Ana səhifə »  Xəbər lenti »  Prezident informasiya cəbhəsində ön xətdədir
A+   Yenilə  A-
Prezident informasiya cəbhəsində ön xətdədir

Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün həyata keçirdiyi 4 saatlıq mətbuat konfransı son dövrün ən böyük siyasi hadisələrindən biri kimi cəmiyyətimizdə, eləcə də beynəlxalq aləmdə geniş rezonans doğurmuşdur. Prezident İlham Əliyev 35-dən çox yerli və xarici media nümayəndəsinin iştirak etdiyi mətbuat konfransında bir çox önəmli mesajlar verdi. Milyonlarla izləyicisi, auditoriyası olan mətbuat qurumlarının nümayəndələrinin suallarına ətraflı cavab verən Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu hər kəs bir daha əyani şəkildə gördü. Prezidentin sualları yüksək diplomatik məharətlə, müxtəlif dillərdə səlis, tam əsaslandırılmış şəkildə cavablandırması xarici media nümayəndələrində heyrət doğururdu. Elə Böyük Britaniyadan olan müstəqil jurnalistin “Mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım” deməsi deyilənləri bir daha təsdiq edir.

4 saat ərzində 50-yə yaxın sualı cavablandıran Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi. Bu mətbuat konfransı informasiya cəbhəsində Azərbaycanın mövqeyini daha da gücləndirdi və bir daha dünyanın diqqətini ölkəmizə cəlb etdi.

Qeyd edək ki, konfrasda Azərbaycan-Türkiyə münasibətləri və Türkiyənin bölgədəki fəaliyyəti barədə ölkə başçısının səsləndirdiyi maraqlı fikirlər Azərbaycanın, habelə bütövlükdə regionun perspektiv inkişafının bir çox məqamlarına işıq saldı.

İlk olaraq, ölkə başçımız Türkiyənin Azərbaycanın haqq işində daim yanında olduğunu bildirdi. Həqiqətən də belədir. Türkiyə 27 sentyabr tarixində əks-hücüm əməliyyatlarının başladığı ilk andan etibarən Azərbaycana hər tərəfli dəstək verdi. Ən yüksək səviyyədə-ölkə başçısı səviyyəsində Türkiyənin Azərbaycana birmənalı dəstəyi xalqımızda da ruh yüksəkliyi yaratdı. Siyasi və mənəvi baxımdan bölgənin ən güclü ölkəsinin Azərbaycana dəstəyi həm də digər digər ölkələr üçün mesaj oldu. İki ölkə arasındakı münaqişəyə digərləri qarışmasın. Yəqin etmək mümkündür ki, əgər Türkiyənin ilk andan etibarən açıq dəstəyi olmasaydı bölgədə marağı olan digər ölkələr münaqişəyə qarışar və regional müharibə qlobal böhrana səbəb ola bilərdi. Ölkə başçımız da bunu dəfələrlə vurğulamışdır. Buna görə də biz Türkiyənin qeyd-şərtsiz  qardaş münasibəti üçün ona təşəkkür edirik.

Xüsusi qeyd etmək istədiyim digər bir məsələ isə Ermənistanın hazırda içində olduğu böhranlı vəziyyətlə bağlıdır. Post-müharibə düvründə Ermənistanda narazılıqlar səngimir, dövlət isə bunu tənzimləməkdə yetərsizdir. Ölkə başçısının da dediyi kimi Ermənistanın hazırkı vəziyyəti 1992-1993-cü illərdəki Azərbaycanın vəziyyəti ilə uyğunluq təşkil edir. Səriştəsiz hakimiyyət ölkəni idarə edə bilmir, insanlar problemlərinin həlli üçün dövlətə güvənmir. Ermənistanın hazırda düşdüyü vəziyyətdən çıxması qeyri-real görünür. Bundan sonrası üçün isə Ermənistanın öz gələcəyini təmin etmək üçün sadəcə bir şansı var, o da bölgə ölkələri ilə münasibətlərini normallaşdırmaq. Məlumdur ki, Ermənistanın daxilində anti-türk ideologiyası olduqca güclüdür. Ermənistan bundan əl çəkməli və qəbul etməlidir ki, müstəqil ölkə kimi varlığını davam etdirmək üçün Türkiyə və Azərbaycanla əlaqələrini düzəltməlidir. Ancaq bu halda Ermənistan Azərbaycanın iştirakçısı olduğu beynəlxalq layihələrə daxil ola bilər. Ölkə başçısının da dediyi kimi Ermənistanın bütün beynəlxalq, regional layihələrdən təcrid edilməsi Azərbaycanın dövlət siyasətidir. Səbəb isə aydındır: Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək. Əgər Ermənistan gələcəkdə bunu dəyişmək istəyirsə ərazi iddialarından tamamilə əl çəkməli və Azərbaycanın siyasətini qəbul etməlidir. Əks halda uçuruma doğru gedən ölkəni heç bir güc saxlaya bilməyəcək.

