Ana səhifə »  Xəbər lenti »  Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək səviyyəsindədir
A+   Yenilə  A-
Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək səviyyəsindədir

2020-ci il sentyabrın 27-dən etibarən 44 gün ərzində müstəqil Azərbaycan Respublikasının yeni şanlı səhifəsi yazılmağa başlandı. Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin bütün istiqamətləri üzrə düşmənə qarşı əks-hücum əməliyyatları həyata keçirməsi  ölkəmizin müstəqillik tarixində bir ilk oldu. İşğal altındakı ərazilərimizin öz doğma sahiblərinə qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu ilə yanaşı sərkərdəsi də deyir.

44 günlük Vətən Müharibəsi ilə Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Həqiqətən də bu tarixi bir missiyadır.

Xatırlatmaq istərdim ki, Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından qardaş Türkiyənin dəstəyini hiss etdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını sevindirdi. Prezident çıxışlarında deyirdi, Azərbaycan haqlıdır, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırdı, sevindirdi. 

Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim ölkəmizdə də çox müsbət rol oynayır və bu, bölgə ölkələrinin sabitliyi üçün çox önəmlidir.

Məlumat üçün bildirmək istərdim ki, 44 günlük Vətən Müharibəsindən sonra Türkiyə tərəfi ilə Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Yeni kontraktlar imzalanıb və şübhə yoxdur ki, bu, bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək. Bundan əlavə, müharibə başa çatandan dərhal sonra ərazilərin minalardan təmizlənməsində iştirak etmək və bizim istehkamçılara treninqlər keçirilməsi üçün Türkiyə Müdafiə Nazirliyinin yüzdən çox mütəxəssis regiona ezam edilib.

Azərbaycan və Ermənistan arasındakı münaqişənin də ən yaxın şahidlərindən olan Türkiyə münaqişənin ilk günlərindən etibarən bir çox dünya dövlətlərindən fərqli olaraq haqq və ədalətin yanında olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş və Ermənistanın təcavüzkar siyasətini pisləmişdir. Türkiyə Respublikası prinsipial mövqedən çıxış edərək 1993-cü ildə Ermənistanla sərhədlərini bağlamış və hələ bugünə kimi sərhədlərin bərpası baş tutmamışdır. Əslində, Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra onu tanıyan ölkələr içərisində qonşusu Türkiyə də yer almışdı. Ancaq Dağlıq Qarabağda separatçı fəaliyyətlərin güclənməsi və Azərbaycan torpaqlarının işğalı Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına imkan vermədi. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına çox çalışsa da, buna nail ola bilmədi. Türkiyənin mövqeyi qəti idi: “Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla sərhəd açılmayacaq”.

Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması bölgədə marağı olan böyük güclərin - Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Rusiyanın da maraq dairəsindədir. Bunlardan hər birinin Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasından özünə məxsus gözləntiləri var. Biri üçün Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqazda sülh və əmin-amanlığın yaradılması, bölgə ölkələrinin Avropaya daha sıx inteqrasiya olunması, demokratiyanın inkişafı, enerji resurslarının dünya bazarlarına təhlükəsiz daşınması, bir başqası üçünsə bölgə üzərindəki nəzarəti itirməməsidir.

İndiki halda, 44 günlük Vətən Müharibəsindən sonra, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan üçün də mənfi hal olaraq qəbul edilmir. Əslində ölkəmizin bölgənin inkişafı və davamlı sülh içində yaşaması ilə bağlı gözləntilərini nəzərə alsaq Azərbaycan tərəfi, sərhədlərin açılmasını və münasibətlərin normallaşmasını dəstəkləyə də bilər. Bir şərtlə ki, Ermənistan tərəfi revanşist fikirlərdən əl çəkməli və əsassız ərazi iddialarını ümumiyyətlə gündəmdən çıxarmalıdır. Bir şey də vurğulanmalıdır ki, bu Türkiyənin öz qərarıdır. Azərbaycan isə qardaş Türkiyənin verdiyi hər qərarda onu dəstəkləməyə davam edəcəkdir.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çox şaxəlidir və bütün sahələri əhatə edir. İki ölkə arasında imzalanmış strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə beynəlxalq aləmdə bir daha təsdiqlədi ki, Türkiyə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyinədir. Beynəlxalq platformalarda da iki ölkə  sanki bir ölkə kimi hərəkət edir və hər ikisi bir-birini daim gözübağlı dəstəkləyir və dəstəkləməkdə də davam edəcəkdir. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi “Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq edir.

