Ana səhifə »  Xəbər lenti »  Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
A+   Yenilə  A-
Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
Möhtərəm Prezidentimiz İlham Əliyevin Xocalı soyqırımının 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı çox mühüm məqamlarla yadda qalan böyük bir siyasi hadisə oldu. Dörd saatdan çox davam edən mətbuat konfransında dövlətimizin başçısı 35-dən çox media nümayəndəsinin 50-dən artıq sualını dörd dildə səlis və faktlarla cavab verdi. Dövlətimizin başçısı əsasən 44 günlük Vətən müharibəsi, 10 noyabr Bəyanatının imzalanmasından sonrakı mövcud vəziyyət və regionda baş verən proseslər barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Mətbuat konfransının xalqımız üçün mühüm bir gündə - Xocalı soyqırımının 29-cu ildönümü günündə təşkil edilməsi xüsusi qeyd edilməlidir. Cənab Prezident erməni faşistlərinin törətdikləri Xocalı soyqırımının dəhşətli nəticələrini dünya ictimaiyyətinə bir daha xatırlatdı və bu faciənin heç vaxt yaddan çıxarılmayacağını vurğuladı. 
Azərbaycan Prezidentinin bu mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı mühüm qələbəsidir. Mətbuat konfransında dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana getdikcə artan maraqdan xəbər verirdi. Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə gələn, xüsusilə işğaldan azad edilmiş ərazilərdə vəziyyəti işıqlandıran xarici jurnalistlərin sayı daha da artıb. Cənab Prezidentin də qeyd etdiyi kimi, dünya mətbuatının ölkəmizə münasibəti artıq dəyişir. Əvvəllər Azərbaycan həqiqətləri ilə bağlı susqunluq nümayiş etdirən xarici media indi mövcud reallığı öz gözləri ilə görür və qiymət verir. Əlbəttə ki, bu, müharibədə Azərbaycanın qazandığı tarixi Zəfərlə yanaşı, dövlətimizin başçısının 44 gün ərzində xarici KİV-lərə 30-dan artıq müsahibə verməsinin nəticəsidir. Həmin müsahibələrdə dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasətinin əsl təcavüzkar mahiyyətini ifşa etdi ki, bu da informasiya müharibəsində ermənilərə ən böyük zərbə oldu, Azərbaycana qarşı qərəzli fikirlər müsbətə doğru dəyişməyə başladı. Azərbaycan Prezidentinin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasət bütün cəbhələrdə vəziyyəti ölkəmizin xeyrinə dəyişib. 
Eləcə də Prezident İlham Əliyev mətbuat konfransında sülhməramlıların fəaliyyəti, onların mandatı, gördükləri və qarşıdakı beş ildə görəcəkləri işlərlə bağlı məqamları konkret fikirlərlə ifadə edərək hazırda sual doğuran məsələləri də cavablandırdı. Dövlətimizin başçısı bir neçə mühüm məqamlara diqqəti yönəldərək bildirdi ki, 10 noyabr üçtərəfli Bəyanatının imzalanması dünyaya Azərbaycanın hərbi və siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatıdır. Bəyanatın imzalanmasından ötən müddətdə razılaşmanın bütün müddəaları icra olunmaqdadır. Sülhməramlıların yerləşdirilməsi, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması, 9-cu bəndə uyğun olaraq tərəflər arasında iqtisadi əlaqələrin qurulması, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində addımların atılması və sair mühüm məsələlər sırasındadır. Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması təkcə Qarabağda deyil, ümumilikdə Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olunması, eləcə də region ölkələri arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin reallaşması baxımından böyük əhəmiyyət kəsb edir. İlk növbədə, bu mərkəzin yaradılması ilə digər qüvvələrin bölgədə tərəf olmaq cəhdləri aradan qaldırılmış oldu. Türkiyə isə artıq tam rəsmi qaydada atəşkəsə nəzarət etməsi Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsi deməkdir. Hazırda Azərbaycana Türkiyədən böyük bir heyət gəlib. 100 nəfərdən çox heyət, minaların təmizlənməsi işləri və təlim kursları aparılmışdır. Eyni zamanda, bundan sonra müxtəlif sahələrdə, xüsusilə hərbi sahədə əməkdaşlığımız davam etdiriləcəkdir. Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur. Buna görə də Azərbaycanda Türk Ordusunun kiçik modelinin yaradılması nəzərdə tutulub ki, artıq bu sahədə əməli-praktiki işlərə start verilib. Bununla yanaşı, dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə, xüsusi ilə də hərbi sahədəki əməkdaşlıq çox geniş inkişaf edir. 44 günlük müharibə günlərində Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, böyük üstünlüyü təmin edib. Türkiyə tərəfi ilə yeni kontraktlar imzalanaraq Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Bu, Azərbaycan Ordusunun hərbi gücümüzü böyük dərəcədə gücləndirəcəkdir. Şübhəsiz ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə, dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim hərbi əməkdaşlığımız gündən-günə möhkəmlənir və gələcəkdə də davam edəcəkdir. 
Beləliklə, Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Dünya mediasının da əsas diqqəti bu reallığa yönəlib. Bu reallıqların formalaşması Azərbaycan – Türkiyə tərəfdaşlığı və sarsılmaz dostluğu ilə bütün dünya tərəfindən qəbul edilməsində önəmli rol oynadı. Bu gün isə bu tərəfdaşlıq regionda artıq sadəcə sülhün və təhlükəsizliyin deyil, eyni zamanda, region ölkələri və qonşu dövlətlərin iştirakı ilə gələcəkdə həyata keçiriləcək yeni birgə layihələrin təhlükəsizlik təminatına zəmin yaradır. İki ölkənin müharibədən sonrakı dövrdə birgə addımlaması ümumilikdə Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb edir. Bundan sonra artıq digər region ölkələri də beynəlxalq nəqliyyat dəhlizlərinin şaxələndirilmiş şəbəkəsinin yaradılması işində fəal iştirak edəcəklər və bu da ölkəmizin həm regional, həm də beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olacaq. 
 
