaq Qələbəsi münasibətilə təbrik edərək dedi:

-Mən mərhum Prezident, zati-aliləri Heydər Əliyevin təşəbbüsü olan Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılmasına görə Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyevi təbrik edirəm. Bu, təşkilatı çoxşaxəli etmək məqsədilə İƏT ailəsi üçün böyük bir nailiyyətdir. Gəlin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda həyatlarını qurban vermiş azərbaycanlı şəhidlərin xatirəsini də yad edək.

Sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani çıxış edərək dedi:

-Mən tarixi nailiyyət münasibətilə qardaşım Prezident Əliyevi təbrik etməkdən məmnunluq hissi duyuram. Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrin baxışlarının həyata keçirilməsi üçün mühüm platforma olduğunu deyən Məhəmməd Əşrəf Qani pandemiyanın mənfi təzahürlərinin minimuma endirilməsi üçün regional əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini dedi.

Prezident Rəcəb Tayyib Ərdoğan: Əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti, mənim qardaşım İlham Əliyevə söz vermədən öncə deyim ki, həqiqətən də 30 illik işğal baş vermişdir və orada olan milyonlarla azərbaycanlı qardaşımız, bildiyiniz kimi, öz torpaqlarından qovulmuşdur. Onlar təxminən 30 il idi ki, öz doğma torpaqlarından uzaqda yaşayırdılar. Əfsuslar olsun ki, Minsk qrupu heç bir nəticə əldə edə bilməmişdir və buna görə İlham Əliyevin rəhbərliyi ilə bizim azərbaycanlı qardaşlarımız bu torpaqları işğaldan azad etmişdir. İndi infrastruktur üzrə hazırlıq işləri davam edir və tezliklə bu torpaqların həqiqi sahibləri öz ərazilərində yaşayacaqlar. İndi isə sözü, mənim əziz qardaşım, Azərbaycan Prezidenti hörmətli İlham Əliyevə verirəm. Söz sizindir.

Prezident İlham Əliyevin
çıxışı

-Əziz qardaşım, əziz Prezident cənab Ərdoğan.

Mənə söz verdiyiniz zaman səsləndirdiyiniz fikirlərə görə Sizə təşəkkür edirəm.

Bütün həmkarlarımızın diqqətinə çatdırmaq istərdim ki, Prezident Ərdoğanın yalnız müharibə vaxtı deyil, ümumiyyətlə, Türkiyənin Prezidenti və lideri olduğu müddətdə Azərbaycana davamlı dəstəyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində mühüm rol oynamışdır.

Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur. Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar. Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır. Əvvəllər də çox demişəm, indi də bir daha bildirmək istərdim ki, Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir.

Hörmətli cənab sədr, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Hörmətli dövlət və hökumət başçıları.

Hörmətli cənab baş katib.

Əvvəlcə, mən bir daha əziz qardaşlarıma, Prezident Ərdoğana, Prezident Əşrəf Qaniyə, Baş nazir İmran Xana Azərbaycanın Qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə səsləndirdikləri xoş təbriklərə görə təşəkkürümü bildirmək istərdim.

Qardaş Türkiyəni İqtisadi Əməkdaşlıq Təşkilatında uğurlu sədrliyi münasibətilə təbrik etmək istərdim. Yeni sədr ölkə kimi qardaş Türkmənistana uğurlar arzulayıram.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir. Bu gün burada İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzalayacağıq. Biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarıq və Azərbaycanda yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik.

2020-ci ildə Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoydu. Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi Zəfər siyasi yollarla tam təmin edildi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.

Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını və onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndiririk.

Ötən il sentyabrın 27-də və 28-də - müharibənin birinci və ikinci günü qardaş Pakistan və Əfqanıstan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etmişlər. Mən bizi dəstəklədiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, müharibə dövründə bizi dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına da təşəkkür edirəm.

İşğal zamanı Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtmışdır. Bizim məscidlər donuz və inək saxlanılan yerlərə çevrilmişdir. Bütün bunların foto və videoları internetdə var. Bu, bütün İslam dünyasına qarşı düşmənçilikdir. Azərbaycan xalqının mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi faktları beynəlxalq media nümayəndələri tərəfindən əks etdirilmişdir. Bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil. Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə dəyərli töhfələr vermişdir. Biz müxtəlif beynəlxalq kürsülərdən İslam ölkələrini birliyə çağırmışıq. Azərbaycan İslam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir. Biz islamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini - sülh, tolerantlıq və ədaləti təşviq etməliyik. Bu mənada, qardaş Pakistanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının martın 15-nin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması qərarını alqışlayırıq.

Hazırda qarşımızda azad olunmuş ərazilərin yenidən qurulması kimi nəhəng vəzifə dayanır. Biz azad olunmuş ərazilərdə şəhər və kəndlərimizi yenidən quracağıq, mədəni və dini abidələrimizi bərpa edəcəyik.

Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olmuşdur. Azərbaycan ötən il hazırda sədrlik etdiyi iki beynəlxalq təşkilatın - Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantıları, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşdur. Bu təşəbbüslər bizim beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyimizi bir daha nümayiş etdirmişdir.

Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə yardımı etmişik. Azərbaycan koronavirusla əlaqədar dünyanın 30-dan artıq ölkəsinə humanitar və maliyyə yardımı edib.

Azərbaycan yanvar ayının 18-dən peyvəndləmə prosesinə başlayıb. Biz regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biriyik. Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq.

Azərbaycan bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırır və mən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini həmin təşəbbüsü dəstəkləməyə dəvət edirəm.

Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. Yeddi ölkəni birləşdirən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir.

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirdik və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq.

Artıq qeyd etdiyim kimi, Azərbaycanın Ermənistan üzərində şanlı Qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı.

Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər.

Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik.

Diqqətinizə görə sağ olun.

Prezident Rəcəb Tayyib Ərdoğan: Mənim əziz qardaşım, çox dəyərli fikirlərinizə və mülahizələrinizə görə çox sağ olun. Siz bu problemli və ağrılı dövrü uğurla geridə qoymusunuz. Bu günləri arxada qoyduğunuzu görməyə çox şadıq. İndi isə Dağlıq Qarabağdakı torpaqların sahiblərinin öz doğma yurdlarına qayıtmasını təmin etmək vaxtıdır.

Daha sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rahmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Şimali Kiprin Prezidenti Ersin Tatar və Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnak çıxış etdilər.

Sonda İqtisadi Əməkdaşlıq Təşkilatının Araşdırma Mərkəzinin Nizamnaməsi imzalandı.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısı Türkmənistanda keçiriləcək.

 
  • Oxunub:  2490  |  
  • Tarix:  04-03-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

17 Aprel 15:16
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
17 Aprel 15:01
Prezident İlham Əliyev kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında Fərman imzalayıb
17 Aprel 14:52
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yaz sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib
17 Aprel 14:35
ADMİU işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına qoşulub
17 Aprel 14:26
Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili ilə bağlı ölkəmizə gələcək əcnəbilər üçün viza prosedurları sadələşdirilir
17 Aprel 14:21
ÜST rəhbəri: Dünya vaksinlərə bərabər əlçatanlığın təminatında uğursuzluğa düçar olub
17 Aprel 14:15
BDU-nun 250-dək əməkdaşı peyvənd olunub
17 Aprel 14:03
ICESCO və Azərbaycan arasında elm-texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Aprel 13:56
Azərbaycanın parlament nümayəndə heyəti Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
17 Aprel 12:51
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
17 Aprel 12:49
Vüqar İskəndərov: Minsk qrupunun həmsədrləri postmünaqişə dövrü ilə bağlı təkliflər verməlidir
17 Aprel 12:46
Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür
17 Aprel 12:39
Anar Məmmədov: Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
17 Aprel 12:37
Fəqət Şadlinskaya: Azərbaycanın qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasıdır
17 Aprel 12:27
Kamilə Əliyeva: Ermənistan beynəlxalq humanitar hüququn qaydalarını kobud şəkildə pozur
17 Aprel 09:23
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
17 Aprel 09:17
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib
17 Aprel 09:06
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?
16 Aprel 16:32
Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
16 Aprel 16:24
Azərbaycan üçün regionun inkişafı strateji prioritetdir
16 Aprel 16:10
Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
16 Aprel 16:10
Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub
16 Aprel 16:03
Televizora çox baxmaq ürək çatışmazlığı xəstəliyi yaradır?
16 Aprel 16:01
Amerikalı həkimlər koronavirus infeksiyasına yenidən yoluxmanın səbəbini açıqlayıblar
16 Aprel 15:56
Sankt-Peterburqda Azərbaycan və Moldova parlament sədrlərinin görüşü olub
16 Aprel 15:50
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
16 Aprel 15:38
SOCAR bu il hasil etdiyi neft və təbii qazın həcmini açıqlayıb
16 Aprel 15:33
Sahur qidalarından alınan enerji orqanizmin gücdən düşməməsinə kömək edir
16 Aprel 15:24
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
16 Aprel 15:06
Statistika Komitəsi ilə İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu təsdiqlənib – Fərman
16 Aprel 15:02
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilib – Sərəncam
16 Aprel 14:51
YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər
16 Aprel 14:48
ATƏT-in Minsk qrupunun indiki fəaliyyəti yeni reallıqları əks etdirə bilməz
16 Aprel 14:37
Xaricə göndərilən bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb
16 Aprel 14:29
Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa edilir
16 Aprel 14:23
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +22
gecə+10 +13