Rauf Əliyev

Pirallahı rayon İcra Hakimiyyəti

yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının

müdafiəsi üzrə komissiyasının məsul katibi

 
  • Oxunub:  3780  |  
  • Tarix:  03-03-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda həm sənaye, həm kənd təsərrüfatı müasir üsullarla inkişaf edir

21 Aprel 18:53
Yevlaxda “Hər bir canlının yuvaya ehtiyacı var” adlı ekoloji aksiya keçirilir
21 Aprel 18:38
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələsi icra olunub
21 Aprel 18:33
Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələrinin onlayn təqdimatı olub
21 Aprel 18:25
MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclası keçirilib
21 Aprel 18:06
Anar Məmmədov: Yeni reallıqlar Azərbaycanın geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirir
21 Aprel 17:55
Milli Məclisin deputatı Hikmət Babaoğlu seçicilərinin növbəti qəbulunu keçirib
21 Aprel 17:50
Sahibkar xanımlar Ağdamda səfərdə olublar
21 Aprel 17:38
YAP Cəbrayıl rayon təşkilatının üzvləri şəhid Zamin Rəhimovun məzarını ziyarət ediblər
21 Aprel 17:28
Milli Məclisin sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
21 Aprel 17:24
Bakı və İzmir təhsil idarələri arasında onlayn görüş
21 Aprel 17:12
Türkiyənin Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb
21 Aprel 17:09
Avronest PA-nın 9-cu sessiyası başa çatıb
21 Aprel 16:59
Gün ərzində Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı 14 min 680 doza vaksin vurulub
21 Aprel 16:57
Pərvin Kərimzadə: İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir
21 Aprel 16:54
Azərbaycan ilə Meksika arasında turizm sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsi müzakirə edilib
21 Aprel 16:52
SOCAR-ın mədən ərazilərində 135 mindən çox ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir
21 Aprel 16:44
YAP Suraxanı rayon təşkilatı şəhid anaları ilə görüş keçirib
21 Aprel 16:42
Azərbaycanda koronavirusa 2075 yeni yoluxma faktı qeydə alınıb
21 Aprel 16:35
Əliabbas Salahzadə: Regionlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət yetirilir
21 Aprel 16:28
Deputat: Ölkəmizdə regionların sosial-inkişafı istiqamətində formalaşdırılan strategiya özünü tam doğrultmaqdadır
21 Aprel 16:27
Brest və Minsk şəhərlərinin faşist işğalından azad edilməsində azərbaycanlılar yaxından iştirak edib
21 Aprel 16:19
AŞPA-nın komitə iclasında ətraf mühitin qorunması ilə bağlı Azərbaycanın təcrübəsindən bəhs olunub
21 Aprel 16:16
Yeniyetmələrin XV Avropa Gənclər Qış Olimpiya Festivalı yenidən təxirə salınıb
21 Aprel 16:14
Yuxarı ətrafları amputasiya olunmuş qazilərin yüksək texnologiyalı protezlərlə təminatına başlanır
21 Aprel 15:58
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunacaq
21 Aprel 15:57
Avropa Olimpiya Komitəsinin saytında azərbaycanlı gimnastın qələbə əzmindən bəhs edən məqalə yer alıb
21 Aprel 15:39
“Qadınlar və texnoloji inkişaf” mövzusunda onlayn vebinar keçiriləcək
21 Aprel 15:23
Fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,4 faizi kommersiya qurumlarıdır
21 Aprel 15:17
Rəcəb Tayyib Ərdoğan: AKP-nin hakimiyyəti dövründə Türkiyənin valyuta ehtiyatları dəfələrlə artıb
21 Aprel 15:11
YAP Sədrinin müavini Əli Əhmədov İCAPP-ın tədbirində iştirak edib
21 Aprel 15:07
Ramanıda 40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olunub
21 Aprel 15:00
Deputat: Hacıqabulda sənaye məhəlləsinin yaradılması sənayeləşməyə dövlət dəstəyinin təzahürü kimi xarakterizə olunmalıdır
21 Aprel 14:58
Qubadakı Qırmızı Qəsəbədə yeni turizm məlumat nişanları quraşdırılıb
21 Aprel 14:49
Deputat: Azərbaycan döyüş meydanında olduğu kimi, bütün siyasi arenalarda da Ermənistan üzərində qələbə əldə edib
21 Aprel 14:38
Kamal Cəfərov: Ermənilər Hərbi Qənimətlər Pakını həzm edə bilmirlər
