Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan-Qətər biznes görüşü təşkil olunub

Azərbaycan-Qətər biznes görüşü təşkil olunub

04.03.2021 [11:43]

Azərbaycan Respublikası və Qətər Dövlətinin işgüzar dairələri arasında videokonfrans formatında biznes görüş təşkil olunub. Tədbirin təşkilatçıları qismində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Qətərin Ticarət Palatası (“Qatar Chamber”) çıxış edib.

Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, rəsmi nümayəndə heyətlərinin üzvləri öz çıxışlarında iki ölkə arasında ikitərəfli iqtisadi-ticarət əlaqələri üçün geniş potensialın olduğunu qeyd edərək mövcud imkanlardan daha fəal istifadə etməyə maraqlarını bildiriblər. Bu xüsusda, ticarət, kənd təsərrüfatı, ərzaq məhsullarının istehsalı, turizm, informasiya və kommunikasiya texnologiyaları, bərpaolunan enerji və bir sıra digər sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün cəlbedici imkan və perspektivin olduğu qeyd edilib.

Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov iki ölkə arasında digər sahələrlə yanaşı, iqtisadi və ticarət əməkdaşlığının da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayaraq səfirliyin Azərbaycan və Qətərin biznes dairələri üçün qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əlaqələrin təşviq edilməsinə öz töhfəsini verməyə hazır olduğu bildirib.

Toplantıda AZPROMO və Qətərin İnvestisiyaların Təşviqi Fondunun (IPAQ) nümayəndələri təmsil etdikləri ölkələrdə investisiya imkanları barədə ətraflı təqdimatlarla çıxış ediblər.

Görüşdə müxtəlif sahələr üzrə birbaşa əlaqələr qurmaq və potensial əməkdaşlıq imkanlarını müzakirə etmək niyyətində olan Azərbaycan və Qətərin şirkət və iş adamları üçün müvafiq şərait yaradılıb.

Paylaş:
Baxılıb: 219 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Milli ziyalı...

19 Mart 11:14

Xəbər lenti

Xəbər lenti

Analitik

MEDİA

Xəbər lenti

İcma etiraz edir

19 Mart 10:45

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31