Ana səhifə »  Xəbər lenti »  “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri şəhid ailələrini ziyarət ediblər
A+   Yenilə  A-
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri şəhid ailələrini ziyarət ediblər

“İMZA”- İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin verdiyi məlumata görə, İctimai Birliyin rəhbər heyəti, kollektivi və könüllüləri Füzuli rayonu Horadiz şəhərində şəhid ailələrini ziyarət ediblər.

Qeyd edək ki, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin yaradılması məqsədlərindən biri sosial dövlət olan Azərbaycan Respublikasının ölkə vətəndaşlarına göstərdiyi diqqət və qayğı, eyni zamanda icra etdiyi sosial yönümlü layihələrə dəstək verməkdir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman çıxışlarında vurğulayır və bütün məmurlara da tövsiyyə edir ki, bizim üçün ilk növbədə Azərbaycan vətəndaşının mənafeyi prioritet təşkil etməlidir. Şəhid ailələri, az təminatlı insanlarımız, cəmiyyətin sosial cəhətdən həssas olan təbəqəsi daim bu qayğını hiss etməlidirlər. Bu baxımdan “İMZA”-çılar da xalqımıza məhz xidmətçi olmağı qarşılarına əsas məqsəd qoyublar. Xeyirxah layihə çərçivəsində Füzuli rayonuna edilən bu səfərin əsas məqsədi ölkəmizə və xalqımıza müzəffər dövlət və millət olmaq qürurunu yaşatmış şəhidlərimizin ailələrini ziyarət edib, onlara diqqət və qayğı göstərməkdir. Bu fikirləri “İMZA” Sosial İnkişafa Dəstək ictimai Birliyinin sədri Xəyyam Əsgərov Füzuli rayonu İcra Hakimiyyətində keçirilən görüşdə ifadə etdi. Sonra Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bildirdi ki, vaxtı ilə Azərbaycanın dilbər guşələrindən, inkişaf etmiş bölgələrindən sayılan və böyük şairimizin adını daşıyan bu rayonun əhalisi indi doğma torpaqlarının işğaldan qurtulması sevincini və qürurunu yaşayır. Bütün füzulililər 44 günlük Vətən müharibəsi vaxtı bir yumruq kimi dövlətimizin ətrafında birləşib, doğma yurdlarının azadlığı uğrunda bütün səylərini göstərib, rayonun qəhrəman igidləri döyüşlərdə ön cəbhədə mərdliklə vuruşublar. Bu gün Füzuli azaddır. Və Ulu Öndərimiz Heydər Əliyevin vaxtı ilə dediyi kimi Füzuli yenidən dirçələcək, Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri statusunu özünə qaytaracaq. Buna həm dövlətimizin, həm də xalqımızın, o cümlədən də bütün füzulililərin iradəsi və əzmi imkan verir. Hətta işğal dönəmində belə Füzuli camaatı bir an da olsun öz doğma yurd yerlərinin mənfur erməni işğalçılarından azad ediləcəyinə inamlarını itirmədilər. Son 27 ildə rayonun işğalda olmayan torpaqlarında qurdular, yaratdılar və yaşadıqları Füzuli torpağını nümunəvi bir məkana çevirdilər. İcra hakimiyyətinin başçısı “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin fəaliyyətini yaxından izlədiklərini, təqdir etdiklərini və şəhid ailələrinə diqqət və qayğı göstərmək kimi nəcib və xeyirxah təşəbbüsü yüksək qiymətləndirdiklərini vurğuladı. Uzun illər ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məhz xeyirxah əməlləri sayəsində cəmiyyətimizdə böyük nüfuz qazandığını, bu gözəl nümunənin və təcrübənin Azərbaycanda xeyriyyəçi olmaq istəyən bütün qurumlar üçün əsl örnək təşkil etdiyini bildirdi.    

