Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / MDB PA-nın elm və təhsil üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib

MDB PA-nın elm və təhsil üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib

04.03.2021 [19:27]

Martın 4-də MDB Parlamentlərarası Assambleyasının elm və təhsil üzrə, həmçinin nəzarət-büdcə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib.

Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qurumun elm və təhsil komissiyasının iclasında Milli Məclisin elm və təhsil komitəsinin sədri, bu komissiyanın sədr müavini Bəxtiyar Əliyev və deputat, komissiyanın üzvü Kamilə Əliyeva iştirak ediblər.

İclasda komissiyanın təşkilatı məsələlərinə baxılıb, “İntellektual fəaliyyətin nəticələrinin kommersiyalaşdırılması haqqında” model qanun layihəsi, “Tədqiqi və hazırlanması üçün əxlaqi standartlar da daxil olmaqla, süni intellektin istifadəsinin hüquqi tənzimlənməsinə dair” tövsiyələrin konsepsiyası təsdiq edilib.

“Elm və təhsil sahəsinin model qanunvericiliyinin perspektiv istiqamətlərinə dair” tövsiyələr layihəsinin müzakirəsində Milli Məclisin elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev müasir dövrün, pandemiyanın diktə etdiyi reallıqlara, o cümlədən distant təhsilin hüquqi tənzimlənməsinə diqqət çəkib, MDB PA-nın “MDB-yə üzv ölkələrdə distant təhsil haqqında” model qanununun yenidən işlənməsinin vacibliyini vurğulayıb. Məsələ ilə bağlı çıxış edən digər deputatların da təklif və iradları nəzərə alınıb.

“Birliyin uşaqları” beynəlxalq mədəni-təhsil tədris forumunun Əsasnaməsinin yeni redaksiyası ilə bağlı iclasın müzakirələrində Bəxtiyar Əliyev forumun vacibliyini vurğulayaraq təkliflərlə çıxış edib. Qazaxıstanın da təkliflərini və Belarusun iradlarını nəzərə alan komissiya sənədin yenidən işlənməsi ilə bağlı qərar qəbul edib.

Assambleyanın nəzarət-büdcə komissiyasının iclasında isə Milli Məclisin deputatı, MDB PA-da Azərbaycan nümayəndə heyətinin üzvü İqbal Məmmədov iştirak edib.

Onlayn iclasda komissiyanın təşkilati işlərinə baxılıb, Assambleyanın müxtəlif maliyyə öhdəlikləri və fəaliyyətinin digər təminatları ilə bağlı dəqiqləşdirmələr aparılıb. Həmçinin “MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleya Şurası Katibliyinin əməkdaşlarının sosial ödənişləri haqqında” Əsasnaməyə dəyişikliklər edilməsi, “MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətinin maliyyələşdirilməsi haqqında” qətnamə layihəsi və digər məsələlər müzakirə edilib.

İclasda “MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleya Şurası Katibliyinin əməkdaşlarının sosial ödənişləri haqqında” Əsasnaməyə dəyişikliklərin yenidən işlənməsi qərara alınıb.

Paylaş:
Baxılıb: 202 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31