“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbəri Baba Rzayevlə İsrailin Azərbaycandakı səfiri Corc Dikin görüşü olub.
ASC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə İsraillə Azərbaycan enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri barədə müzakirələr aparılıb.
İsrail səfirinin 44 günlük Vətən müharibəsi zamanı - ötən ilin oktyabrın 23-də erməni terrorçuları tərəfindən törədilmiş raket hücumlarının fəsadları ilə tanış olmaq məqsədilə Gəncə və Mingəçevir şəhərlərinə səfər etməsi, o cümlədən ermənilərin hədəfə aldığı Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-də olması görüş zamanı xüsusi xatırlanıb.
Görüşdə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən enerji layihələri, o cümlədən xarici investorların layihələrə maraq göstərməsi ətrafında fikir mübadiləsi aparılıb.
- Oxunub: 3030 |
- Tarix: 03-03-2021 |
-
Çap et |