Rusiyanın “RİA-Novosti” xəbər agentliyinin verdiyi xəbərə görə, Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqat İnstitutunun Planet atmosferlərinin spektroskopiyası laboratoriyasının müdiri Lyudmila Zasova bildirib ki, rusiyalı mütəxəssislər “Venera-D” kosmik aparatının dizaynına başlayıblar: “Söhbət ilkin bir layihədən gedir. Təqdimat 2029-cu ildə olmalıdır”. L.Zasovanın sözlərini institutun elmi direktoru Lev Zelenıy da təsdiqləyib. O deyib ki, ilkin dizayn üçün maliyyənin bu il ayrılacaq və ümumilikdə, 2025-ci ilə qədər bu iş üçün təxminən 550 milyon rubl tələb olunacaq.
Xəbərdə qeyd edilir ki, "Venera-D" avtomatik planetlərarası stansiyası Venera atmosferini, səthini, daxili quruluşunu və ətraf plazmasını hərtərəfli öyrənmək üçün orbital və enmə aparatlarından ibarət olacaq. Qeyd edək ki, əvvəlcə layihə amerikalılarla ortaq planlaşdırılırıb, lakin keçən il “Roskosmos” onun beynəlxalq əməkdaşlığın geniş iştirakı olmadan müstəqil bir milli layihə kimi həyata keçiriləcəyini bildirib. “Venera-D”-nin yaradıcıları “Venera” və “Veqa” missiyalarında istifadə olunan sovet enmə stansiyasının əsas dizaynından istifadə etmək niyyətindədirlər.
- Oxunub: 2460 |
- Tarix: 04-03-2021 |
-
Çap et |