Fuad Heydər
YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini
 
  • Oxunub:  3900  |  
  • Tarix:  03-03-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

17 Aprel 15:16
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
17 Aprel 15:01
Prezident İlham Əliyev kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında Fərman imzalayıb
17 Aprel 14:52
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yaz sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib
17 Aprel 14:35
ADMİU işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına qoşulub
17 Aprel 14:26
Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili ilə bağlı ölkəmizə gələcək əcnəbilər üçün viza prosedurları sadələşdirilir
17 Aprel 14:21
ÜST rəhbəri: Dünya vaksinlərə bərabər əlçatanlığın təminatında uğursuzluğa düçar olub
17 Aprel 14:15
BDU-nun 250-dək əməkdaşı peyvənd olunub
17 Aprel 14:03
ICESCO və Azərbaycan arasında elm-texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Aprel 13:56
Azərbaycanın parlament nümayəndə heyəti Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
17 Aprel 12:51
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
17 Aprel 12:49
Vüqar İskəndərov: Minsk qrupunun həmsədrləri postmünaqişə dövrü ilə bağlı təkliflər verməlidir
17 Aprel 12:46
Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür
17 Aprel 12:39
Anar Məmmədov: Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
17 Aprel 12:37
Fəqət Şadlinskaya: Azərbaycanın qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasıdır
17 Aprel 12:27
Kamilə Əliyeva: Ermənistan beynəlxalq humanitar hüququn qaydalarını kobud şəkildə pozur
17 Aprel 09:23
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
17 Aprel 09:17
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib
17 Aprel 09:06
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?
16 Aprel 16:32
Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
16 Aprel 16:24
Azərbaycan üçün regionun inkişafı strateji prioritetdir
16 Aprel 16:10
Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
16 Aprel 16:10
Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub
16 Aprel 16:03
Televizora çox baxmaq ürək çatışmazlığı xəstəliyi yaradır?
16 Aprel 16:01
Amerikalı həkimlər koronavirus infeksiyasına yenidən yoluxmanın səbəbini açıqlayıblar
16 Aprel 15:56
Sankt-Peterburqda Azərbaycan və Moldova parlament sədrlərinin görüşü olub
16 Aprel 15:50
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
16 Aprel 15:38
SOCAR bu il hasil etdiyi neft və təbii qazın həcmini açıqlayıb
16 Aprel 15:33
Sahur qidalarından alınan enerji orqanizmin gücdən düşməməsinə kömək edir
16 Aprel 15:24
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
16 Aprel 15:06
Statistika Komitəsi ilə İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu təsdiqlənib – Fərman
16 Aprel 15:02
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilib – Sərəncam
16 Aprel 14:51
YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər
16 Aprel 14:48
ATƏT-in Minsk qrupunun indiki fəaliyyəti yeni reallıqları əks etdirə bilməz
16 Aprel 14:37
Xaricə göndərilən bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb
16 Aprel 14:29
Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa edilir
16 Aprel 14:23
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +22
gecə+10 +13