21 Aprel 14:31
Vladimir Putin: Dünya səhiyyəsi inqilab ərəfəsindədir
21 Aprel 14:03
Sevinc Fətəliyeva: Ermənistanda və xaricdə bu ölkəni üçtərəfli Bəyanatı yerinə yetirməkdən yayındırmaq üçün süni maneələr yaratmaqda maraqlı dairələr var
21 Aprel 13:56
Türkiyə Silahlı Qüvvələri tərəfindən bu il 836 terrorçu zərərsizləşdirilib
21 Aprel 13:53
Aqroparkların yaradılması kəndlərdə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına və məşğulluğunun artmasına xidmət edir
21 Aprel 13:47
Bakının və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir
21 Aprel 13:45
Deputat: Hacıqabuldakı Sənaye Məhəlləsi, aqroparklar Azərbaycanın postpandemiya dövrü üçün yeni inkişaf mərhələsinin mənzərəsidir
21 Aprel 13:43
Rafael Hüseynov: Əsassız arqumentlərlə Ermənistanı müdafiə etməyə çalışanlar yaxşı olardı ki, dostlarını düz yola dəvət etsinlər
21 Aprel 13:24
YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Türkiyəli qonaqlar Şəhid ailələrini ziyarət ediblər
21 Aprel 13:15
Hacıqabulda yeni məktəb binasının tikintisinə ilkin olaraq 1,5 milyon manat ayrıldı -SƏRƏNCAM
21 Aprel 13:09
Prezident İlham Əliyev Hacıqabulda yol tikintisinə ilkin olaraq 5 milyon manat ayırıb
21 Aprel 13:08
DİN: Gün ərzində törədilmiş 45 cinayətin üstü “isti izlər”lə açılıb
21 Aprel 12:57
Milli Məclisin deputatı: AŞPA Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilmiş faciələrə göz yumdu
21 Aprel 12:53
Dmitri Savelyev: Prezident İlham Əliyevin göstərdiyi nümunələr Azərbaycanın sülhsevərliyinə dəlalət edir
21 Aprel 12:40
Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulur
21 Aprel 12:33
Nikol Paşinyan etiraz aksiyası səbəbindən Mehri şəhərini tərk edib
21 Aprel 12:30
Sevinc Hüseynova: Bakıdakı Hərbi Qənimətlər Parkı möhtəşəm Qələbəmizi tərənnüm edir
21 Aprel 12:22
Çin-Azərbaycan istiqamətində ikinci konteyner blok qatarı Bakıya çatıb
21 Aprel 12:12
Deputat: Sənaye məhəllələrinin yaradılması ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılmasına xidmət edir
21 Aprel 11:54
Hacıqabulda yaradılan aqroparklar ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir
21 Aprel 11:37
Leyla Abdullayeva: Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir
21 Aprel 11:24
Daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib
21 Aprel 11:12
Müdafiə Nazirliyi Qubadlı rayonunun Ulaşlı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
21 Aprel 10:56
Aprelin 5-dən 11-dək Azərbaycanda COVID-19-a 15 min 258 yoluxma faktı qeydə alınıb
21 Aprel 10:52
Sabah 9 minə yaxın şagird buraxılış imtahanı verəcək
21 Aprel 09:09
Müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev ideyaları əsasında inkişaf edir
21 Aprel 09:06
Akademik Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafına böyük töhfələr verib
21 Aprel 09:03
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
21 Aprel 09:02
Məzahir Bayramov: Azərbaycan regionda yeni əməkdaşlıq imkanları yaradıb
21 Aprel 09:01
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini və qaziləri ziyarət ediblər
21 Aprel 08:58
Tahir Kərimli: Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə BMT-nin müvafiq qətnamələrinin icrasına nail oldu
21 Aprel 08:57
Abutalıb Səmədov: Münaqişə həll olunduqdan sonra Minsk qrupunun fəallaşmaq cəhdi bir çox suallar doğurur
21 Aprel 08:56
Elşad Musayev: Hərbi Qənimətlər Parkı gələcək nəsillər üçün Azərbaycanın hərb tarixi muzeyi rolunu oynayacaq
21 Aprel 08:55
Əlisahib Hüseynov: Azərbaycan yeni əməkdaşlığa tam hazırdır
21 Aprel 08:53
Qənimət Zahid ermənilərin uğursuz təbliğatçısı kimi...
21 Aprel 08:51
Ermənistan müxalifətində parçalanma prosesi davam edir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+18 +23
gecə+12 +14