Sonra Füzuli rayonu Horadiz şəhərində yerləşən Heydər Əliyev muzeyi ziyarət olundu. Burada Ulu Öndərin həyatı və fəaliyyəti barəsində danışıldı. “İMZA”-çılar adından muzeyin xatirə kitabına Ümummilli Liderimizin güclü Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərinə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi “Dəmir yumruq” əməliyyatı nəticəsində Vətən müharibəsində qazanılmış zəfərimizə həsr olunmuş ürək sözləri yazıldı. “İMZA” kollektivi adından Füzulinin azad edilməsi münasibəti ilə xalqımıza və bütün füzulililərə təbriklər çatdırıldı. Dövlətimiz artıq Füzulinin və digər azad yurd yerlərimizin planlı şəkildə bərpası prosesinə start verib. Ciddi və əhəmiyyətli qərarlar qəbul edilib. Ona görə də Füzulinin tezliklə  Azərbaycanın cənnət guşələrindən, gözəl turizm məkanlarından birinə çevriləcəyinə şübhə yoxdur.

Sonra “İMZA”-çılar səfərin məqsədinin əsas hissəsinə uyğun olaraq 44 günlük qəhrəmanlıq səlnaməsinin yaradıcıları, doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş əziz şəhidlərimizin yadigarları olan ailələrini ziyarət etdilər. Kollektiv adından vurğulandı ki, Azərbaycan xalqı əsrlər boyu dövlət və dövlətçilik ənənəsi yaratmış millətdir. Dövlətimizi var edən, onu qoruyan və bu yolda canından keçən şəhidlərimizin sayəsində bu gün müstəqil Vətənə sahibik. Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva nahaqqa qarşı milli dirənişimizin simvolu olan sentyabırn 27-dən noyabrın 10-a kimi davam etmiş həmin o 44 günü Azərbaycan xalqının əsl qəhrəmanlıq dastanı, milli mücadilə səlnaməsi adlandırıblar. Prezidentimiz deyib ki, əlbəttə, biz hərbi-texniki təchizat baxımından düşməndən xeyli üstün idik. Amma şəhərlərimizi, kəndlərimizi qəhrəman əsgər və zabitlərimiz misli görünməmiş şücaətləri, dillərə dastan olan igidlikləri ilə azad ediblər. Onlardan bəziləri bu müqəddəs yolda şəhidlik zirvəsinə yüksəliblər. Bu dastan Azərbaycan xalqına dünya şöhrəti qazandırdı. Bizim böyük millət olduğumuzu, əcdadımızın mirası olan zəngin hərbi ənənələrimizin əsasında bu gün müasir, 21-ci əsrin döyüş aparmaq fəlsəfəsini yaratdığımızı sübut etdi. Bəli, bu yenilik dünya hərb sənətində nümunə və bizim üçün isə qürurla dinlədiyimiz və gördüyümüz tarixi reallıqlardır. Ona görə də bu zəfər və onun nəticələri Azərbaycan tarixinin şanlı səhifəsi olaraq nəsillərdən nəsillərə ötürüləcək və gələcəkdə hər bir azərbaycanlı tərəfindən böyük fərəh hissləri ilə öyrəniləcək. Heç şübhəsiz ki, işğalçı və faşist dövlət olan Ermənistan üzərində qazanılan bu qələbənin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qəhrəman Azərbaycan ordusudur. Görüşdə ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın şəhid və qazi ailələrinə bir Azərbaycan anası kimi diqqəti və qayğısından ətraflı bəhs olundu. “İMZA” kollektivi də bu fəaliyyəti özü üçün nümunə hesab edir və bundan sonrakı işlərində məhz bu meyarları əsas götürəcək. Sonra İMZA-çılar bir daha qarşıdan gələn Novruz bayramı münasibəti ilə şəhid ailələrini təbrik etdilər, İctimai Birliyin adından bayram sovqatları çatdırıldı. Şəhid ailələrinin problemləri və qayğıları ilə maraqlanıldı. Şəhid ailələrinin nümayəndələri bildirdilər ki, Azərbaycan dövləti onları hər zaman diqqət və qayğı ilə əhatə edib, problemlərinin həll olunması üçün mütəmadi addımlar atır. YAŞAT fondu yaradılandan sonra şəhid ailələrinin mənzil probleminin həllinə də dəstək artırılıb.