Mətbuat konfransı işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərin xarici media vasitəsilə dünya ictimaiyyətinə çatdırılması baxımından da çox önəmli idi. Belə ki, Prezident İlham Əliyev konfransda  Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ermənilərin törətdikləri dağıntılar barədə də ətraflı məlumat verərək erməni vandalizminin iç üzünü bir daha dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri ilə bağlı da ətraflı məlumat verdi. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan danışdı və dünya mediasının da əsas diqqətini bu reallığa yönləndirdi. Artıq dünya ictimaiyyəti şahiddir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoyub, torpaqlarını azad edib və öz ərazi bütövlüyünü bərpa edib. Şübhəsiz ki, bütün bunlar həm Azərbaycanın, həm də onun liderinin beynəlxalq nüfuzunu daha da artırıb.

Xeyrulla Ağayev

“Net Daşları” qəzetinin baş redaktoru

 
  • Oxunub:  3630  |  
  • Tarix:  03-03-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

17 Aprel 18:13
Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində ədəbi-bədii kompozisiya hazırlayıb
17 Aprel 17:56
Azərbaycanda koronavirusa 2148 yeni yoluxma faktı qeydə alınıb
17 Aprel 17:51
Azərbaycanda ilk dəfə küvez içində (yataqbaşında) 600 qramlıq körpəyə qapalı ürək əməliyyatı uğurla icra olunub
17 Aprel 15:16
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
17 Aprel 15:01
Prezident İlham Əliyev kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında Fərman imzalayıb
17 Aprel 14:52
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yaz sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib
17 Aprel 14:35
ADMİU işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına qoşulub
17 Aprel 14:26
Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili ilə bağlı ölkəmizə gələcək əcnəbilər üçün viza prosedurları sadələşdirilir
17 Aprel 14:21
ÜST rəhbəri: Dünya vaksinlərə bərabər əlçatanlığın təminatında uğursuzluğa düçar olub
17 Aprel 14:15
BDU-nun 250-dək əməkdaşı peyvənd olunub
17 Aprel 14:03
ICESCO və Azərbaycan arasında elm-texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Aprel 13:56
Azərbaycanın parlament nümayəndə heyəti Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
17 Aprel 12:51
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
17 Aprel 12:49
Vüqar İskəndərov: Minsk qrupunun həmsədrləri postmünaqişə dövrü ilə bağlı təkliflər verməlidir
17 Aprel 12:46
Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür
17 Aprel 12:39
Anar Məmmədov: Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
17 Aprel 12:37
Fəqət Şadlinskaya: Azərbaycanın qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasıdır
17 Aprel 12:27
Kamilə Əliyeva: Ermənistan beynəlxalq humanitar hüququn qaydalarını kobud şəkildə pozur
17 Aprel 09:23
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
17 Aprel 09:17
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib
17 Aprel 09:06
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?
16 Aprel 16:32
Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
16 Aprel 16:24
Azərbaycan üçün regionun inkişafı strateji prioritetdir
16 Aprel 16:10
Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
16 Aprel 16:10
Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub
16 Aprel 16:03
Televizora çox baxmaq ürək çatışmazlığı xəstəliyi yaradır?
16 Aprel 16:01
Amerikalı həkimlər koronavirus infeksiyasına yenidən yoluxmanın səbəbini açıqlayıblar
16 Aprel 15:56
Sankt-Peterburqda Azərbaycan və Moldova parlament sədrlərinin görüşü olub
16 Aprel 15:50
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
16 Aprel 15:38
SOCAR bu il hasil etdiyi neft və təbii qazın həcmini açıqlayıb
16 Aprel 15:33
Sahur qidalarından alınan enerji orqanizmin gücdən düşməməsinə kömək edir
16 Aprel 15:24
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
16 Aprel 15:06
Statistika Komitəsi ilə İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu təsdiqlənib – Fərman
16 Aprel 15:02
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilib – Sərəncam
16 Aprel 14:51
YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər
16 Aprel 14:48
ATƏT-in Minsk qrupunun indiki fəaliyyəti yeni reallıqları əks etdirə bilməz

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +22
gecə+10 +13