Rusiyanın "İzvestiya" qəzetinin “Science Direct” saytında dərc edilmiş məqaləyə istinadən yaydığı məlumata görə, Florensiya Universitetinin Tibb elmləri bölməsinin psixologiya üzrə mütəxəssisləri koronavirus pandemiyasına qarşı psixoloji cəhətdən ən davamlı insan tiplərini müəyyən ediblər. "İzvestiya" qəzetinin yazdığına görə, karantin zamanı həmin tiplərə aid insanları müəyyənləşdirmək üçün sorğu keçirilib. Respondentlər psixopatik şəxsiyyət xüsusiyyətlərini və infeksiya riski qavrayışlarını ölçmək üçün bir sorğu anketini doldurublar. Bundan sonra sosial təcrid zamanı insanların əhval-ruhiyyəsinin səviyyəsi analiz edilib. Sorğuda orta yaş həddi 31 olan 619 nəfər iştirak edib.
Tədqiqatın nəticələrinə görə, pandemiyaya qarşı ən dözümlüinsanlar ehtiyatsızlığa, eqoistliyə (təkəbbürlüyə) və xainliyə (alçaqlığa) meyilli olanlardır. Belə ki, bu xarakterə malik olan insanlar sosial təcrid zamanı daha aşağı stres səviyyəsində həyatlarına davam edirlər. Eyni zamanda, qeyri-sabit psixikaya malik olan və tez-tez əhval dəyişikliyi keçirən respondentlər pandemiya dövründə özlərini daha pis hiss edirlər.
- Oxunub: 2280 |
- Tarix: 04-03-2021 |
-
Çap et |