Qeyd edək ki, görüşlərdə Milli Məclisin Füzuli rayonundan olan deputatı Vüqar Bayramov, Füzuli rayon İcra Hakimiyyətinin, yerli bələdiyyənin nümayəndələri, YAP Səbail rayon Qadınlar Şurasının sədri, iqtisadçı alim Təranə Kərimova, sosioloq Zəminə Səfərova, o cümlədən rayonun fəal qadınlarının təmsilçiləri də iştirak etdilər.

 
  • Oxunub:  6120  |  
  • Tarix:  04-03-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

17 Aprel 18:13
Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində ədəbi-bədii kompozisiya hazırlayıb
17 Aprel 17:56
Azərbaycanda koronavirusa 2148 yeni yoluxma faktı qeydə alınıb
17 Aprel 17:51
Azərbaycanda ilk dəfə küvez içində (yataqbaşında) 600 qramlıq körpəyə qapalı ürək əməliyyatı uğurla icra olunub
17 Aprel 15:16
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
17 Aprel 15:01
Prezident İlham Əliyev kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında Fərman imzalayıb
17 Aprel 14:52
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yaz sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib
17 Aprel 14:35
ADMİU işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına qoşulub
17 Aprel 14:26
Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili ilə bağlı ölkəmizə gələcək əcnəbilər üçün viza prosedurları sadələşdirilir
17 Aprel 14:21
ÜST rəhbəri: Dünya vaksinlərə bərabər əlçatanlığın təminatında uğursuzluğa düçar olub
17 Aprel 14:15
BDU-nun 250-dək əməkdaşı peyvənd olunub
17 Aprel 14:03
ICESCO və Azərbaycan arasında elm-texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Aprel 13:56
Azərbaycanın parlament nümayəndə heyəti Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
17 Aprel 12:51
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
17 Aprel 12:49
Vüqar İskəndərov: Minsk qrupunun həmsədrləri postmünaqişə dövrü ilə bağlı təkliflər verməlidir
17 Aprel 12:46
Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür
17 Aprel 12:39
Anar Məmmədov: Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
17 Aprel 12:37
Fəqət Şadlinskaya: Azərbaycanın qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasıdır
17 Aprel 12:27
Kamilə Əliyeva: Ermənistan beynəlxalq humanitar hüququn qaydalarını kobud şəkildə pozur
17 Aprel 09:23
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
17 Aprel 09:17
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib
17 Aprel 09:06
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?
16 Aprel 16:32
Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
16 Aprel 16:24
Azərbaycan üçün regionun inkişafı strateji prioritetdir
16 Aprel 16:10
Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
16 Aprel 16:10
Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub
16 Aprel 16:03
Televizora çox baxmaq ürək çatışmazlığı xəstəliyi yaradır?
16 Aprel 16:01
Amerikalı həkimlər koronavirus infeksiyasına yenidən yoluxmanın səbəbini açıqlayıblar
16 Aprel 15:56
Sankt-Peterburqda Azərbaycan və Moldova parlament sədrlərinin görüşü olub
16 Aprel 15:50
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
16 Aprel 15:38
SOCAR bu il hasil etdiyi neft və təbii qazın həcmini açıqlayıb
16 Aprel 15:33
Sahur qidalarından alınan enerji orqanizmin gücdən düşməməsinə kömək edir
16 Aprel 15:24
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
16 Aprel 15:06
Statistika Komitəsi ilə İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu təsdiqlənib – Fərman
16 Aprel 15:02
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilib – Sərəncam
16 Aprel 14:51
YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər
16 Aprel 14:48
ATƏT-in Minsk qrupunun indiki fəaliyyəti yeni reallıqları əks etdirə bilməz

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +22
gecə+10 +13